2 və 3 iyun tarixlərində Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri və yeni Hərtərəfli Saziş üzrə danışıqların növbəti mərhələsi keçirilib. Danışıqlar Aİ və Azərbaycan arasında münasibətlərin 30 illiyi ilə eyni vaxta təsadüf edib.
“Bakıda Aİ-Azərbaycan arasında məhsuldar danışıqlar baş tutdu”. Bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Facebook” səhifəsində paylaşıb. “Danışıqlar aparan tərəflər Tərəfdaşlıq Prioritetlərinin mətnini ilkin olaraq razılaşdırıb və rəsmi şəkildə yeni Aİ-Azərbaycan ikitərəfli sazişi üzrə danışıqları rəsmi şəkildə bərpa etdilər. Biz siyasi dialoqun gücləndirilməsi, bağlantı və iqtisadi əməkdaşlıq üzərinə fokuslanaraq əməkdaşlığımızı davam etdiririk”.
Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Aİ Azərbaycanda ən əsas investor olmaqla yanaşı, ölkənin ən böyük ticarət tərəfdaşıdır.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,