Şüşə kürə

Bərpa olunan enerji haqqında komiks kitabı

Ozzy Energy AZ

Ozzi

Dağsiçanı Ozzi hekayənin əsas qəhrəmanıdır. O, həddən artıq sevimli olmaqla yanaşı, həm də çox ağıllı və planeti xilas etmək arzusundadır. 

Yeni sərgüzəştlər

Ozzi və dostları planeti xilas etmək üçün yeni macəraya çıxırlar. Bu dəfə onlar günəş, külək və su kimi təbii enerji mənbələrinin köməyindən istifadə edəcəklər.

Liya ən son ixtirasını nümayiş etdirmək üçün qarşıdan gələn sərgiyə hazırlaşır.

O, hava proqnozu tətbiqi ilə əlaqələndirildikdə çöldəki havanı göstərən şüşə kürə düzəldib.

Lunanın yeni hobbisi var. O, Ozzi üçün sevimli sviterlər toxuyur. Nə Liya, nə də Ozzi bundan məmnun deyillər.

Maks və Deni öz dostlarına enerjiyə qənaət etməyin yollarını öyrətmək üçün məktəb klubu yaradıblar. Onlar həmçinin məşhur “Insta-Drum” hesabını idarə edərək burada enerji ilə bağlı qısa vaxtda məşhurlaşan və Ozzinin baş rolda olduğu videolar paylaşırlar.

Nəhayət, öz layihəsini yekunlaşdırdıqdan sonra Liya öz otağında yuxuya gedir. 

Növbəti səhər isə gözlənilməz hadisə baş verir.

Ozzi problem çıxarır. O, hansısa yolla şüşə kürənin içərisinə daxil olur!

Kürədən çıxmağa çalışarkən Ozzi hansısa düyməni basıb kürəni sıfırlayır və kürə GƏLƏCƏYİN hava proqnozunu göstərir.

Bu isə heç də ürəkaçan deyil.

Dostlarımız dərhal tədbir görmək qərarına gəlirlər.

Şüşə kürədə gördüklərindən narahat olan uşaqlar professor Sleytin laboratoriyasına gedib onu axtarırlar. Onlar ümid edirlər ki, professor gec olmadan planeti bir daha xilas etməkdə onlara kömək edəcək.

Ozzi və dostları bu vacib missiyanı yerinə yetirə biləcəklərmi?

Hekayənin sonrasında nələr baş verəcək?

Komiksi yükləyin

 Şüşə kürə: Ozzinin yeni macəraları

BƏRPA OLUNAN ENERJİ BARƏDƏ DİGƏRLƏRİNİ MAARİFLƏNDİRİN

MƏKTƏB MÜƏLLİMLƏRİ ÜÇÜN TƏLİMAT (tezliklə)

Qəhrəmanlarımızın uğur qazanmaq üçün ehtiyac duyacaqları alətlər barədə daha çox öyrənin.

Günəş enerjisi

Günəş panelləri günəş enerjisini elektrik enerjisinə çevirir. Günəş şüalarının miqdarından və panelin ölçülərindən asılı olaraq, istehsal olunan elektrik enerjisindən mobil telefondan bütöv evə qədər hər şeyi elektriklə təchiz etmək üçün istifadə oluna bilər, yaxud bu enerji sonradan istifadə üçün batareyalarda saxlana bilər.

Panellər kimi günəş kollektorları da günəş enerjisini başqa enerji formasına çevirir. Yeganə fərq budur ki, kollektorlar bu enerjini elektrik enerjisinə deyil, istilik enerjisinə çevirir.

Külək enerjisi

Külək elektrik stansiyası elektrik enerjisini istehsal etmək üçün birlikdə yerləşdirilmiş külək turbinlərindən ibarətdir.

Hidroenerji (su)

Kiçikölçülü su elektrik stansiyası yalnız axarsu və ya su kanalından istifadə edərək 100 kVt-a qədər elektrik enerjisi istehsal edir. Bu sistemlərin istehsal etdiyi elektrik enerjisindən elektrik şəbəkəsinə qoşulmamış evləri və ya bütöv icmaları elektriklə təchiz etmək üçün istifadə oluna bilər.

Preambula

Ozzi və dörd dostunun hekayəsi oxucunu yeganə düşmənin məlumatsızlıq və inamsızlıq olduğu dünyaya aparır. 

Son macəralarında qəhrəmanlarımız bütün şəhərə vacib dərs verirlər: insanlar bir olduqda dünya daha yaxşı yer olur. Vahid məqsəd uğrunda birləşərək və enerjidən daha ağıllı istifadə barədə hər kəsi məlumatlandıraraq uşaqlar öz şəhərlərini xilas edə bilirlər. 

Luna və Liya

Liya texnologiya həvəskarıdır. O, daim ideyalar fikirləşir, çertyojlar çəkir və texnologiyadan istifadənin yeni yollarını kəşf edir. Liya bəzən (yalnız bəzən) onu qıcıqlandıran kiçik bacısı Luna ilə birlikdə Ozzinin qayğısına qalır.

Maks və Deni

Maks və Deni əvvəllər yola getməsələr də, sonradan dost olublar. Onlar ümumi məqsəd uğrunda birləşiblər. Onlar birlikdə məktəb klubuna rəhbərlik edir və enerjidən daha yaxşı istifadə yollarına həsr olunmuş sosial media hesabını idarə edirlər.

Professor Sleyt və Qacet Teylz

Professor Sleyt bütün həyatını enerjidən daha ağıllı istifadə yollarını tapmağa həsr etmiş alimdir. Onun kiçik qardaşı və möhtəşəm mühəndis olan Qacet Teylz təbii enerji mənbələri hesabına çalışaraq ətraf mühitə zərər verməyən cihazlar düzəltməklə Sleytə öz ideyalarını gerçəkləşdirməkdə kömək edir.

Komiksləri yükləyin

Şüşə kürə: Ozzinin yeni macəraları

Lampa: Ozzinin sərgüzəştləri