Haqqımızda


Avropa İttifaqının (Aİ) Şərq Qonşuluğu ölkələri ilə tərəfdaşlığında kommunikasiya əsas prioritetlərdən biridir və insanlara Aİ-nin fəaliyyəti və onun Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə əməkdaşlığı haqqında ətraflı öyrənməyə kömək edir. 

Bu baxımdan EUNEIGHBOURS east internet səhifəsi olduqca vacib kommunikasiya platforması olaraq Avropa İttifaqı ilə onun Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq və əlaqələrinə dair bütün lazimi məlumatları çatdıran vahid informasiya mərkəzi rolunu oynayır. Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (EU NEIGHBOURS east) tərəfindən hazırlanmışdır.

Dördillik (2020-2024) proqramın məqsədi kommunikasiyalara dair fəaliyyətləri gücləndirmək, Aİ və onun siyasətləri haqqında daha geniş təsəvvür yaratmaq və Aİ və onun Şərq Qonşuluğu regionunda dezinformasiyalara qarşı ictimai dayanıqlıq formalaşdırmaqdır. Bu proqram Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya səylərini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyəti Xidmətinin rəhbərliyi ilə fəaliyyət göstərir.

EUNEIGHBOURS east internet səhifəsinin idarə olunması ilə yanaşı, proqramın fəaliyyətlərinə gənc fəallar, media tərəfdaşları, yerli dövlət orqanları, vətəndaş cəmiyyəti təşkilatları, elmi dairələr və müxtəlif peşəkar şəbəkə və assosiasiyalar ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən tematik kommunikasiya kampaniyaları, ictimai diplomatiya və daha böyük əhali kütləsinin məlumatlandırılmasına yönəlmiş fəaliyyətlər daxildir. Bu proqram həmçinin Gənc Avropa səfirləri şəbəkəsinin idarə olunması ilə məşğul olur.

Proqram OPEN east layihəsinin (2015-2020) və Aİ-nin Qonşuluq regionu üzrə Məlumat Mərkəzi (EU Neighbourhood Info Centre) layihəsinin (2009-2015) nailiyyətləri əsasında işlənib hazırlanmışdır.

Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (2020-2024) B&S Europe şirkətinin idarə etdiyi konsorsium tərəfindən icra olunur.

Əlaqə məlumatları

Ümumi sorğular üçün:

[email protected]

Gənc Avropa səfirləri ilə bağlı məlumat üçün:

Ümumi məlumat: [email protected]

Gənc Avropa səfirləri Azərbaycanda: [email protected]


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,