VERİLƏRİN QORUNMASI


ŞƏXSİ MƏLUMATLARIN QORUNMASI

Bu məxfiliyə dair bəyanatda şəxsi məlumatlarınızın emalı və qorunması ilə əlaqədar məlumatlar verilmişdir.

Məlumatların emalı əməliyyatı: euneighbourseast.eu çərçivəsində Aİ layihələrinin Şərq Qonşuluğu ölkələri olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada internet səhifələri:

  • eu4georgia.eu
  • eu4azerbaijan.eu
  • eu4moldova.eu
  • eu4ukraine.eu
  • eu4belarus.eu
  • eu4armenia.eu

Məlumatlara nəzarət orqanı:Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR) / Direktorat A/NEAR.A1 idarələrarası əlaqələr və rabitə bölməsi

Qeydin nömrəsi:  DPR-EC-07086

Mündəricat

  1. Giriş
  2. Şəxsi məlumatlarınızı niyə və necə emal edirik?
  3. Şəxsi məlumatlarınızı hansı hüquqi əsaslarla emal edirik?
  4. Hansı şəxsi məlumatları emal etmək üçün toplayırıq?
  5. Şəxsi məlumatlarınızı nə qədər müddət saxlayırıq?
  6. Şəxsi məlumatlarınızı necə qoruyur və mühafizə edirik?
  7. Şəxsi məlumatlarınıza kimin çıxış imkanı var və onlar kimə açıqlanır?
  8. Hansı hüquqlarınız var və onları necə həyata keçirə bilərsiniz?
  9. Əlaqə məlumatları
  10. Daha ətraflı məlumatı haradan əldə etmək olar?
  1. Giriş

Avropa Komissiyası (bundan sonra “Komissiya”) şəxsi məlumatlarınızı qorumağı və məxfiliyinizə hörmət etməyi öhdəsinə götürüb. Komissiya, Avropa İttifaqının rəsmi qurumları, orqanları, ofisləri və agentlikləri tərəfindən şəxsi məlumatların emalı ilə əlaqədar olaraq Avropa Parlamenti və Avropa Şurasının 23 oktyabr 2018-ci il tarixli fiziki şəxslərin qorunmasına və belə məlumatların sərbəst yerdəyişməsinə dair (45/2001 saylı (Aİ) Reqlamentini ləğv edən) 2018/1725 saylı (Aİ) Reqlamentinə uyğun olaraq şəxsi məlumatları toplayır və emal edir.

Bu məxfiliyə dair bəyanatda şəxsi məlumatlarınızın emalı səbəbi, təqdim olunan bütün şəxsi məlumatların toplanması, idarə olunması və mühafizəsinin təmini yolları, eləcə də həmin məlumatlardan necə istifadə olunduğu və şəxsi məlumatlarınızla bağlı hansı hüquqlarınızın olduğu izah edilir. Burada həmçinin hüquqlarınızı həyata keçirmək üçün əlaqə saxlaya biləcəyiniz və bu işdə məsul olan Məlumatlara nəzarət orqanının, o cümlədən Məlumatların qorunması üzrə baş mütəxəssis və Avropa məlumatların qorunması üzrə nəzarətçi orqanının əlaqə məlumatları var.

Aşağıda Məlumatlara nəzarət orqanının məsul olduğu Şərq Qonşuluğu ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) Aİ layihələrinin internet səhifələrində məlumatların emalı əməliyyatı ilə əlaqədar işlərə dair məlumat təqdim edilmişdir.

  • Şəxsi məlumatlarınızı niyə və necə emal edirik?

Məlumatların emalı əməliyyatının məqsədi: euneighbourseast.eu və / və ya EU4country internet səhifəsində xəbər bildirişləri almaq üçün qeydiyyatdan keçmisiniz və Şərq Qonşuluğu ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) Aİ tərəfindən maliyyələşdirilən layihə və proqramların daha böyük kütləyə çatdırılması və tanıdılması məqsədilə, eləcə də Şərq Qonşuluğu ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) Aİ tərəfindən maliyyələşdirilən proqram və layihələr və Aİ ilə əlaqəli imkanlar haqqında məlumat almağınız üçün Məlumatlara nəzarət orqanı şəxsi məlumatlarınızı toplayır və istifadə edir.

Yerli internet səhifələri kommunikasiya baxımından Aİ əməkdaşlığını təmsil edən layihə məlumatlarının toplanması və konsolidasiyası ehtiyacını və tələbini ödəmək üçün hazırlanmışdır.

Bütün məlumatlar şəffaf şəkildə və istifadəçilərin razılıq və ya rədd etməsi prinsiplərinə uyğun olaraq emal edilir və onlar tərəfindən təqdim edilən məlumatlardan konkret məqsədlər üçün istifadə olunur.

Şəxsi məlumatlarınızdan qərarların avtomatlaşdırılmış qaydada qəbulu, eləcə də profilləşdirilmə məqsədləri üçün istifadə edilməyəcək.

  1. Şəxsi məlumatlarınızı hansı hüquqi əsaslarla emal edirik

Şəxsi məlumatlarınızı aşağıdakı səbəblərdən dolayı emal edirik:

ictimai maraqlar naminə yerinə yetirilən vəzifələrin icrası üçün və ya Aİ təşkilatına və ya orqanına həvalə edilmiş rəsmi səlahiyyətlərin icrası məqsədilə zəruri olduğu üçün emal edirik (2018/1725 saylı (Aİ) Reqlamentinin 5 (a) Maddəsi);

Məlumatların emalı Aİ-nin aşağıdakı qanununa əsaslanır: Avropa İttifaqının yaradılması haqqında ümumi Avropa Müqaviləsinin 11-ci Maddəsi: “Rəsmi qurumlar müvafiq vasitələrlə vətəndaşlar və nümayəndəliklərə İttifaqın fəaliyyətinin bütün sahələrinə dair  fikirlərini bəyan etmək və ictimaiyyətə açıq şəkildə mübadilə etmək imkanı yaratmalıdır. Rəsmi qurumlar, nümayəndəliklər və vətəndaş cəmiyyəti ilə açıq, şəffaf və müntəzəm dialoqu qoruyub saxlamalıdır”.

Avropa İttifaqının (TEU) yaradılması haqqında Müqavilənin 21-ci (1) Maddəsi: Aİ əməkdaşlığının inkişafı sahəsində ümumi mandat və təlimatlar; Avropa İttifaqının (TFEU) Fəaliyyəti haqqında Müqavilənin 4-cü (4) Maddəsi və 208-211-ci Maddələri.

Bundan əlavə, Qonşuluq, İnkişaf və Beynəlxalq Əməkdaşlıq Alətinin (“Global Europe”) təsis edilməsinə dair Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 9 iyun 2021-ci il tarixli 2021/947saylı (Aİ) Reqlamentinin 46-cı (2), (3) və (4) Maddəsində, 28 saylı deklarativ hissədə göstərildiyi (466/2014/Aİ saylı Qərarı dəyişdirən və ləğv edən və 2017/1601 (Aİ) Reqlamenti və Şuranın 480/2009, OJ L 209, 14.6.2021 saylı Reqlamentini (Aİ, Euratom) ləğv edən) kimi məlumatların emalı İttifaqın maliyyə dəstəyinin daha böyük kütləyə çatdırılmasını təmin etmək məqsədi daşıyan Avropa Komissiyasının öhdəliyinin yerinə yetirilməsi üçün zəruridir.

Şərq Qonşuluğu ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) Aİ tərəfindən maliyyələşdirilən layihə və proqramlar ilə əlaqədar vacib yeniliklər, fəaliyyətlər, tədbirlər və ya tematik məsələlər haqqında məlumat almaq üçün abunə olmusunuz.

Tələb olunan məlumatı almaq üçün şəxsi məlumatlarınızın emalına razılıq verdiyiniz üçün şəxsi məlumatlarınızı emal edirik.

Bütün məlumatlar şəffaf şəkildə və istifadəçilərin razılıq və ya rədd etməsi prinsiplərinə uyğun olaraq emal edilir və onlar tərəfindən təqdim edilən məlumatlardan konkret məqsədlər üçün istifadə olunur.

Xüsusi kateqoriyalı şəxsi məlumatları emal etmirik (2018/1725 saylı (Aİ) Reqlamentinin 10-cu Maddəsi).

  • Hansı şəxsi məlumatları emal etmək üçün toplayırıq?

Məlumatların emalı əməliyyatını həyata keçirmək üçün Məlumatlara nəzarət orqanı şəxsi məlumatların aşağıdakı kateqoriyasını toplayır:

Xəbər bülleteni abunəçiləri:

  • Ad və soyad
  • E-poçt ünvanı
  • Yaşadığı ölkə

Məlumatlar, məlumat subyektlərinin birbaşa məlumatlarını daxil etdiyi xəbərlər haqqında bildirişlərin qeydiyyatı interfeysi vasitəsi ilə toplanır. Məlumat subyektləri onlayn abunə formasını doldurarkən fərdi məlumatların emalına razılıq verirlər

İnternet səhifəsinin ziyarətçiləri: İP ünvanı

  1. Şəxsi məlumatlarınızı nə qədər müddət saxlayırıq?

Məlumatlara nəzarət orqanı şəxsi məlumatlarınızı yalnız həmin məlumatların toplanması üçün tələb olunan zaman ərzində saxlayır.

İnternet səhifəsi Məlumatlara nəzarət orqanının təbliğat siyasətinin bir aləti olaraq işlədiyi müddətdə məlumatlar saxlanılacaq. Maliyyə orqanları tərəfindən tələb olunduğu halda (maliyyə əməliyyatları hallarında 10 il) və ya audit məqsədləri üçün (adətən 7 il) məlumatların bəzi hissələri daha uzun müddət saxlanıla bilər.

Mövcud texniki həllərdən asılı olaraq, bu məqsəd üçün nəzərdə tutulmuş funksional poçt qutusuna yaza və göndərmə siyahısından çıxmağı və ya qəbul etdiyiniz məlumat xarakterli e-məktubda abunəliyi ləğv etmək üçün linkə keçid edə bilərsiniz. Müraciət qəbul edildikdən sonra bir həftə ərzində müvafiq tədbirlər görülməlidir.

Məlumatların statistik məqsədlər üçün saxlanıldığı təqdirdə, bəzi əlavə abunəçi məlumatları artıq abunəçini müəyyən etməməsi və anonim statistikanı yaratmaq məqsədi ilə “rəsmi ehtiyac” əsasında emal əməliyyatı həyata keçirən çox məhdud sayda səlahiyyətli şəxslərə əlçatan olması şərtilə, abunəliyin ləğv edilməsindən sonra 5 ilə qədər saxlanıla bilər.

  1. Şəxsi məlumatlarınızı necə qoruyur və mühafizə edirik?

Elektron formatda olan bütün şəxsi məlumatlar (elektron məktublar, sənədlər, məlumat bazaları, yüklənmiş məlumat paketləri və s.) Avropa Komissiyasının serverlərində, yaxud podratçılarının serverlərində saxlanılır.Məlumatların emalı ilə əlaqədar bütün əməliyyatlar Avropa Komissiyasında kommunikasiya və informasiya sistemlərinin təhlükəsizliyinə dair 10 yanvar 2017-ci il tarixli Komissiyanın (Aİ, Euratom) 2017/46 saylı Qərarına uyğun olaraq həyata keçirilir.

Komissiyanın podratçıları, Komissiya adından məlumatlarınızın hər hansı formada emalı əməliyyatları ilə əlaqədar olaraq spesifik müqavilə müddəalarına və Aİ-yə Üzv Dövlətlərdə Şəxsi Məlumatların Qorunmasına dair Ümumi Reqlamentin (“GDPR” 2016/679 saylı (Aİ) Reqlamenti) köçürülməsindən irəli gələn məxfilik tələblərinə əməl etməyi öhdələrinə götürürlər.

Şəxsi məlumatlarınızı qorumaq üçün Komissiya bir sıra texniki və təşkilati tədbirlərdən istifadə edir. Texniki tədbirlərə onlayn təhlükəsizliyi təmin etmək, şəxsi məlumatların emalı və emal edilən məlumatların mənşəyi ilə əlaqədar risk nəzərə alınmaqla məlumatların itirilməsi, dəyişdirilməsi və ya məlumatlara icazəsiz giriş riskini aradan qaldırmaq üçün müvafiq tədbirlər daxildir. Təşkilati tədbirlərə, şəxsi məlumatların emalı əməliyyatı məqsədilə həmin məlumatları bilmək üçün qanuni tələbata malik səlahiyyətli şəxslərdən başqaları üçün şəxsi məlumatlara girişin məhdudlaşdırılması daxildir.

Toplanmış şəxsi məlumatlar və bütün əlaqəli məlumatlar internet səhifəsinin fəaliyyəti və xidməti zamanı podratçıların serverlərində saxlanılır.

Elektron formatda olan şəxsi məlumatlar: şəxsi məlumatlarınıza, o cümlədən internet səhifəsində toplanmış hər hansı digər məlumatlara giriş yalnız məhdud sayda istifadəçinin əldə etdiyi parol ilə identifikasiya sistemi vasitəsi ilə təmin edilir və bu məlumatların daha sonra Aİ qanunvericiliyinə uyğun olaraq Komissiyanın fəaliyyətinə nəzarətə və təftişə görə məsul olan orqanlara ötürülməsinə imkan verilmir.

İnternet səhifəsi kukilərdən istifadə edir.

Kukilər, istifadəçinin ziyarət etdiyi internet xidmətləri tərəfindən yaradılan mətn parçalarıdır; bu mətn faylları istifadəçilərin cihazlarında hal-hazırda ziyarət etdikləri internet səhifəsi (“birinci tərəfə aid daimi kukilər”) və ya hazırda ziyarət etdikləri internet səhifəsi (“üçüncü tərəfə aid kukilər”) ilə əlaqədar başqa bir internet səhifəsi tərəfindən quraşdırıla bilər. İnternet səhifəmizin fəaliyyətini asanlaşdırmaq üçün istifadəçilərin razılığı əsasında cihazınıza kuki adlandırılan kiçik məlumat faylları yerləşdirə bilərik. Onlar müəyyən müddət ərzində internet səhifəsindəki fəaliyyətinizi və seçimlərinizi (istifadəçi adı, dil və şriftin ölçüsü və digər ekran seçimləri) yadda saxlamağa imkan verir və bununla da hər dəfə internet səhifəsinə baş çəkərkən və ya bir səhifədən digərinə keçərkən onları yenidən daxil etməyinizə ehtiyac qalmır.

Aşağıdakı 4 növ müxtəlif kukilərdən istifadə edilir: • Birinci tərəfə aid daimi kukilər • Texniki seansla bağlı kukilər • Üçüncü tərəflərə aid kukilər (Google Analytics kukiləri daxil olmaqla) • Share vidgetindən üçüncü tərəfə aid kukilər. Bu kampaniya xarakterli internet səhifəsində aşağıdakı növ kukilərdən istifadə edilir: “birinci tərəfə aid daimi kukilər” və “seansla bağlı kukilər”.

“Birinci tərəfə aid daimi kukilər” internet səhifəmizin ziyarətçiləri haqqında aşağıdakı məlumatları izləməyə imkan verir: • İP ünvanı (anonim) • Məkan: ölkə, bölgə, şəhər, təxmini enlik və uzunluq (geoməkan) • Sorğunun (internet səhifəsinə ziyarətin) tarixi və vaxtı • Baxılan səhifənin adı (Səhifənin adı) • Baxılan səhifənin URL-si (Səhifənin URL-si) • Cari səhifədən əvvəl baxılan səhifənin URL-si (Keçid mənbəyi URL-si) • İstifadəçinin cihazında ekranın əksetmə qabiliyyəti • Yerli ziyarətçinin saat qurşağındakı vaxt • Kliklənmiş və endirilmiş fayllar (Endir) • Kliklənmiş xarici domenə linklər (Göndərilən link) • Səhifələrin yaranma vaxtı (internet səhifələrin veb-server tərəfindən yaradıldığı və sonra ziyarətçi tərəfindən yükləndiyi vaxt: Səhifənin sürəti) • İstifadə edilən brauzerin əsas dili (Accept-Language başlığı) • Brauzerin versiyası, brauzerin qoşmaları (PDF, Flash, Java, …) əməliyyat sistemi versiyası, cihaz identifikatoru (İstifadəçi agenti başlığı) • Ziyarət edilmiş səhifənin dili • Kampaniyalar • Saytda axtarış • Tədbirlər

Toplanmış məlumatlar marketinq, bazarın araşdırılması sahəsində çalışan hər hansı digər təşkilatlarla və ya biznes məqsədlər ilə bağlı paylaşılmır. Bundan əlavə, yuxarıda qeyd edilmiş məlumatlar hər hansı xüsusi ziyarətçini müəyyən etmək üçün istifadə edilmir. “Birinci tərəfə aid daimi kukilər” bu internet səhifəsi tərəfindən yaradılır və aşağıdakılara imkan verir: • internet səhifəsinin düzgün fəaliyyəti; • internet səhifəsinin funksionallığını təkmilləşdirmək üçün statistik məlumatların toplanması və bu məqsədlə internet səhifəsi Google Analytics-dən (aşağıda daha ətraflı məlumat verilmişdir) istifadə edir; • sosial media ilə paylaşma funksiyaları. “Birinci tərəfə aid daimi” kukilərin ön üç aydan (13) sonra istifadə müddəti bitir və həmin müddətdən sonra istifadəçinin cihazından avtomatik qaydada silinir. “Texniki seans” ilə bağlı kukilər hər hansı məlumatdan ibarət deyil, istifadəçinin seansı (internet səhifəsində keçirilən vaxt) müddətində yerləşdirilir.

Bu kukilər internet səhifəsinə daxil olduqda ziyarətçinin seçimlərini saxlamaq üçün lazımdır. Ziyarətçi internet səhifəsini tərk etdiyi zaman seans ilə bağlı kuki silinir.

“Üçüncü tərəflərə aid kukilər” (Google Analytics kukiləri daxil olmaqla) haqqında aşağıda ətraflı məlumat verilmişdir. Share vidgetindən “Üçüncü tərəflərə aid kukilər” istifadəçilərin sosial mediada məzmun paylaşmasına icazə vermək üçün kompüterə yerləşdirilir.

İnternet səhifəmizdə olduğunuz zaman sosial media hesablarımıza linklərin göstərilməsi üzrə kukilər quraşdırılmır

RAZILIQ

İnternet səhifəsinə ilk dəfə daxil olduqda, internet səhifə ziyarətçisinə kukilərin yerləşdirilməsini qəbul etmək (“Yaxşı, razıyam”) və ya imtina etmək (“Kukilərdən imtina”) seçimləri verilir.

Kukilərin qəbul edilməsi: Bu seçimə klikləyərək ziyarətçi aşağıdakı məqsədlər üçün bütün kukilərin yerləşdirilməsinə razılıq verir: • İnternet səhifəsinin uyğun şəkildə fəaliyyəti • sosial media ilə paylaşma funksiyası • Statistik məlumatların toplanması

Kukilərdən imtina: Bu seçimə klikləməklə ziyarətçi yuxarıda adı çəkilən kukilərin heç birinin yerləşdirilməsinə razılıq vermir. Bu halda, yalnız seans kukisi yerləşdirilir; bu texniki kukidir və əsas məqsədi ziyarətçilərin seçimlərini yadda saxlamaqdır. Bu kuki istifadəçinin seansı müddətində yerləşdirilir (internet səhifəsində keçirilən vaxt) və adı çəkilən seans müddəti bitdikdə avtomatik olaraq silinir. Kukilərin qəbulundan imtina internet səhifəsində naviqasiya təcrübənizə mane olmur.

Heç bir seçim edilməyib: Ziyarətçi kukiləri qəbul və ya rədd etmirsə, internet səhifəsi bunu kukilərin yerləşdirilməsindən imtina kimi qəbul edir və seçim edilənə qədər bütün əlaqəli funksiyalar dayandırılır.

“Yaxşı, razıyam” seçiminə klikləyərək razılıq verilmədiyi təqdirdə, ziyarətçilərin cihazlarında heç bir kuki yerləşdirilməməlidir.

İmtina

Ziyarətçi kukilərin yerləşdirilməsinə razı olduğu halda, istənilən vaxt bu qərarı dəyişmək və imtina etmək mümkündür. İmtina etmək üçün ziyarətçi brauzerlərindəki bütün kukiləri silməlidir. Ancaq belə etsəniz, hər dəfə hər hansı internet səhifəsinə ziyarət etdikdə bəzi seçimləri əl ilə tənzimləməli olacaqsınız və bəzi xidmətlər və funksiyalar işləməyə bilər.

Müxtəlif brauzerlərdə kukilərin tənzimlənməsi haqqında öyrənmək üçün aşağıdakı səhifəyə baş çəkin: https://www.aboutcookies.org/

İZLƏNMƏMİ İSTƏMİRƏM

“İzlənməmi istəmirəm” ziyarətçilərin analitik xidmətlər, reklam şəbəkələri və sosial platformalardan istifadə daxil olmaqla, hər hansı bir məqsədlə internet səhifələri tərəfindən izlənilməməsini təmin edən texnologiyadır. “İzlənməmi istəmirəm” funksiyasını birbaşa veb brauzerinizdə aktivləşdirə bilərsiniz. Google Analytics, veb brauzerində bu funksiyanı aktivləşdirən istifadəçiləri izləmir.

GOOGLE ANALYTICS

İnternet səhifəsi yuxarıda adı çəkilən ziyarətçilərin məlumatını izləmək üçün Google Analytics-dən istifadə edir. Bu məqsədlə yuxarıda sadalanan toplanmış məlumatlar Google İnc. şirkətinə ötürülür. Google İnc. şirkətinə ötürməzdən əvvəl, ziyarətçilərin İP ünvanları internet səhifəsi tərəfindən anonimləşdirilir; bununla internet səhifəsinin tam funksionallığını seçən ziyarətçilərin anonimliyini qorunur. Google Analytics məlumatların saxlanmasına nəzarət funksiyasını işə salmışdır. Bu funksiya internet sahiblərinə Google Analytics hesabı daxilində saxlanılan məlumatların saxlanma müddətini təyin etmək imkanı yaradır. Təyin edilmiş saxlanma müddəti 26 aydır; bu müddətdən sonra istənilən məlumatlar Google serverlərindən silinir.

  1. Şəxsi məlumatlarınıza kimin çıxış imkanı var və onlar kimə açıqlanır?

Şəxsi məlumatların emalı əməliyyatını həyata keçirməyə cavabdeh olan Komissiyanın heyətinə və “rəsmi ehtiyac” prinsipinə uyğun olaraq səlahiyyətli heyətə şəxsi məlumatlara giriş imkanı verilir. Bu cür heyət qanuni və zəruri hallarda əlavə məxfilik müqavilələrinə tabedir.

OLAF, IDOC, IAS (Daxili Audit Xidmətləri), Komissiyanın Hüquq Xidmətləri, o cümlədən digər Baş Direktoratlığın işçi heyəti (SG, DG BUDG və məlumat xidmətləri) rəsmi tədqiqat kontekstində və ya audit məqsədləri üçün tələb olunduqda. 

2018/1725 saylı (Aİ) Reqlamentin 3(13)-cü Maddəsinə uyğun olaraq, İttifaq və ya Üzv Dövlətin qanununa əsasən xüsusi sorğu çərçivəsində şəxsi məlumatları ala bilən dövlət orqanları (məs. Audit Məhkəməsi, Aİ Ədliyyə Məhkəməsi) qəbuledən hesab edilməməlidir. Bu dövlət orqanları tərəfindən həmin məlumatların sonrakı emalı, emalın məqsədlərinə uyğun olaraq tətbiq olunan məlumatların qorunması qaydalarına uyğun olaraq həyata keçirilməlidir.

Məlumatlara nəzarət orqanı adından və müqavilə əsasında işləyən və “rəsmi ehtiyac” prinsipinə uyğun olaraq və məlumatı qəbul etmək üçün abunəlikləri idarə etmək məqsədilə internet səhifəsinin yaradılması, texniki xidməti, idarə edilməsi və arxivləşdirilməsi ilə məşğul olan xarici podratçılara şəxsi məlumatlara çıxış imkanı verilir.

Qanunla tələb oluna bilən hallar və məqsədlər istisna olmaqla, toplanan məlumatlar üçüncü şəxslərə verilmir.

  1. Hansı hüquqlarınız var və onları necə həyata keçirə bilərsiniz?

“Məlumat subyekti” kimi 2018/1725 saylı (Aİ) Reqlamentin III fəslinə (14-25-ci Maddələr) uyğun olaraq spesifik hüquqlarınız, xüsusən şəxsi məlumatlarınız yanlış və ya natamam olduqda şəxsi məlumatlarınıza daxil olmaq və onlara düzəliş etmək hüququnuz var. Mümkün olduğu hallarda, şəxsi məlumatlarınızı silmək, şəxsi məlumatlarınızın emalını məhdudlaşdırmaq, məlumatların emalına etiraz etmək və məlumatların yığcamlığına dair hüququnuz var.

Məlumatlara nəzarət orqanı, habelə mübahisə hallarında Məlumatların qorunması üzrə baş mütəxəssis ilə əlaqə quraraq hüquqlarınızdan istifadə edə bilərsiniz. Lazım gələrsə, Avropa məlumatların qorunması üzrə nəzarətçi ilə də əlaqə saxlaya bilərsiniz. Onların əlaqə məlumatları aşağıda 9-cu başlığın altında verilmişdir.

Hüquqlarınızı bir və ya daha çox xüsusi məlumat emalı əməliyyatı məzmununda həyata keçirmək istəyirsinizsə, müraciətinizdə onları təsvir edin (yəni aşağıda 10-cu Başlığın altında təsvir olunduğu kimi qeyd nömrələri).

  1. Əlaqə məlumatları
  2. Məlumatlara nəzarət orqanı

2018/1725 saylı (Aİ) Reqlamentinə uyğun olaraq hüquqlarınızdan istifadə etmək istəyirsinizsə, yaxud şərhləriniz, suallarınız və ya narahatlıqlarınız varsa və ya şəxsi məlumatlarınızın toplanması və ya istifadəsi ilə bağlı şikayət göndərmək istəyirsinizsə, bu məqsəd üçün nəzərdə tutulmuş elektron poçt ünvanı vasitəsilə Məlumatlara nəzarət orqanı, Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı / NEAR.A1 idarələrarası əlaqələr və rabitə bölməsi ilə əlaqə saxlayın:

NEAR-A1@ec.europa.eu

  • Komissiyanın Məlumatların qorunması üzrə baş mütəxəssisi (DPO)

Aİ-nin 2018/1725 saylı Reqlamentinə uyğun olaraq şəxsi məlumatlarınızın emalına dair məsələlər ilə bağlı Məlumatların qorunması üzrə baş mütəxəssis (DATA-PROTECTION-OFFICER@ec.europa.eu) ilə əlaqə saxlaya bilərsiniz.

  • Avropa məlumatlarının qorunması üzrə nəzarətçi (EDPS)

Şəxsi məlumatlarınızın Məlumatlara nəzarət orqanı tərəfindən emalı nəticəsində 2018/1725 saylı (Aİ) Reqlamentinə uyğun olaraq hüquqlarınızın pozulduğunu düşünürsünüzsə, Avropa məlumatlarının qorunması üzrə nəzarətçiyə (edps@edps.europa.eu) müraciət etmək (yəni şikayət göndərmək) hüququnuz var.

  1. Daha ətraflı məlumatı haradan əldə etmək olar?

Məlumatların qorunması üzrə baş mütəxəssis (DPO) Komissiya tərəfindən sənədləşdirilmiş və ona bildirilmiş şəxsi məlumatların bütün emalı əməliyyatları haqqında qeydləri reyestrdə dərc edir. Aşağıdakı link vasitəsilə reyestrə daxil ola bilərsiniz: DPO-nun ictimaiyyətə açıq reyestri (europa.eu).

Bu xüsusi emal əməliyyatı DPO-nun ictimaiyyətə açıq reyestrinə aşağıdakı qeyd nömrəsi ilə daxil edilmişdir: DPR-EC-07086.


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,