Erasmus+ Azərbaycanda

Avqust 17, 2021

  • Mən xaricdə oxumaq istərdim, amma bunun üçün maddi imkanım yoxdur: Aİ bu işdə mənə necə kömək edə bilər?
  • Erasmus+ proqramı çox cəlbedici görünür, amma necə müraciət edə bilərəm?
  • İngilis dil biliyi üzrə hər hansı sertifikat tələb olunur?
  • Təqaüd ala biləcəyəm? Nə qədər?
  • Erasmus+ proqramının üstünlükləri nədir? Təhsil aldıqdan sonra iş tapmaq asandır?
  • Erasmus+ proqramı Avropada iş tapmaq istiqamətində şansları artırırmı?
  • Mən tələbə deyiləm, amma xaricdə hər hansı fəaliyyətdə iştirak etmək istəyirəm. Hansı imkanlardan yararlana bilərəm?
Kart %1/%2

Mən xaricdə oxumaq istərdim, amma bunun üçün maddi imkanım yoxdur: Aİ bu işdə mənə necə kömək edə bilər?

Erasmus+ haqqında eşitmisiniz? Aİ bu proqram vasitəsilə Avropa universitetlərində bakalavr, magistr və doktorantura təhsil səviyyələrində tələbə mübadiləsi təklif edir.

Mübadilə, qoşulduğunuz proqramın bir hissəsi olacaq və bir semestrdən bir ilədək davam edə bilər. Bütün xərcləriniz qarşılanacaq! Avropanın ən yaxşı universitetlərində magistr təhsili almaq üçün Erasmus+ təqaüdünə müraciət edə bilərsiniz.

2019-cu ildə Azərbaycandan 325 universitet tələbəsi və işçisi Erasmus+ mübadilə proqramı çərçivəsində Avropada təhsil almaq və ya dərs demək imkanı, 2020-ci ildə isə 23 azərbaycanlı tələbə magistr təhsili almaq üçün təqaüd qazanıb. Cəhd etməyə dəyər!

Erasmus+ proqramı çox cəlbedici görünür, amma necə müraciət edə bilərəm?

Mübadilə proqramları ilə bağlı universitetinizin beynəlxalq əlaqələr şöbəsinə baş çəkin. Orada sizin təhsil aldığınız ixtisas üzrə hansı imkanların mövcud olduğunu öyrənin. Müraciət etmək üçün siə kömək edəcəklər.

Magistr dərəcəsi almaq üçün qarşıdan gələn tədris ilində Erasmus təqaüdü təklif edən kursların siyahısına Erasmus Mundus Birgə magistr dərəcələri kataloqunda baxın (2021-ci ilə kimi magistratura təhsili üzrə 149 kurs mövcud olub), sonra kursa və təqaüdə müraciət etmək üçün sizə uyğun dərəcə proqramını seçin və qaydalar və tələblər ilə tanış olmaq üçün müvafiq veb-sayta baş çəkin. Bütün ərizələr onlayn qaydada qəbul olunur.

Erasmus+ proqramının Azərbaycan ofisi istənilən məlumat ilə bağlı sizə yardım etməyə hazırdır. Daha ətraflı məlumat üçün Azərbaycan ofisinin internet səhifəsinə baxın və ya [email protected] ünvanı vasitəsilə onlara e-məktub göndərin və ya +994 12 465 99 12 telefon nömrəsi ilə əlaqə saxlayın. Siz həmçinin onların Facebook səhifəsini ziyarət edə bilərsiniz.

İngilis dil biliyi üzrə hər hansı sertifikat tələb olunur?

Bu, harada təhsil alacağınızdan və kursun hansı dildə tədris olunacağından asılıdır. Bəzi mübadilə proqramları İngilis dilində kurslar təklif edir. Yerli dillərdə tədris olunan kurslar da var. Erasmus mübadilə proqramında iştirakçılardan mühazirələri dinləmək, inşa yazmaq və tədris dilində imtahan vermək tələb olunur. Müvafiq dil üzrə ixtisaslaşmamısınızsa, bilik səviyyənizi qiymətləndirmək üçün dil biliyi üzrə imtahan verməyiniz tələb olunacaq. Dil ilə bağlı qarşıya qoyulan tələbə uyğun olaraq lazımi dil biliyi səviyyəniz olmalıdır.

Təhsilə başlamazdan əvvəl mübadilə proqramında iştirak edən bütün tələbələr Erasmus+ dil biliyinin qiymətləndirilməsi üzrə onlayn imtahandan keçməlidirlər. İmtahanın nəticəsi proqramda iştirakınıza mane olmur, ancaq dəstəyə ehtiyacınızın olduğunu müəyyənləşdirir. Erasmus+ vasitəsilə onlayn dil kursları mövcuddur. Bəzi hallarda təhsil alacağınız universitetdə də dil kursları təklif edilir.

Təqaüd ala biləcəyəm? Nə qədər?

tələbə mübadilələri üzrə yol xərclərini qarşılamaq üçün maksimum  500 avro və yaşayış xərcləri üçün orta hesabla aylıq 850 avro təmin edir.

Magistr təqaüdləri üzrə Erasmus+ proqramı təhsil ilə əlaqədar bütün xərclərinizi (təhsil haqqı, kitabxana və laboratoriya xərcləri və tam sığorta təminatı daxil olmaqla) qarşılayacaq. Ayrıca səyahət və yerləşmə ilə əlaqədar xərclərinizin bir hissəni də ödənəcək. Buraya təhsil proqramının bütün müddəti ərzində 1000 avro həcmində aylıq müavinət də daxildir.

Erasmus+ proqramının üstünlükləri nədir? Təhsil aldıqdan sonra iş tapmaq asandır?

Bir çox beynəlxalq tədqiqatlar Erasmus+ proqramı çərçivəsində xaricdə təhsil almağın faydasını təsdiq etmişdir. Belə ki, Erasmus məzunlarının iş tapmaq şansı daha yüksəkdir, onlar bir qayda olaraq daha çox peşəkar məsuliyyət tələb edən vəzifələrdə çalışır və öz şirkətlərini qurmağa daha çox meyllidirlər.

İstənilən məzunla danışın, onlar təhsil aldıqları müddətdə şəxsi bacarıqlarının formalaşdığını bildirəcək. Buraya digər ölkələr haqqında biliklər, fərqli mədəniyyətlərdən olan insanlarla qarşılıqlı münasibət qurma bacarığı, ünsiyyət bacarığı, uyğunlaşma, yeni dostluqlar və həyata yeni baxış daxildir.

Proqramda iştirak edənlər onun haqqında daha yaxşı məlumat verə bilər. Erasmus proqramının üstünlüklərini öyrənmək üçün İranəSara ilə tanış olun. Onlar proqrama müraciət prosesi və proqramdan daha yaxşı yararlanmağa dair qiymətli məsləhətlərini paylaşıblar.

Erasmus+ proqramı Avropada iş tapmaq istiqamətində şansları artırırmı?

Erasmus+ bakalavr, magistr və doktorantura tələbələri, o cümlədən yaxın illərdə məzun olanlar üçün (universiteti bitirdikdən sonra bir il ərzində) xaricdə işə yerləşdirilmə və təcrübə keçmə ilə bağlı dəstək təmin edir. Ancaq təcrübə kursu dərəcənizə uyğun olmalıdır və mümkün olduğu təqdirdə təhsil proqramınıza inteqrasiya olunmalıdır. Buna görə də universitetinizlə birgə sözügedən imkanları nəzərdən keçirin. İşə yerləşdirilmə iki aydan on iki aya qədər davam edə bilər və xərclərinizi ödəmək üçün Erasmus+ qrantları mövcuddur.

Xaricdə işə yerləşdirilmə və ya təhsil müddəti həmçinin hazırda peşə təhsili və təlimi (PTT) proqramı üzrə təhsil aldığınız təqdirdə də mümkündür. Tədris proqramı çərçivəsində iş yerində təhsil almaq üçün xaricdəki iş yerinizdə və ya digər bir peşə müəssisəsində qəbul ediləcəksiniz. Adı çəkilən imkanlardan yararlanma şanslarınızı nəzərdən keçirmək üçün təhsil aldığınız PTT müəssisəsi ilə əlaqə saxlayın.

Mən tələbə deyiləm, amma xaricdə hər hansı fəaliyyətdə iştirak etmək istəyirəm. Hansı imkanlardan yararlana bilərəm?

Erasmus+ proqramı yalnız tələbələr üçün nəzərdə tutulmayıb. Son iki ildə Azərbaycandan yüzlərlə gənc və gənclər təşkilatı işçisi müştərək Erasmus+ və gənclər layihələrində (mübadilə, təlim, siyasətlərin müzakirəsi, könüllülük) iştirak etmişdir.

13 və 30 yaş arasında olan istənilən şəxs üçün 5 və 21 gün davam edən gənclər üçün mübadilə imkanları təklif edir. Onlar arasında seminarlar, məşqlər, debatlar, rol oyunları, açıq havada fəaliyyətlər və digər fəaliyyətlər ola bilər. Bu mübadilələr gənclər təşkilatları vasitəsilə baş verir və iştirak etmək üçün fərdi şəxs qismində müraciət edə bilməzsiniz. Daha ətraflı öyrənmək üçün Facebook səhifəsinə baş çəkin, +994 50 321 72 90 nömrəsi və ya [email protected] elektron ünvanına yazaraq Erasmus+ gənclər proqramının Azərbaycandakı məlumat mərkəzi ilə əlaqə saxlayın.

Xaricdə təcrübə qazanmaq üçün daha bir möhtəşəm fürsət Avropa Həmrəylik Korpusu vasitəsilə könüllülük fəaliyyətlərində iştirak etməkdir. Bu, fərqli mədəniyyətlərlə tanış olmaq və yeni dostlar qazanmaq, eyni zamanda başqalarına kömək etmək və yeni bacarıqlara yiyələnmək üçün əvəzolunmaz bir fürsətdir. Könüllülük fəaliyyətlərində 17-30 yaşlarında olan və xaricdə 2 həftədən 12 aya qədər vaxt keçirmək istəyən şəxslər iştirak edə bilər. Sizdən sığınacaq istəyən yeni gələnlərə dəstək olmaq, meşə yanğınlarının qarşısını almaq üçün bitkiləri meşələrdən təmizləmək və ya icma mərkəzində əlilliyi olan insanlarla işləmək istənilə bilər. Müraciət ilə bağlı məlumat almaq üçün Avropa Həmrəylik Kospusunun portalına baş çəkin.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,