Avropa İttifaqı Azərbaycanın kənd yerlərində xüsusilə qadınların iştirakı ilə yeni sahibkarlıq müəssisələrin yaradılmasına fəal şəkildə dəstək verir. Aİ-dən maliyyə dəstəyi almaq üçün Bakıda olmaq, ali təhsilli olmaq və ya biznesə sahib olmaq tələb olunmur.

Məsələn, Aİ tərəfindən dəstəklənən ABAD (Ailə Biznesinə Asan Dəstək) xüsusilə sənətkarlıq və qida məhsulları istehsalına diqqət yetirməklə ölkənin hər yerində ailə müəssisələrinə və sənətkarlara hərtərəfli yardım təmin edir.
Ölkə boyu fəaliyyət göstərən ABAD regional mərkəzləri maliyyə savadlılığı — mühasibatlığın əsaslarının öyrədilməsi, müvafiq biznes planların işlənib hazırlanması, məhsulunuza olan real bazar tələbatının müəyyən edilməsi və yeni bazarların tapılması, habelə hüquqi yardım, brendinq, qablaşdırma dizaynı və marketinq sahələrində dəstək göstərə bilər.
Biznesinizi inkişaf etdirmək niyyətindəsinizsə, Azərbaycanda özəl sektorun inkişafına dəstək verən EU4Business təşəbbüsü çərçivəsində maliyyə, məsləhət xidməti və təlimlərdən yararlana bilərsiniz.
Məsələn, Cənub Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) AccessBank və Bank Respublika kimi yerli tərəfdaşlarla çalışır və kənd təsərrüfatı, sənaye, ticarət və xidmət sahəsində çalışan ən kiçik müəssisələri maliyyə (kreditin ölçüsü orta hesabla 4 000 avro təşkil edir) ilə təmin edir.
Eyni zamanda, AYİB-in İş qadınları proqramı qadınlar tərəfindən idarə olunan müəssisələrə fərdiləşdirilmiş təlim və məsləhət xidməti təklif edir.
Subsidiya alan müəssisələr üçün məsləhət xidmətini həmçinin strategiya, marketinq, əməliyyatlar, keyfiyyətin idarə edilməsi, enerjinin səmərəliliyi, maliyyənin idarə edilməsi və digər sahələr üzrə Kiçik müəssisələr üçün məsləhət xidməti proqramı çərçivəsində əldə etmək mümkündür. Ərizə ilə müraciət haqqında öyrənmək üçün AYİB-in internet səhifəsinə daxil olun.
Startapınız varsa, AYİB-in Star Venture proqramı perspektivli startapları, sürətləndirici və konsaltinq şirkətlərini öz potensiallarını tam şəkildə üzə çıxarmağa, biznesin diaqnostikası üzrə seminarlar, fərdi məsləhət və mentorluq və maliyyəyə çıxış təklif edir.
AYİB-in iş qadınları üçün hazırkı təlim, məsləhət və maliyyə imkanları ilə ətraflı şəkildə tanış olmaq üçün AYİB-in Azərbaycanda Kiçik Müəssisələr üçün Məsləhət proqramının Facebook səhifəsini izləyin. Orada iş qadınları üçün xüsusi işlənib hazırlanmış onlayn kurslar, KOB-lar üçün seminarlar, məsləhət imkanları və startaplara dəstək haqqında məlumatlar tapa bilərsiniz.
Təsəvvür etdiyinizdən daha çoxdur!
2024-cü ildə Azərbaycanda EU4Business təşəbbüsü çərçivəsində dəstəklənən 7038-ə yaxın KOB-un 24,3%-i qadınlara məxsusdur. KOB-lara göstərilən dəstək nəticəsində ümumilikdə 40,4 milyon avro əlavə gəlir əldə edilib, 1167 yeni iş yeri yaradılıb, dövriyyədə 18,7% artım qeydə alınıb və ixracın həcmi 6,4% artıb.
Məsələn:
Gülnarə Həsənova qadın aksesuarları və evə qulluq vasitələrinin satışı ilə məşğul olan ESSE LLC şirkətinin rəhbəridir. O, Kiçik Müəssisələr üçün Məsləhət proqramı çərçivəsində Aİ tərəfindən maliyyələşən satış üzrə təlimdə iştirak edərək müştərilərin sayını 25%, dövriyyəni isə 18% artırmağı bacarmışdır.
Afət Əhmədova EU4Business layihəsinin dəstəyi ilə sıfırdan uğurlu qurme mətbəxi xidməti qurub. Layihə bu şirkətin xarici sərgilərdə iştirakını təşkil edib, yeni veb-saytın dizaynını işləmək üçün proqramçılar işə götürüb, biznes planlarının hazırlanmasına kömək məqsədilə marketinq mütəxəssisləri və maliyyə analitikləri təmin edib.
Vüsalə Əhmədova EU4Business layihəsinin ucqar rayonlardakı qadınların sahibkarlıq bacarıqlarının və inamının artırılmasına yönəlmiş təlimində iştirak etdikdən sonra Tovuz şəhərindəki təhsil akademiyasını inkişaf etdirib.
Aytəkin Sadıqova Sabirabad, Neftçala və Bilasuvar rayonlarıında qadın resurs mərkəzləri açan Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində maliyyə və təlim xidmətindən yararlanıb. Hazırda onun 22 arı təknəsi var və onlardan 10 ədədini layihənin dəstəyi nəticəsində ala bilmişdir.
Aİ əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkili məqsədilə peşə təhsili müəssisələrinin müasirləşdirilməsi yolu ilə Peşə təhsili və təlimi (PTT) sisteminin keyfiyyətinin yaxşılaşdırılmasında Azərbaycana dəstək verir. Xüsusən də 2020-2024-cü illərdə Aİ-nin maliyyələşdirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi BMTİP tərəfindən icra olunan təkcə məktəbi yenicə bitirmiş gənclər üçün deyil, həm də yeni ixtisaslara yiyələnmək və iş tapmaq istəyən yetkin vətəndaşlar, habelə əlilliyi olan insanlar üçün peşə hazırlığı təklif edir. Layihə çərçivəsində Bakı və Gəncədə dörd karyera mərkəzi yaradılıb və daha üç karyera mərkəzinin açılması planlaşdırılır. Eyni zamanda, aşpaz, şirniyyatçı, dərzi, çiçəkçi, vitraj süvenir istehsalı, bərbər və sosial media marketinqi və proqramlaşdırma peşələri üzrə qısamüddətli pulsuz inklüziv kurslar hazırlanıb.
Mövcud müəssisələr və kurslar haqqında daha ətraflı məlumatı hökumətin peşə təhsili portalından əldə edin: https://vet.edu.gov.az.
30 yaşından kiçik gənc qadınlara isə Aİ özünün Erasmus + gənclər üçün proqramları çərçivəsində olduqca maraqlı imkanlardan yararlanmağı təklif edir. Avropa Həmrəylik Korpusunun gənclər üçün layihələrində və ya xaricdə könüllülük fəaliyyətlərində iştirak etməklə siz yeni bacarıqlara yiyələnən və dəyərli təcrübəyə sahib olan 3000 Azərbaycanlı gəncə qoşula bilərsiniz.
Erasmus + universitet tələbələri üçün Avropada tələbə mübadilə proqramları və doktorantura tələbələri üçün nəzərdə tutulmuş proqramlarda iştirak etməyi təklif edir. Bu proqramlar və müraciət qaydası haqqında daha ətraflı məlumatı buradan öyrənin.
EU4Business təşəbbüsü çərçivəsində dəstəklənən layihələr və maliyyə dəstəyi haqqında daha ətraflı məlumat və əlaqə məlumatlarını öyrənmək üçün EU4Business təşəbbüsünün Azərbaycan üzrə portalına baş çəkin. Portalda kredit və qrant imkanları və biznesin inkişafı xidmətləri haqqında hərtərəfli məlumatlar var.
Aİ tərəfindən maliyyələşdirilən bütün layihələr üzrə fəaliyyətlər və iştirak imkanlarına dair təfərrüatlar və keçidlər üçün Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsini, eləcə də iştirak imkanları bölməsinin olduğu eu4azerbaijan.eu internet səhifəsini izləyin. AYİB-in Kiçik Müəssisələr üçün Məsləhət proqramının Facebook səhifəsində müntəzəm olaraq qadınlar üçün iştirak imkanları və uğur hekayələri işıqlandırılır.
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,