OZİYƏ ENERJİYƏ QƏNAƏT ETMƏYƏ KÖMƏK ET

Tanış olun, bu Ozidir! Bu kiçik dağsiçanı ətraf mühitin qayğısına qalır və uşaqlara enerjidən qənaətlə istifadənin yollarını öyrədə bilər. Ozi böyüməkdə olan nəsilə enerjiyə qənaət etməyə və ətraf mühiti qorumağa kömək edəcək bir neçə məsləhət hazırlayıb. Ozinin məsləhətlərinə baxmaq, başqaları ilə paylaşmaq və uşaqlara göstərmək üçün bu video roliki endirin


MƏSLƏHƏTLƏR

Dişlərini fırçalayan zaman suyu bağla

Hazırda sudan istifadə etmirsənsə, kranı bağla.

Evdə olmayanda işıqları və məişət texnikasını söndür

Televizoru, kompüteri və oyun konsollarını söndürməyi unutma.

Piyada gəz və ya velosiped sür

Valideynlərindən səni məktəbə və ya dostunun evinə aparmağı xahiş etmə.

LED lampalardan istifadə et

LED lampalar 90% daha az enerji sərf edir və digər lampalarla müqayisədə 25 dəfə uzun müddət işləyir.

Paltarları tez-tez yuma

Çalış paltarları 30-40 °C dərəcədə yuyasan.

КОMİKS

Ozi “Lampa“ komiksindəki əsas personajlardan biridir. Bu yeni komiks #EU4Energy proqramı çərçivəsində hazırlanıb və uşaqlara enerjiyə qənaət etməyin yollarını öyrədir. Kitabda uşaqlarda elektrik enerjisinə və suya qənaət vərdişini inkişaf etdirməyə kömək edəcək sadə məsləhətlər var. Komiksləri endirin və çap edin ki, uşaqlar Ozi və onun dostlarının sərgüzəştlərini izləyə və öyrənə bilsinlər! 



Ozi və “Lampa” komiksi Aİ tərəfindən maliyyələşdirilən “EU NEIGHBOURS east“ layihəsi və “EU4Energy Faza 2: Şərq Tərəfdaşlığı ölkələrində ekoloji cəhətdən təmiz enerjiyə keçidin təşviqi” proqramı tərəfindən hazırlanmış maarifləndirmə kampaniyasının bir hissəsidir. İngilis dilində və bütün Şərq Tərəfdaşlığı ölkələrinin dillərində (Azərbaycan, Erməni, Belarus, Gürcü, Rumın və Ukrayna) faydalı məlumatları öyrənmək üçün kampaniyanın səhifəsinə daxil olun.


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,