Avropa Komissiyası mayın 13-də Qlobal səhiyyə sisteminin dayanıqlığı təşəbbüsünü qəbul edib.
Bu təşəbbüs güclü çoxtərəfli sistemə və tərəfdaşlarla əməkdaşlığa əsaslanaraq, bir-biri ilə qarşılıqlı əlaqəli bir dünyada Avropada səhiyyə sahəsində təhdidlərə və böhranlara daha cəld cavab tədbirləri görmək üçün Aİ-nin gələcək fəaliyyətinin strateji çərçivəsini müəyyən edir.
Qlobal səhiyyə sisteminin dayanıqlığı təşəbbüsü qlobal səviyyədə səhiyyə sahəsində sabitliyə və kollektiv fəaliyyətə Aİ-nin töhfəsini maksimuma səviyyəyə çatdıran beş əsas prioritet sahədən ibarətdir:
“Son zamanlar bir çox millətin vətəndaşlarına təsir edən hantavirus epidemiyası bizə beynəlxalq əməkdaşlığın getdikcə niyə çox vacib olduğunu xatırladır,” – Aİ-nin Ali Nümayəndəsi Kaya Kallas bildirib. “Bəziləri qlobal sağlamlığı qoruyan çoxtərəfli təşkilatlardan geri çəkildiyi halda, Aİ dəstəyini daha da artırır. Təhlükəli dezinformasiyaya qarşı mübarizə səylərindən tutmuş vaksinlərin və texnologiyaların inkişafına qədər, Aİ bu gün qlobal səhiyyə sisteminə və onu qorumaq üçün beynəlxalq səylərə sadiqliyini bir daha təsdiqləyir”.
Bu prioritetləri fəaliyyətə çevirmək üçün Qlobal səhiyyə sisteminin dayanıqlığı təşəbbüsü milli, regional və qlobal səviyyələrdə doqquz flaqman tədbiri ehtiva edir. Məqsəd isə bütün dünyada hazırlığı artırmaq, koordinasiyanı təkmilləşdirmək və davamlı sistemlər qurmaqdır. Onların icrasına 2026−2027-ci illər arasında başlanılacaq.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,