Məsuliyyətdən imtina


Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramına (EU NEIGHBOURS east) məxsus bu internet səhifəsinin məqsədi Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri (Azərbaycan, Belarus, Ermənistan,Gürcüstan, Moldova və Ukrayna) arasında əməkdaşlığa dair mövcud məlumatlara ictimaiyyətin çıxışını təmin etməkdir. 

Məqsədimiz bu məlumatları dəqiq şəkildə və vaxtında çatdırmaqdır. Biz məlumatları əsasən açıq mənbələrdən, rəsmi yayım kanallarından və layihələrin gedişatı ilə bağlı yeni məlumatları izləyərək toplayırıq. Aİ tərəfindən maliyyələşdirilən layihələr (hazırda davam edən və tamamlanmış) haqqında məlumatlar birbaşa EUDIGITOOL məlumat bazasından nümayiş olunur və həmin bazadakı qeydlər layihə icraçıları tərəfindən idarə olunur. Baş verən xətalar diqqətimizə çatdırılarsa, düzəltməyə çalışacağıq. Bununla yanaşı, EU NEIGHBOURS east layihəsi bu internet səhifəsində mövcud olan məlumatlar ilə əlaqədar heç bir məsuliyyət və ya öhdəlik daşımır.

Bu məlumatlar yalnız ümumi xarakter daşıyır və hər hansı bir şəxsin və ya qurumun konkret problemlərini həll etmək üçün nəzərdə tutulmayıb. Həmin məlumatların həmişə hərtərəfli, tam, dəqiq və ya aktual olmaq zəruriyyəti yoxdur və bəzən EU NEIGHBOURS east layihəsinin nəzarəti altında olmayan xarici internet səhifələri ilə bağlı ola bilər.

Layihənin komandası bununla bağlı hər hansı məsuliyyət, eləcə də həmin internet səhifələrində verilmiş peşəkar və ya hüquqi məsləhətlərlə bağlı heç bir öhdəlik daşımır. Konkret məsələyə dair məsləhətə ehtiyacınız olarsa, münasib ixtisaslı peşəkara müraciət etməlisiniz.

Bu internet səhifəsində mövcud olan hər hansı sənədin rəsmi olaraq qəbul edilmiş mətni tam əks etdirməsinə zəmanət verilmədiyini nəzərə alın. Yalnız Avropa İttifaqının Rəsmi Jurnalı (çap versiyası və ya 1 iyul 2013-cü il tarixindən etibarən EUR-Lex internet səhifəsindəki elektron nəşri) orijinaldır və hüquqi qüvvəyə malikdir.

Məqsədimiz texniki xətalar səbəbindən internet səhifəsində yaranan fasilələrin sayını azaltmaqdır. Ancaq internet səhifəmizdəki bəzi məlumatlar və ya müəyyən informasiya xətalarının mümkün olduğu fayllarda və ya formatlarda yaradılmış və ya qurulmuş ola bilər və xidmətimizdə fasilənin olmayacağına və ya bu cür problemlərdən başqa bir şəkildə zərər görməyəcəyinizə zəmanət verə bilmərik. “EU NEIGHBOURS east” layihəsi bu internet səhifəsinin və ya əlaqəli xarici internet səhifələrinin istifadəsi nəticəsində yaranan bu cür problemlərə görə heç bir məsuliyyət daşımır.


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,