İyunun 23-də Avropa Komissiyası Regionlararası Bağlantı Platforması proqramının icrasına başlayıb və beynəlxalq maliyyə institutları ilə Qara dəniz regionu və Cənubi Qafqaz arasında strateji nəqliyyat əlaqələrinin gücləndirilməsinə yönəlmiş investisiyalara 2 milyard avroyadək vəsaitin cəlb olunmasını nəzərdə tutan sazişlər imzalayıb.
Sözügedən platforma Aİ-nin Genişlənmə Məsələləri üzrə Komissarı Marta Kos, Beynəlxalq Tərəfdaşlıqlar üzrə Komissar Jozef Sikela və Dayanıqlı Nəqliyyat üzrə Komissar Apostolos Sitsikostasın iştirakı ilə keçirilən nazirlərin yüksəksəviyyəli görüşündə təqdim olunub. Məqsəd “Global Gateway” strategiyası çərçivəsində Regionlararası Bağlantı Platforması proqramının həyata keçirilməsində irəliləyiş əldə etməkdir.
“Münaqişələrin artdığı bir dövrdə bu qədər ölkənin ortaq bir layihə ətrafında bir araya gəldiyini görmək olduqca sevindiricidir”, — Genişlənmə Məsələləri üzrə Komissarı Marta Kos bildirib. “Bizə etibarlı ticarət marşrutları lazımdır və Trans-Xəzər Nəqliyyat Dəhlizi məhz belə bir marşruta çevrilib. Yaxın 15 il ərzində bu marşrut üzrə ticarət dövriyyəsi beş dəfə arta bilər. Buna nail olmaq üçün səylərimizi birləşdirməliyik. Hazırda bir çox layihə və təşəbbüslər icra olunmaqdadır. Platforma onları bir-biri ilə əlaqələndirəcək, infrastruktur sahəsindəki mövcud boşluqları aradan qaldıracaq və marşrutu başdan-başa birləşdirəcək”.
Regionlararası Bağlantı Platforması iştirakçı ölkələr, beynəlxalq maliyyə institutları və digər maraqlı tərəflər üçün nəqliyyat, energetika, rəqəmsal bağlantı və ticarət sektorlarında investisiyaların və siyasi fəaliyyətlərin əlaqələndirilməsi mexanizmini təmin edəcək. Regionla əməkdaşlığı daha da gücləndirmək məqsədilə iştirakçılar Trans-Xəzər Nəqliyyat Dəhlizinin əməliyyat səmərəliliyinin artırılması barədə də razılığa gəliblər. Onlar Komissiyaya dəhlizin fəaliyyətini qiymətləndirməyi və onun rəqabət qabiliyyətliliyini artırmaq üçün prioritet tədbirlər təklif etməyi tövsiyə ediblər.
Regionlararası Bağlantı Platformasının icrasına dəstək məqsədilə Avropa Komissiyası beynəlxalq maliyyə institutları ilə niyyət protokolları imzalayıb. Bu sənədlər Qara dəniz regionu və Cənubi Qafqazda nəqliyyat infrastrukturu, sərhəd keçid məntəqələri və ticarətin asanlaşdırılması layihələrinə 2 milyard avroyadək investisiyanın cəlb edilməsini nəzərdə tutur. Bu investisiyalar transsərhəd nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına və dəhlizboyu ticarətin stimullaşdırılmasına kömək edəcək.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,