#ShapeYourFuture

Avropa İttifaqının potensialınızı üzə çıxarmağa kömək edəcək iştirak imkanlarının təqdim olunduğu səhifəyə xoş gəlmisiniz

Son iştirak imkanları

Təhsil, təcrübə, təlim, səyahət imkanları axtarışındasınız? Aİ sizin üçün hər həftə yeni və müxtəlif iştirak imkanları dərc edir. Ən son imkanlara baxın və dərhal müraciət edin!

Sizi təhsil almağa ilhamlandıracaq

Aİ Şərq Tərəfdaşlığı ölkələrində şagird və ya tələbə, gənc mütəxəssis, könüllü və ya vətəndaş cəmiyyəti fəalı olmağından asılı olmayaraq, təlim və ya iş axtaran gənclər üçün unikal imkanlar təklif edir. 

Bütün mövcud imkanları kəşf edin və iştirak etmək fürsətini əldən verməyin! İştirak imkanları barədə bildirişlər almaq üçün burada abunə olun.

Erasmus+ təhsil və təlim baxımından Aİ-nin gəncləri dəstəkləyən əsas proqramıdır. İndiyə qədər bu proqramın köməyilə minlərlə gənc Avropa ölkələrində təhsil alıb və ya gənclər üçün mübadilələrdə iştirak edib. İştirakçılar Erasmus proqramının onların inam səviyyəsinə, şəxsi inkişafına və dünyaya baxışlarına olduqca müsbət təsir göstərdiyini bildirirlər. Azərbaycanda proqramda iştirak etmək imkanlarını öyrənin.

Aİ-nin Azərbaycanda gənclərin karyera seçimlərini dəstəkləyən və onlar üçün bir sıra təhsil və səyahət imkanları təmin edən çoxlu sayda başqa proqram və təşəbbüsləri var.

Gənclik fürsət və dəyişikliklər dövrüdür, amma bəzən gənclər təşviş, tənhalıq, qorxu və hiddət hissi ilə üzləşə bilərlər. Təhsil və yeni sərgüzəştlərinizdə həm sizin, həm də başqalarının sağlamlığını dəstəkləməyə kömək edəcək bəzi ipucularla tanış olun.

Karyera sahəsində sizi ilhamlandıracaq

Aİ-nin layihə və proqramlarında iştirak etməklə siz peşəkar bacarıqlarınızı inkişaf etdirə, rəqəmsal texnologiyalardan yararlanmağı öyrənə və ya biznes planlarınızı reallaşdıra biləcəksiniz. Cari startap və ya icmanız üçün mentorluq, eləcə də yenisini təsis etmək, böyütmək, işçilər götürmək və başqalarını səlahiyyətləndirmək üçün maliyyə dəstəyi əldə edin. Yaxud gənclər üçün mübadilə və ya könüllülük proqramları ilə dünyagörüşünüzü və karyeranızı dəyişə biləcək əvəzolunmaz bacarıqlar əldə edin.

Azərbaycanda mövcud olan iştirak imkanları haqqında daha ətraflı öyrənin.

Aİ-nin gənclərə dəstəyi anlayışı aydın şəkildə müəyyən edilmiş “gənclər” üçün iştirak imkanları ilə yanaşı, tərəfdaşlığın bütün sahələrini əhatə edir. 

Feyk xəbərlər və informasiya müharibəsi dövründə dezinformasiya haqqında ictimaiyyətin məlumatlılığını artırmaq və rəqəmsal məlumat və media manipulyasiyasına qarşı mübarizədə vətəndaşlara kömək etmək üçün Aİ-nin EUvsDisinfo təşəbbüsü həyata keçirilir.flı öyrənin.

Aİ Şərq Tərəfdaşlığı ölkələrinə dəstəyi çərçivəsində müxtəlif akademik, vətəndaş cəmiyyəti, mədəni və peşəkar mübadilələr, təşəbbüslər və iştirak imkanları vasitəsilə sahibkarlığı, səlahiyyətləndirmə, təlim, bacarıqların inkişafını və məşğulluğu təşviq edir.

Aİ-nin bütün əməkdaşlıq və tərəfdaşlıqları çərçivəsində Azərbaycanı necə dəstəklədiyini öyrənin.

Şəbəkələr qurmaq üçün sizi ilhamlandıracaq

Formal təlim və karyeranın qurulması çox vacibdir, ancaq benefisiarlar və Aİ-nin gənclər üçün layihələrinin məzunları qurduqları əlaqələr, illər ərzində saxladıqları dostluqlar, şəbəkələr və əlaqələrin də mühüm rol oynadığını bildirirlər. Yeni biliklərə yiyələnmək və bağlantıların olması inkişaf üçün unikal istiqamət təmin edir.

Kanallarımızı izləyin və Facebook, Instagram, LinkedIn X platformalarındakı dinamik şəbəkələrimizə qoşulun.

Gənc Avropa səfirləri şəbəkəsi həmfikir insanları bir araya gətirən unikal layihədir. Şəbəkə üzvləri yeni bacarıqlara yiyələnmək və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Aİ və Böyük Britaniyadan olan gənclərlə yeni dostluqlar qurmaq imkanı qazanır.

Qeydiyyatdan keçin Gənc Avropa səfirləri ilə əlaqə yaratmaq üçün sosial media platformalarında bizi izləyin. Aİ tərəfindən maliyyələşdirilən hər bir iştirak imkanı haqqında ilk öyrənən siz olun.

Ulduz missiyasını izləyin

Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan macəra axtarışında olan Avropa İttifaqını tədqiq etmək kimi qeyri-adi missiya üçün birləşib. İki şəhər: Riqa və Praqa. Missiyanı başa vurmaq üçün 12 çətin tapşırıq. Onları Aİ-nin gizli möcüzələri, yeni bağlantılar və inanılmaz həyəcanverici hadisələr gözləyir. Macəraları izləyin!


#StarQuest

Missiya zamanı macəra axtaranlar 12 ulduzu kəşf etmək məqsədilə çətin tapşırıqlar yerinə yetirəcəklər. Onları Facebook, Instagram, and LinkedIn platformalarında izləyin.

Macəra axtaranlar – Katalin, Eleniko, Yelisey, Cəfər, Karo, Katerina, Linako, Lyudmila, Yuliya, Vəfa, Yuliya Zura.

Aİ tərəfindən maliyyələşdirilən iştirak imkanları haqqında xəbərdar olmaq üçün burada abunə olun

Ətraflı məlumat üçün: [email protected]