Aİ-nin gənc jurnalistlərə dəstəyi: “Youth4Regions” proqramına müraciət edin
Aprel 10, 2026

Aİ-nin gənc jurnalistlərə dəstəyi: “Youth4Regions” proqramına müraciət edin


Avropa Komissiyası gənc jurnalistləri dəstəkləmək üçün nəzərdə tutulmuş flaqman proqramı olan Youth4Regions proqramına müraciətlərin qəbuluna başlayıb. 

Seçilmiş iştirakçılar 2026-cı il 10–16 oktyabr tarixlərində Brüsseldə bir həftə ərzində ekspertlər tərəfindən keçirilən təlimlərdə iştirak edəcək, o cümlədən Aİ təsisatlarının və aparıcı media qurumlarının işi ilə tanış olacaqlar. 

Builki proqram dörd format üzrə müraciətlər qəbul edir: bədii jurnalistika (məqalə), videojurnalistika, audiojurnalistika və fotojurnalistika. 

“Youth4Regions” proqramına Aİ-yə üzv ölkələrdən, qonşu ölkələrdən (o cümlədən Azərbaycan və Ermənistan) və namizəd ölkələrdən (o cümlədən Gürcüstan, Moldova və Ukrayna) tələbələr və gənc jurnalistlər müraciət edə bilərlər. Proqram bacarıqların inkişafı, peşəkar şəbəkələrin qurulması və Aİ-nin fəaliyyətlərinin işıqlandırılması sahəsində birbaşa təcrübə qazanmaq imkanı yaradır.

İştirakçılar həmçinin görkəmli gənc jurnalistlərin xatirəsinə təsis edilmiş nüfuzlu Meqalizzi – Niedzielski mükafatı uğrunda mübarizə aparmaq şansı qazanacaqlar. Mükafat 14 oktyabr 2026-cı il tarixində təqdim olunacaq. Qaliblər həmçinin 2027-ci il üzrə Ümumi inkişaf siyasəti üzrə müxbirlər (Cohesion Correspondents 2027) təyin ediləcək və iki həftə ərzində Aİ-yə üzv dövlətlərdə ümumi inkişaf siyasəti layihələri və bu layihələrin insanların həyatına təsiri barədə birbaşa yerindən hesabatlar hazırlayacaqlar.

Ərizə ilə müraciət üçün son tarix iyul ayının 7-dir.

Proqramın 2017-ci ildə başladığı vaxtdan bəri ümumilikdə 300 gənc jurnalist bu dəstəkdən yararlanıb.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

İyul 7, 2026

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,