Noyabrın 17-də Avropa Komissiyası 2022-ci il üzrə Avropa Həmrəylik Korpusu proqramı çərçivəsində layihə qəbuluna başlayıb. Beynəlxalq layihələrin bu yeni sahəsi Avropa Könüllü Humanitar Yardım Korpusu adlanır.
Layihə qəbulu ilə könüllülük və gənclərin rəhbərlik etdiyi həmrəylik layihələri, sağlam həyat tərzini və mədəni irsin qorunmasını təşviq edən yüksək prioritet sahələr üzrə komandaları və yeni Avropa Könüllü Humanitar Yardım Korpusunu maliyyələşdirmək məqsədilə təxminən 139 milyon avronun ayrılması nəzərdə tutulub.
Avropa Həmrəylik Korpusuna sosial problemlərin həllinə yönəlmiş həmrəylik fəaliyyətləri üçün 18-30 yaş arası gənclər və beynəlxalq humanitar yardım fəaliyyətləri üçün 18-35 yaş arası gənclər müraciət edə bilərlər. Avropa Həmrəylik Korpusunun fəaliyyətlərinə qoşulmaq istəyən gənclər Avropa Həmrəylik Korpusunun portalında qeydiyyatdan keçməlidirlər. Onlar burada həmçinin layihə icra edən təşkilatlar tapa bilərlər. Avropa Həmrəylik Korpusu portalında qeydiyyatdan keçmiş gənclər qrupları həmçinin özlərinin həmrəylik üzrə layihələrini maliyyələşdirmək üçün müraciət edə bilərlər.
İstənilən dövlət və ya özəl qurum Avropa Həmrəylik Korpusu çərçivəsində fəaliyyətləri həyata keçirmək üçün maliyyə dəstəyi ala bilər. Bu cür təşkilatlar proqramın prinsiplərinə, məqsədlərinə və tələblərinə uyğun olaraq yüksək keyfiyyətli həmrəylik fəaliyyəti həyata keçirə bildiklərini təsdiq edən keyfiyyət etiketi almalıdırlar. Onlar Aİ-nin bütün üzv dövlətlərində və proqramla əlaqəli üçüncü ölkələrdə yerləşən Avropa Həmrəylik Korpusunun milli agentlikləri və ya mərkəzləşdirilmiş fəaliyyət üzrə Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyi (EACEA) vasitəsilə müraciət edə bilərlər.
Eyni ildə həyata keçiriləcək layihələrin qəbulu fevralın 23-nə qədər davam edəcək. Növbəti il üzrə layihə təklifləri isə oktyabrın 4-nə qədər təqdim edilməlidir.
Avropa Həmrəylik Korpusu Aİ və onun hüdudlarından kənarda məhdud imkanlı insanlara kömək, səhiyyə və ətraf mühit üzrə fəaliyyətlərə töhfə kimi bir sıra müxtəlif sahələrdə həmrəylik fəaliyyətlərinə qoşulmaq istəyən gənclər üçün nəzərdə tutulmuş Aİ proqramıdır. Ümumilikdə, Avropa Həmrəylik Korpusu proqramının 2021-2027-ci illər üzrə büdcəsi 1 milyard avro təşkil edir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,