Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti təşkilatları üçün rəqəmsal bacarıqlar üzrə yeni hibrid kurs 
May 8, 2026

Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti təşkilatları üçün rəqəmsal bacarıqlar üzrə yeni hibrid kurs 


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı” Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının (VCT-lər) rəqəmsal bacarıqlarının gücləndirilməsi məqsədilə yeni hibrid kursa start verib.

Kurs onlayn diaqnostika sessiyalarından, əyani seminarlardan və fərdi praktiki kouçinq təlimlərindən ibarətdir. İştirakçı VCT-lər öz prioritet ehtiyaclarına — istər məlumatların əldə edilməsi və istifadəsinin təkmilləşdirilməsi, kommunikasiya və kütləvi təbliğat işində rəqəmsal alətlərdən daha səmərəli istifadə, istərsə də kibertəhlükəsizliyin gücləndirilməsi sahələrinə diqqət yetirə biləcəklər.

Kurs Aİ-nin Rəqəmsal Səlahiyyət Bazası əsasında hazırlanıb. İştirakçılar təşkilatları üçün ən aktual sahələri müəyyənləşdirmək üçün diaqnostik prosesdən keçəcəklər.

Proqram öz təşkilatının məlumat və texnologiyalarla iş prinsiplərinə birbaşa təsir göstərən, gənc və ya orta səviyyəli mütəxəssis kimi fəaliyyət göstərən VCT rəhbərləri, əməkdaşları və könüllüləri üçün nəzərdə tutulub.

Namizədlər təmsil etdikləri vətəndaş cəmiyyəti təşkilatında uzun müddət vəzifədə olmalı, davamlı qarşılıqlı öyrənmə və dəstək prosesində iştiraka hazır olmalı, həmçinin ingilis dilini yaxşı səviyyədə bilməlidirlər.

Kurs 17 iyun 2026-cı il tarixində başlayacaq və sentyabrın sonunadək davam edəcək.

Müraciət etmək üçün təşkilatlar mayın 25-nə qədər onlayn formanı doldurmalıdırlar.

Kurs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və GDSI-nin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunan “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı” layihəsi çərçivəsində təqdim olunur. Materialların məzmununa görə məsuliyyəti tamamilə müəlliflər və ya təlimçilər daşıyır və bu, Avropa İttifaqının mövqeyini əks etdirməyə bilər. 

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

May 25, 2026

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,