“Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən və Birləşmiş Krallıqdan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.
YEAs təşəbbüsü 2016-cı ilin iyun ayında “EU NEIGHBOURS east” layihəsi çərçvəsində təsis edilib və bu günə qədər 30 -dan artıq müxtəlif ölkədən olan 1 700 -dən çox gənc bu şəbəkəyə qoşulub.
Ərizə qəbulu dayandırıldıqdan sonra namizədlərin iştirakının tələb olunduğu daha bir neçə mərhələ var. Seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq, daha sonra müsahibədən uğurla keçən namizədlər əlavə məlumat (məsələn, profil şəkli, razılıq forması imzalamaq, veb-sayt profili üçün təsvir hazırlamaq və s.) verməyə dəvət olunacaqlar və son addım kimi, profilləri əlavə təsdiq üçün rəsmi maraqlı tərəflərə göndəriləcək. Ərizə qəbulunun dayandırıldığı gündən sonra yekun nəticələrin elan edilməsi üçün təxminən səkkiz həftə tələb oluna bilər.
“Gənc Avropa səfirləri” təşəbbüsü fəal təşəbbüsdür. Fəal olan, maraqlı olduğunu nümayiş etdirən və bütün mərhələlərdən keçən istənilən sayda namizəd seçiləcək.
Gənc Avropa səfiri olmaq istəyinizi ifadə etdikdən sonra bir ay ərzində 16 yaşınız tamam olarsa, müraciət edə bilərsiniz. Nəzərə alın ki, 16-17 yaş arası seçilmiş namizədlər beynəlxalq səyahətlərə deyil, yalnız öz ölkələrində onlayn və yerli tədbirlər üçün uyğun olacaqlar.
Bəli, 1 oktyabr 2023-cü il tarixinə kimi, yəni son müraciət tarixinə qədər 27 yaşınız olmursa, müraciət edə bilərsiniz
Bu təşəbbüsün müəyyənedici amillərindən biri də onun oxşar yaş aralığında YEAs şəbəkəsi vasitəsilə gənclərə yönəlmiş bir yanaşmaya malik olmasıdır. Bu təşəbbüs əvvəlcədən 16-26 yaş arası gənclər üçün nəzərdə tutulub və vətəndaş cəmiyyəti ilə əlaqəli fəaliyyətlərimizin çoxu bu yaş aralığında olan gənclərə yönəlib. Gənc Avropa səfirlərinin 27 yaşı tamam olduqdan sonra onlar daha Gənc Avropa səfiri hesab edilməyəcək və bu səbəbdən proqram vasitəsilə təşkil olunan hər hansı vətəndaş cəmiyyəti və ya beynəlxalq fəaliyyətlərdə iştirak edə və belə fəaliyyətləri təşkil edə bilməyəcəklər. Onlar həmçinin rəsmi kommunikasiya kanalları və müvafiq çatlardan xaric ediləcəklər. Bununla belə, yaşından asılı olmayaraq, istənilən şəxs EU4Youth proqramının mentoru, təlimçisi və ya məzunu qismində təşəbbüsü dəstəkləməyə davam etmək imkanına malikdir. “EU NEIGHBOURS east” proqramının komandası və Gənc Avropa səfirləri təşəbbüsünün ölkə üzrə əlaqələndiriciləri bu variantları potensial namizədlərlə ayrı-ayrılıqda müzakirə edəcəklər. Biz bunu bu təşəbbüsün ümumi nüfuzunu qorumaq və Şərq Tərəfdaşlığı regionunda və Aİ-də mümkün qədər çox gəncə YEA təcrübəsini təqdim etmək üçün edirik. Layihə və onun YEAs təşəbbüsü, gənc mütəxəssislər və icmalarının liderləri olacaq keçmiş Gənc Avropa səfirlərinin gələcək fəaliyyətlərini yaxından izləməyə və onlarla əlaqə saxlamağa davam edəcək.
Pandemiya və Aİ və Şərq Tərəfdaşlığı ölkələrində tətbiq edilən müxtəlif məhdudiyyətlər səbəbindən Gənc Avropa səfirlərinin fəaliyyətlərinin əksəriyyəti onlayn formata keçib. Mümkün olduğu yerdə və zamanda Gənc Avropa səfirləri yerli hökumət orqanları tərəfindən qoyulan qaydalara əməl etməklə əyani vətəndaş cəmiyyəti tədbirləri təşkil etməkdə davam edirlər.
Gənc Avropa səfirləri ilə bağlı məlumat üçün:
Siz:
Elə isə xəbər bildirişlərinə abunə olun və hər il sentyabr ayında keçirilən ərizə qəbulunu gözləyin!
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,