“EU4Green Recovery East” proqramına kommunikasiya fəaliyyətini təkmilləşdirməyə kömək edin
İyun 2, 2026

“EU4Green Recovery East” proqramına kommunikasiya fəaliyyətini təkmilləşdirməyə kömək edin


Aİ tərəfindən maliyyələşdirilən “EU4Green Recovery East” proqramı maraqlı tərəflər, tərəfdaşlar və ictimaiyyətlə kommunikasiya əlaqələrinin keyfiyyətini daha yaxşı anlamaq məqsədilə qısa sorğu keçirir.

Proqram tərəfindən təşəbbüsün fəaliyyətini yaxından izləyənlər və ya layihə ilə yenicə tanış olanlar xəbərlərin, yeniliklərin və əldə olunan nəticələrin paylaşılması üsullarına dair öz rəy və baxışlarını bölüşməyə dəvət olunurlar. Siz sorğuda iştirak etməklə proqramın kommunikasiya fəaliyyətlərinin daha aktual, anlaşılan və təsirli olmasına kömək edə bilərsiniz.

Proqram Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan respondentlərin rəylərini öyrənməkdə maraqlıdır.

Sorğunun doldurulması cəmi bir neçə dəqiqə vaxt aparır. Sorğuda iştirak etmək üçün bu keçidə daxil olun.

“EU4Green Recovery East” – Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin ekoloji siyasətlərini və əməkdaşlığını daha səmərəli etmək, o cümlədən həmin dövlətlərin inkişaf məqsədlərini daha güclü şəkildə dəstəkləmək məqsədi daşıyan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən regional proqramdır. Aİ tərəfindən 21,3 milyon avro məbləğində maliyyə vəsaitinin (2025-2028-ci illər üzrə) ayrıldığı bu proqram “European Green Deal” təşəbbüsü və Aİ-nin “Global Gateway” strategiyası ilə tam uyğunluq təşkil edir və yeni iş yerlərinin yaradılmasına, sağlamlığın yaxşılaşdırılmasına və mühüm resursların dayanıqlı şəkildə qorunmasına xidmət edən innovativ ekoloji siyasətlərin stimullaşdırılmasını təmin edir.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

Sorğuda iştirak edin



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,