On il əvvəl 16 iyun 2016-cı il tarixində altı tərəfdaş ölkədən (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) və Avropa İttifaqından (Aİ) olan ilk 100 gəncin iştirakı ilə “Gənc Avropa səfirləri” (YEA) şəbəkəsinin əsası qoyulub. Fəaliyyətə başladığı ilk ildə şəbəkə tərəfindən 7 tədbir təşkil olunub və bu təşəbbüslər 7000 nəfəri əhatə edib. Bu gün isə bu şəbəkənin sıralarında region üzrə 20 milyon insanı əhatə edən 7000-dən çox layihədə iştirak etmiş 3000-dən artıq gənc birləşib.
“EU NEIGHBOURS east” layihəsi bu şəbəkənin onilliyini qeyd etmək məqsədilə regionda mühüm dəyişikliklərə şahidlik etmiş, öz icmalarında Aİ-nin dəstəyi barədə məlumatlılığı artıran və Avropa dəyərlərini təşviq edən istedadlı gənc Avropa səfirlərinin səsini və nailiyyətlərini tanıtmaq məqsədilə genişmiqyaslı kampaniyaya start verir.
Ötən onillik ərzində Gənc Avropa səfirləri Aİ-nin şərq qonşuları ilə tərəfdaşlığı, dəyərləri və daha yaxşı gələcək üçün yaradılan imkanlar barədə ictimaiyyəti məlumatlandırıblar. Onlar demokratiya, ətraf mühitin mühafizəsi və gender bərabərliyi sahəsində kampaniyalar həyata keçiriblər. Gənclər bir-birinin mübarizəsinə həmrəylik nümayiş etdirərək yorulmadan, çiyin-çiyinə çalışıb və gələcəyə hədəflənən davamlı əlaqələr qurublar.
Önümüzdəki aylar ərzində Gənc Avropa səfirləri ötən onilliyin mirasını və qazanılan uğurları müxtəlif layihələrlə diqqət mərkəzində saxlayacaqlar:
Hazırda regionda və Aİ məkanında fəaliyyət göstərən şəbəkənin 1000-ə yaxın fəal üzvü var. Onlar Ukrayna ilə həmrəyliyi qoruyub saxlayır, təşkilatın genişlənmə prosesini dəstəkləyir, Aİ-nin imkanları barədə məlumatlılığı artırır, eləcə də Belarus və Gürcüstanda demokratiya və insan hüquqları uğrunda aparılan mübarizəyə diqqət çəkirlər.
Gələcəyin onillik əməkdaşlıq, ilham və dəyişiklik mərhələsinə zəmin hazırlamaq üçün həmrəylik, məlumatlılıq, şəbəkələşmə və yeni imkanların yaradılması istiqamətində hər gün yeni fəaliyyətlər təşkil olunmaqdadır.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,