UKRAYNA İLƏ HƏMRƏY OLAQ

Aİ Ukrayna ilə həmrəydir və əlavə siyasi, maliyyə və humanitar sahələrdə dəstək daxil olmaqla, beynəlxalq tərəfdaşları ilə birlikdə Ukrayna və onun xalqını dəstəkləməyə davam edəcək. Aİ Rusiyanın təcavüzünə cavab olaraq əlavə məhdudlaşdırıcı tədbirlər qəbul edərək tez və qətiyyətlə cavab verdi və bu tədbirlərin Rusiya üçün kütləvi və kəskin nəticələri olacaq.


SON XƏBƏRLƏR

Müharibədə dağıdılan Buça və İrpen şəhərləri bərpa olunur

İrpen Yenidənqurma Sammitinin iştirakçısı Ruslan Savçuk şəhərin kənarındakı “avtomobil qəbiristanlığı” adlanan yeri nəzərdə tutaraq “heç nə unudulmamalı, ancaq şəhər qəbiristanlığa bənzəməməlidir” deyir.

Kiyev vilayətinin İrpen şəhərinin kənarındakı bir yolun ətrafında Rusiya işğalı zamanı məhv edilmiş və paslanmış avtomobillər toplanıb. Onların bəzilərinin üzərində çoxlu sayda güllə izləri var. Bu avtomobilləri İrpendən qaçan dinc sakinlər qoyub gedib. Onlar Rusiya əsgərlərinin qarşısını almaq üçün ukraynalıların dağıtdıqları körpüyə çatanda yola piyada davam etməli olublar.

Şəhər azad edildikdən sonra yerli hökumət orqanlarının icazəsi ilə amerikalı və ukraynalı rəssamlar avtomobilləri bəzəyərək fotoşəkilləri rəqəmsal aktivlərə (NFTs) çeviriblər və onların satışından əldə olunan pul vəsaitləri yenidənqurma layihələrinin dəstəklənməsinə yönəlib. Lakin Ruslan kimi bəzi yerli sakinlər “faciəni bəzəmək” fikri ilə razı deyil.

Yoldan keçən bir nəfər İrpendəki “avtomobil qəbiristanlığına” baxır. Foto: Nino Çiçua – Netgazeti

Avtomobil qəbiristanlığının taleyi və bir çox başqa yenidənqurma layihələri daimi müzakirə mövzusuna çevrilib. Mütəmadi raket hücumlarına və dağılmaq təhlükəsinə baxmayaraq, Ukrayna yenidənqurma işlərinə başlamaq üçün müharibənin bitməsini gözləmir. Bu yanaşma mübahisələrə səbəb olur, lakin, faciənin baş verdiyi yerdə yaşamağa davam etmək məcburiyyətində olanlar üçün ən yaxşı seçimdir.

İrpen müharibənin ilk günlərində ən ağır dağıntılara məruz qalan şəhərlərdən biridir. Məhz bu şəhərdə rus ordusunun paytaxta doğru irəliləməsinin qarşısı alınıb. İrpen şəhərinin infrastrukturunun 70%-i zərər görüb, 16358 sakin evsiz qalıb, 119 çoxmərtəbəli yaşayış binası və 1483 fərdi yaşayış evi, tibb müəssisəsi, məktəb və bağçalar, su təchizatı sistemləri, bələdiyyəyə aid xüsusi texnika dağıdılıb. “Çempion” adlışəhər stadionu xarabalığa çevrilib.

Ukrayna futbolunun əfsanəsi və “Milan” futbol klununun keçmiş ulduzu Andrey Şevçenko stadionun bərpası üçün Milanda təşkil edilən xeyriyyə tədbirində 150 min avro pul vəsaiti toplayıb. “Milan” və Ukraynanın “Şaxtyor” (Donetsk) klubu isə müvafiq olaraq daha 150 min və 100 min avro yardım edib.

Yenidənqurma işlərinin başladığı bir il ərzində 412 nəfər çoxmərtəbəli binanın və 322 nəfər fərdi yaşayış evinin sakininə yardım göstərilib, daha 4787 pəncərə dəyişdirilib. Donorlar arasında müxtəlif hökumətlər, qardaş şəhərlər, beynəlxalq fondlar, ukraynalılar və xaricdə yaşayan vətəndaşlar var.

Avropa İttifaqının maliyyələşdirdiyi Enerji Təhlükəsizliyi Fondunun “Evi bərpa et” layihəsi çərçivəsində İrpendə dörd yaşayış binası tikilib. Foto: Nino Çiçua – Netgazeti

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 3 saylı İrpen liseyinin yenidən qurulmasına 4,8 milyon avro yardım ayırıb.

“Amma elə düşünməyin ki, biz UNİCEF-ə zəng vurub dedik ki, liseyin yenidən qurulması üçün 5 milyon avroya ehtiyacımız var və növbəti gün onlar pulu verdilər! Biz onlara məktublar ünvanladıq, görüşlər keçirdik, danışıqlar apardıq, insanlar günlərlə və həftələrlə zəhmət çəkdi”, – İrpen Yenidənqurma Fondunun təsisçisi Vladimir Karplyuk deyir.

İrpen Yenidənqurma Fondu qeyri-hökumət təşkilatıdır və şəhər rəhbərliyi ilə birlikdə hesablamalar aparır, zədələnmiş sosial və yaşayış infrastrukturunun bərpası üçün beynəlxalq donorlardan və ya xeyriyyə fondlarından yardımların cəlb olunması istiqamətində çalışır. İrpen Yenidənqurma Fondu İnvestisiya Şurası ilə birlikdə İrpendə olan dağıntıların və yenidənqurma işlərinin və şəhərin bərpasında iştirak edən beynəlxalq tərəfdaşların məlumat bazası olan IRPIN HELP portalını yaradıb. Bu portal vasitəsilə ianələr etmək mümkündür.

Fondun layihələrindən biri olan İrpenin Yenidənqurma Sammiti çərçivəsində Azadlıq meydanının, muzey və kitabxana binalarının, Mədəniyyət mərkəzinin layihələrinin hazırlanması və digər layihələr üzərində iş aparılır. Müharibədən əvvəl zəngin bədii irsinə görə Ukraynanın Kapadokiyası kimi tanınan şəhərdə Mədəniyyət mərkəzi ən çox zədələnmiş binalardan biridir.

İrpen Mədəniyyət mərkəzinin üzərindəki qraffiti. Foto: Nino Çiçua – Netgazeti

Azad edildikdən bir il üç ay sonra Buçanın çox hissəsi xarabalıqlardan təmizlənib. Buça Ukraynanın paytaxtı Kiyev şəhərindən 30 km aralıda yerləşən bir şəhərcikdir. Bu şəhər rus ordusunun qəddarlıq simvoluna çevrilib.

Burada əlləri bağlı mülki şəxslər güllələnib. Rus əsgərlərindən Ukraynaya niyə gəldiklərini soruşan Rusiya vətəndaşı onların ilk qurbanlarından biri olub. Sonradan ukraynalılar rusların Buçanın işğalına əvvəlcədən hazırlaşdıqlarını anlayıblar. Belə ki, müharibədən bir müddət əvvəl onlar ərzaq ehtiyatı saxlamaq üçün şəhərdə bir anbar icarəyə götürüblər. Bu şəhər 33 gün ərzində terror, işgəncə, zorlama, soyğunçuluq və edamların şahidi olub. Küçələr meyitlərlə örtülmüşdü. Morqlar dolu idi, şəhərin kənarındakı qəbiristanlıq isə mütamadi havadan raket hücumlarına məruz qalırdı.   

Apostol Andrey Baş kilsəsinin həyətində, kütləvi məzarlıq yerində indi Müqəddəs Məryəmin barelyefi var. Vətəndaşlar buraya güllər, oyuncaqlar gətirir və şamlar yandırırlar.

{“thumbSpacing”:0,”captionHAlign”:”bottom”,”collectionthumbHoverTitleTextBgColor”:”rgba(0,0,0,0.03)”,”sliderMaxHeight”:580,”sliderAdminWidth”:840,”responsiveHeight”:true,”collectionColumns”:1,”sliderThumbsNavi”:false,”galleryType”:”pgc_sgb_slider”,”galleryId”:”ba873898″,”images”:[{“id”:252521,”title”:”image00005″,”url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00005-scaled.jpeg”,”link”:”https://euneighbourseast.eu/az/?attachment_id=252521″,”alt”:””,”description”:””,”caption”:”Apostol Andrey Bas kilsəsinin yanında kütləvi məzarlıq yeri, Buça. Foto: Nino Çiçua – Netgazeti”,”mime”:”image/jpeg”,”type”:”image”,”width”:2560,”height”:1920,”sizes”:{“thumbnail”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00005-150×150.jpeg”,”height”:150,”width”:150,”orientation”:”landscape”},”medium”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00005-300×225.jpeg”,”height”:225,”width”:300,”orientation”:”landscape”},”large”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00005-1024×768.jpeg”,”height”:768,”width”:1024,”orientation”:”landscape”},”full”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00005-scaled.jpeg”,”height”:1920,”width”:2560,”orientation”:”landscape”}},”imageMeta”:{“aperture”:”2.2″,”credit”:””,”camera”:”iPhone 14 Pro”,”caption”:””,”created_timestamp”:”1683721978″,”copyright”:””,”focal_length”:”2.22″,”iso”:”40″,”shutter_speed”:”0.0019493177387914″,”title”:””,”orientation”:”1″,”keywords”:[]},”meta”:false,”postlink”:”https://euneighbourseast.eu/az/?attachment_id=252521″},{“id”:252529,”title”:”image00006″,”url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00006.jpeg”,”link”:”https://euneighbourseast.eu/az/?attachment_id=252529″,”alt”:””,”description”:””,”caption”:”Buça şəhəri, Müqəddəs apostol Andrey Baş kilsəsi. Foto: Nino Çiçua – Netgazeti”,”mime”:”image/jpeg”,”type”:”image”,”meta”:false,”postlink”:”https://euneighbourseast.eu/az/?attachment_id=252529″}],”itemsMetaDataCollection”:[]}(function(){if(window.PGC_SGB && window.PGC_SGB.searcher){window.PGC_SGB.searcher.initBlocks()}})()

Buça rayonunun kənd və qəsəbələrində bir ay davam edən işğalın dərin izləri hələ də qalıb. “Evimizi bərpa etməyə kömək edin”, “Biz burada yaşamaq istəyirik”, “Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarın”. Bunlar Borodyankada dağıdılmış evlərin üzərinə yazılan şüarlardan sadəcə bir neçəsidir. 

Müharibədən əvvəl Buçanın əhalisi təxminən 38000 nəfər idi, lakin rus qoşunları şəhəri işğal edəndə orada cəmi 5000 nəfər qalmışdı. İndi əhalinin 90%-i geri qayıdıb. Bundan əlavə, Ukraynanın şərq vilayətlərindən 8000-ə yaxın qaçqın Buçada məskunlaşıb.

2022-ci il fevralın 24-də Buçanı tərk edən və aprelin sonunda geri qayıdan 63 yaşlı Vasili deyir ki, “indi hər şey normal görünür”. Amma sən demə insanların yaddaşları ilə müqayisədə binaların üzərindəki müharibənin izlərini silmək daha asandır.

83 yaşlı Neonilla: “İnsanlar rus əsgərlərini görən kimi huşlarını itirirdilər. Biz dəhlizdən çıxmağa qorxurduq. Dəhşət qorxurduq. Hər yeri güllələyirdilər. Gündüzlər daha az, lakin günorta saat 17:30-dan gecə yarısına qədər intensiv atışma davam edirdi. Onlar 20 dəqiqə, yarım saat atırdılar. Sonra təxminən eyni vaxt ərzində dincəlir, silahlarını doldurur və davam edirdilər… Çölə çıxmaq öldürülmək demək idi. Küçələr meyitlərlə dolu idi. Vəhşilər meyitləri dəfn etmək üçün aparmağa belə icazə vermirdilər. Oğullarım onları toplayıb kütləvi məzarlığa basdırdılar. Kilsəmizin xorunda oxuyan Andryuşa adlı bir oğlan var idi. Onu, anasını, atasını, iki gənc qonşusunu öldürüb, tankın altında əzib, çuxura atıb, üstünü budaqlarla örtüb, od vurub yandırdılar. Yerli sakinlərin çoxu, xüsusən də uşaqlar və qadınlar şəhəri tərk etmişdilər. Yaxşı ki, getdilər və başqa ölkələrdə məskunlaşdılar. Biz yaşlanmışıq deyə gedə bilmədik. Belə bir qorxu içində yaşadıq. Ruhi xəstənin biri müharibəyə başlamaq qərarına gəldiyi üçün biz bu vəziyyətdəyik”.

86 yaşlı Gennadi Andreyev: “İkinci Dünya Müharibəsi illərində məktəbdə oxuyurdum. Biz faşistlər tərəfindən işğal olunmuş Luqansk vilayətində yaşayırdıq. Zirzəmidə gizlənirdik və bir dəfə alman əsgərlərindən biri bizə çörək verdi. Yaxşı xatırlayıram. Almanların hamısı faşist deyildi. Bunlar [rus əsgərləri] isə ən pis insan məxluqlarıdır. 86 yaşım var, bu yaşıma qədər belə vəhşilik, qəddarlıq görməmişdim. Putin bütün səlahiyyətlərindən sui-istifadə etdi. Bu, insanlığın özünə istehzadır”.

63 yaşlı Vasili: “Əlbəttə, onları bağışlamaq olmaz. Heç kəs bunun Ukraynada baş verəcəyini təsəvvür edə bilməzdi. Məgər ruslar, gürcülər bizi qardaş hesab etmirdilər?  Təcavüzkar Ukraynaya həsəd aparır. Onlar Avropa tərzində yaşamaq istəmirlər. Onlar hələ də bu arzuolunmaz birliyi geri qaytarmaq istəyirlər. Biz Sovet İttifaqı dövründən keçib gəlmişik və artıq ona ehtiyacımız yoxdur”. 

{“thumbSpacing”:0,”captionHAlign”:”bottom”,”collectionthumbHoverTitleTextBgColor”:”rgba(0,0,0,0.03)”,”sliderMaxHeight”:580,”sliderAdminWidth”:840,”responsiveHeight”:true,”collectionColumns”:1,”sliderThumbsNavi”:false,”galleryType”:”pgc_sgb_slider”,”galleryId”:”c0996051″,”images”:[{“id”:252433,”title”:”image00007″,”url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00007-scaled.jpeg”,”link”:”https://euneighbourseast.eu/az/?attachment_id=252433″,”alt”:””,”description”:””,”caption”:”Buça rayonundakı Borodyanka qəsəbəsi. Foto: Nino Çiçua – Netgazeti”,”mime”:”image/jpeg”,”type”:”image”,”width”:2560,”height”:1920,”sizes”:{“thumbnail”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00007-150×150.jpeg”,”height”:150,”width”:150,”orientation”:”landscape”},”medium”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00007-300×225.jpeg”,”height”:225,”width”:300,”orientation”:”landscape”},”large”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00007-1024×768.jpeg”,”height”:768,”width”:1024,”orientation”:”landscape”},”full”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00007-scaled.jpeg”,”height”:1920,”width”:2560,”orientation”:”landscape”}},”imageMeta”:{“aperture”:”1.78″,”credit”:””,”camera”:”iPhone 14 Pro”,”caption”:””,”created_timestamp”:”1683714023″,”copyright”:””,”focal_length”:”6.86″,”iso”:”80″,”shutter_speed”:”0.00015098897780462″,”title”:””,”orientation”:”1″,”keywords”:[]},”meta”:false,”postlink”:”https://euneighbourseast.eu/az/?attachment_id=252433″},{“id”:252449,”title”:”image00009″,”url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00009-scaled.jpeg”,”link”:”https://euneighbourseast.eu/az/?attachment_id=252449″,”alt”:””,”description”:””,”caption”:”\u0022Evimizi bərpa etməyə kömək edin\u0022 – hasarın üzərində yazı, Borodyanka.Foto: Nino Çiçua – Netgazeti”,”mime”:”image/jpeg”,”type”:”image”,”width”:2560,”height”:1920,”sizes”:{“thumbnail”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00009-150×150.jpeg”,”height”:150,”width”:150,”orientation”:”landscape”},”medium”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00009-300×225.jpeg”,”height”:225,”width”:300,”orientation”:”landscape”},”large”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00009-1024×768.jpeg”,”height”:768,”width”:1024,”orientation”:”landscape”},”full”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00009-scaled.jpeg”,”height”:1920,”width”:2560,”orientation”:”landscape”}},”imageMeta”:{“aperture”:”1.78″,”credit”:””,”camera”:”iPhone 14 Pro”,”caption”:””,”created_timestamp”:”1683714002″,”copyright”:””,”focal_length”:”6.86″,”iso”:”80″,”shutter_speed”:”9.2997303078211E-5″,”title”:””,”orientation”:”1″,”keywords”:[]},”meta”:false,”postlink”:”https://euneighbourseast.eu/az/?attachment_id=252449″},{“id”:252457,”title”:”image00010″,”url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00010-scaled.jpeg”,”link”:”https://euneighbourseast.eu/az/?attachment_id=252457″,”alt”:””,”description”:””,”caption”:”Borodyanka, Buça bələdiyyəsi. Foto: Nino Çiçua – Netgazeti”,”mime”:”image/jpeg”,”type”:”image”,”width”:2560,”height”:1920,”sizes”:{“thumbnail”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00010-150×150.jpeg”,”height”:150,”width”:150,”orientation”:”landscape”},”medium”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00010-300×225.jpeg”,”height”:225,”width”:300,”orientation”:”landscape”},”large”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00010-1024×768.jpeg”,”height”:768,”width”:1024,”orientation”:”landscape”},”full”:{“url”:”https://euneighbourseast.eu/wp-content/uploads/2023/07/image00010-scaled.jpeg”,”height”:1920,”width”:2560,”orientation”:”landscape”}},”imageMeta”:{“aperture”:”1.78″,”credit”:””,”camera”:”iPhone 14 Pro”,”caption”:””,”created_timestamp”:”1683713959″,”copyright”:””,”focal_length”:”6.86″,”iso”:”80″,”shutter_speed”:”0.000209995800084″,”title”:””,”orientation”:”1″,”keywords”:[]},”meta”:false,”postlink”:”https://euneighbourseast.eu/az/?attachment_id=252457″}],”itemsMetaDataCollection”:[]}(function(){if(window.PGC_SGB && window.PGC_SGB.searcher){window.PGC_SGB.searcher.initBlocks()}})()

Təkzibedilməz sübutlara, eksqumasiyalara, peyklərdən və xarici jurnalistlərin çəkdiyi fotoşəkillərə və bir sıra şahidlərə baxmayaraq, Moskva hələ də hərbi cinayətləri inkar edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Buçada çəkilən dəhşətli görüntülərin səhnələşdirildiyini bildirib.

“Təklif edirəm ki, Lavrov buraya gəlsin və Rusiya ordusunun törətdiyi əməlləri öz gözləri ilə görsün. Mən əminəm ki, o, Haaqaya gedərkən Buçadan keçməli olacaq”, – Buça şəhərinin meri Anatoli Fedoruk bildirib. 

Ukrayna hökumətinin məlumatına əsasən, Buçada 37-si uşaq olmaqla 1346 dinc sakin öldürülüb. 9000 hərbi cinayətin üstü açılıb.

* Nino Çiçua Kiyevə “EU NEIGHBOURS east” proqramının beynəlxalq media sahəsində QHT olan n-ost ilə birgə Gürcü və Moldova jurnalistləri üçün təşkil etdiyi press-tur çərçivəsində səfər edib. Səfərin əsas məqsədi Ukrayna, Aİ və Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindən olan jurnalistlər arasında mübadilə və transsərhəd əməkdaşlığı təşviq etmək, eləcə də Ukraynadakı müharibə ilə bağlı məlumatları ŞT ölkələrindəki aparıcı media qurumlarının xəbər lentlərinə qaytarmaq olub. 

Müəllif: Nino Çiçua

Məqalə dərc edildi: Netgazeti.ge

Feed Them Social: TikTok Feed not loaded, please add your Access Token from the Gear Icon Tab.

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,