Gürcüstanda uşaqlar üçün “Cəsur kiçik ürəklər” adlı gender bərabərliyinə həsr olunmuş kitab nəşr olunub
İyul 20, 2023

Gürcüstanda uşaqlar üçün “Cəsur kiçik ürəklər” adlı gender bərabərliyinə həsr olunmuş kitab nəşr olunub


“Cəsur kiçik ürəklər”: “Ümid və xeyirxahlığa dair nağıllar” nağıllar kitabı Gürcüstanda Avropa İttifaqının dəstəyi ilə uşaqları gender bərabərliyi mövzusunda maarifləndirməyi nəzərdə tutur.

Kitaba Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindən olan müəlliflərin yazdığı beş nağıl daxildir. Armen Ohanyan (Ermənistan), Əfsanə Yusifova (Azərbaycan), Mindia Arabuli (Gürcüstan), Paula Erizanu (Moldova) və Nataliya Troxim (Ukrayna) tərəfindən yazılan və gender stereotipləri, insan hüquqları, ayrı-seçkilik, valideyn tərbiyəsi və uşaqlara qulluqda kişilərin iştirakı və digər məsələlərə toxunan nağıllarda ənənəvi gender rollarına meydan oxunub. 

Nağıl kitabındakı şəkillər də ŞT ölkələrindən olan rəssamlar – Harutyun Tumaqyan, Svetlana Parfenyuç, Sevinc Quliyeva, Mari Kaxurişvili və Yevheniya Polosina tərəfindən hazırlanıb. Xatiya Çitorelidze kitabın və üz qabığının dizaynını hazırlayıb.

Sözügedən kitab “EU 4 Gender Equality: Gender stereotipləri və genderə əsaslanan zorakılığa qarşı birgə mübarizə” layihəsi çərçivəsində Gürcüstanın “Care Together” QHT-si ilə birgə hazırlanıb. Təşəbbüs hekayənin gücündən istifadə etməklə Şərq Tərəfdaşlığında daha bərabər və inklüziv cəmiyyəti təşviq etmək məqsədi daşıyır.

“Müasir dövrümüz müasir hekayələr tələb edir. Müasir qəhrəman qadınlar daha şahzadə tərəfindən xilas olmağı gözləmir, çünki onlar özləri cəsur və məqsədyönlüdürlər və öz talelərini özləri həll edirlər. Hündür qəsrlərdə yaşayan və hamımıza yaxşı məlum olan qəhrəmanlardan fərqli olaraq müasir qəhrəmanlar empatik və xəyalpərəstdirlər”. Bunu “EU 4 Gender Equality” layihəsinin regional layihə meneceri Olqa Osulenko deyir. “Bu hekayələr toplusu qadın və kişilərin, qızların və oğlanların rol və vəzifələrinə fərqli bir baxış təqdim edir və cəmiyyətin bizdən gözlədiyi rol və davranışları yenidən müəyyənləşdirən regional təşəbbüslərdən biridir. Biz fəxr edirik ki, BMT-nin Qadınlar üçün İnkişaf Fondu və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) Aİ tərəfindən birgə maliyyələşdirilən layihə vasitəsilə bu mühüm topluya dəstək ola bildi”.

Cəsur Kiçik Ürəklər kitabı ingilis və gürcü dillərində nəşr edilib və müəlliflərin ana dillərində orijinal mətnlərin birgə toplusu şəklində əlçatandır.

Kitab Gürcüstanda pulsuz paylanılacaq. Kitabın nüsxələri Tbilisidə fəaliyyət göstərən bələdiyyə yanında kitabxanalar və dövlət məktəblərinə də paylanıb.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,