Aİ və ÜST COVID-19 ilə mübarizədə Şərq Tərəfdaşlığı ölkələrinə dəstək verir
Dekabr 15, 2021

Aİ və ÜST COVID-19 ilə mübarizədə Şərq Tərəfdaşlığı ölkələrinə dəstək verir


“Biz hiss etdik ki, tək deyilik və nə vaxt zəng etsək, bizə kömək əli çatır”. Bu, Moldova Respublikasından olan tibb işçisinin sözləridir. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə fəaliyyətindən faydalanmış minlərlə insanın təcrübəsini əks etdirir. Bu günə qədər Aİ Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynaya koronavirus ilə bağlı səhiyyə sistemindəki böhran ilə mübarizə və sosial-iqtisadi bərpanı dəstəkləmək üçün 2,5 milyard avrodan artıq maliyyə vəsaiti ayırıb.

https://twitter.com/WHO_Europe/status/1470710659247603712?s=20

Aİ və ÜST üçün həmrəylik səhiyyə işçilərinə 13 milyondan çox fərdi qoruyucu vasitə, eləcə də insanların COVID-19 virusundan sağalmağına kömək etmək üçün digər zəruri avadanlıq və təlimlər təmin edən “Sağlamlıq naminə həmrəylik” təşəbbüsü vasitəsilə virusla mübarizə aparan insanların təhlükəsizliyini təmin etmək məqsədilə birgə çalışmaq deməkdir.

Bu, həmçinin peyvəndlər üçün dondurucu və soyuducuların bağışlanması və tibb işçiləri üçün təlim, həmçinin COVID-19 virusuna qarşı peyvəndlərin tətbiqini asanlaşdırmaqla COVID-19 peyvəndlərinin tətbiqini dəstəkləmək deməkdir. Məsələn, Ukraynada Aİ və ÜST ucqar kəndlərdə yaşayan sakinlərin peyvənd məntəqələrinə getməsi üçün avtobuslar ayırıb. Bununla da hərəkət imkanları məhdud, uzaqda yaşayan və yaşlı insanların COVID-19 peyvəndlərinə çıxışı təmin edilib. Gürcüstanda isə 400 din xadimi daxil olmaqla, 900 icma lideri səfərbər olunaraq peyvəndləmə kampaniyasına dəstək olublar. 

Aİ-nin dəstəyi həmçinin peyvəndlərin mübadiləsi formasında da özünü göstərir. Belə ki, 2021-ci ilin noyabr ayına qədər 10 milyon dozadan artıq peyvənd COVAX proqramı və ya birbaşa Aİ-nin Mülki Müdafiə Proqramı vasitəsilə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinə çatdırılmışdır. Bu həftə Şərq Tərəfdaşlığı ölkələrinə peyvəndlərin çatdırılması məqsədilə Aİ-yə üzv dövlətlərə dəstək vermək üçün Aİ Polşa ilə birlikdə əlavə olaraq 35 milyon avro maliyyə vəsaiti ayrıdığını elan edib.

Eyni zamanda, Aİ KOB-lara fəaliyyətlərini qoruyub saxlamaq və böhrandan çıxmaq üçün kredit əldə etmələrinə kömək məqsədilə yüz milyonlarla avro ayırmaqla, eləcə də distant təhsil, işini itirmiş qadınlara kömək və ya yaşlılar və əlillər üçün ərzaq təminatı kimi cəmiyyətin ən həssas təbəqələrini dəstəkləyən fəaliyyətlər vasitəsilə sosial-iqtisadi bərpanı dəstəkləyir.

Həmrəylik fəaliyyətləri haqqında daha ətraflı və Aİ və ÜST-ün Şərq Tərəfdaşlığı ölkələrində COVID-19 ilə mübarizəyə necə dəstək verdiyini öyrənin

Suallarınıza buradan cavab tapa bilərsiniz:

COVID-19 virusuna qarşı peyvənd haqqında bütün lazımi məlumatlar

COVID pandemiyası zamanı dəstək: Aİ pandemiya ilə mübarizədə necə kömək edir

Regional məlumat bülletenləri

Aİ-nin Şərq Tərəfdaşlığı regionunda koronavirus pandemiyasının fəsadlarının aradan qaldırılmasına dəstəyi

Sağlamlıq üçün həmrəylik: Şərq Tərəfdaşlığı ölkələrində COVİD-19-a qarşı mübarizənin, peyvəndlərin çatdırılmasının və tətbiqinin artırılması

Ölkə üzrə məlumat bülletenləri:

Ermənistan: Sağlamlıq üçün həmrəylik təşəbbüsü – məlumat bülleteni

Azərbaycan: Sağlamlıq üçün həmrəylik təşəbbüsü – məlumat bülleteni

Belarus: Sağlamlıq üçün həmrəylik təşəbbüsü – məlumat bülleteni

Gürcüstan: Sağlamlıq üçün həmrəylik təşəbbüsü – məlumat bülleteni

Moldova: Sağlamlıq üçün həmrəylik təşəbbüsü – məlumat bülleteni

Ukrayna: Sağlamlıq üçün həmrəylik təşəbbüsü – məlumat bülleteni

İnternet səhifələri:

“Team Europe” təşəbbüsü çərçivəsində COVID-19 ilə mübarizə

Avropa Komissiyasının Avropada COVİD-19 virusunun yayılmasına qarşı mübarizənin əlaqələndirilməsi

COVID-19 ilə bağlı ÜST/Avropa veb-saytı

COVID-19 virusuna qarşı peyvəndlər və peyvəndləmə ilə bağlı ÜST/Avropa veb-saytı

COVAX

Aİ-nin Mülki Müdafiə Proqramı



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,