Zirvələrin ardınca: SALTO Avstriyanın Tirol regionunda gənclərlə iş üzrə təcrübəsini bölüşür
May 28, 2026

Zirvələrin ardınca: SALTO Avstriyanın Tirol regionunda gənclərlə iş üzrə təcrübəsini bölüşür


Avstriyanın Təhsil və Beynəlmiləlləşdirmə Agentliyi, SALTO Şərqi Avropa və Qafqaz üzrə Resurs Mərkəzi və Avropa Həmrəylik Korpusu ilə birgə regionlarda gənclərlə iş sahəsində fəaliyyət göstərən gənclərlə iş üzrə mütəxəssisləri, layihə rəhbərlərini və bələdiyyə əməkdaşlarını 2026-cı il sentyabrın 28-dən oktyabrın 2-dək Avstriyanın Tirol regionuna təşkil olunacaq təlimə dəvət edir.

Tədbirdə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları iştirak edə bilərlər.

Təlim səfəri proqram və tərəfdaş ölkələrin regionlarından olan 25-dək gənclərlə iş üzrə mütəxəssisi bir araya gətirəcək. İştirakçılar təcrübə mübadiləsi aparmaq, ümumi çətinlikləri müzakirə etmək və region gəncləri ilə işin praktiki nümunələrini öyrənmək imkanı qazanacaqlar. Onlar həmçinin Avstriyanın Tirol regionunda həyata keçirilən genişmiqyaslı gənclər təşəbbüsləri ilə yaxından tanış olacaqlar.

Səfər çərçivəsində region və ucqar bölgələrdə yaşayan gənclərin qarşılaşdıqları coğrafi təcridolunma, sosial və təhsil imkanlarına məhdud çıxış, eləcə də regionlardan şəhərə miqrasiyanın fəsadları kimi spesifik problemlər araşdırılacaq. İştirakçılar Tirol regionunda gənclərlə iş sahəsində bu çətinliklərin necə aradan qaldırıldığını, habelə gənclərin cəmiyyətə inteqrasiyasına, fəal iştirakçılığına və region icmalarının inkişafına verilən töhfələri müzakirə edəcəklər.

Avstriya agentliyi iştirakçıların yerləşmə və qidalanma xərclərini tam qarşılayacaq. İştirak haqqı və yol xərcləri ilə bağlı müvafiq Milli Agentliyə və ya SALTO Resurs Mərkəzinə müraciət edin.

Müraciət üçün son tarix iyunun 7-dir.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

İyun 7, 2026

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,