Aİ və Polşa Şərq Tərəfdaşlığı ölkələrinə COVİD-19 virusuna qarşı peyvəndlərin təchizatını sürətləndirir

Aİ və Polşa Şərq Tərəfdaşlığı ölkələrinə COVİD-19 virusuna qarşı peyvəndlərin təchizatını sürətləndirir

Dekabr 14, 2021

Bu gün Avropa Komissiyası və Polşa İnkişaf Bankı Şərq Tərəfdaşlığı ölkələrinə COVID-19 virusuna qarşı peyvəndlərin çatdırılmasında Aİ-yə üzv dövlətlərə dəstək olmaq üçün 35 milyon avro dəyərində razılaşma imzalayıb.

Polşa Şərq Tərəfdaşlığı ölkələrinin dəyişən ehtiyaclarını ödəmək məqsədilə ittifaqa üzv dövlətlər tərəfindən mövcud peyvənd dozalarının həmin ölkələrlə paylaşmasına, həmçinin peyvənd istehsalçıları ilə lazımi razılaşmalara nəzarət etməyə kömək edəcək. 

Polşa İnkişaf Bankı həmçinin peyvəndlərin yenidən satılacağı təqdirdə qeyri-kommersiya şərtləri əsasında peyvəndlərə görə donor ölkələrə kompensasiya ödəmək üçün Aİ-nin maliyyə yardımından istifadə edəcək. Sözügedən proqram 2023-cü ilin iyun ayına və ya Aİ-nin maliyyə yardımının müddəti bitənə qədər davam edəcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, 2021-ci il dekabr ayının əvvəlində altı tərəfdaş ölkədə COVİD-19 virusuna qarşı peyvəndlərin tam dəstinin tətbiqi cəmi 28,7%, tibb işçiləri arasında isə 70,3% təşkil edib. Yeni proqram 2021-ci ilin sonuna qədər həmin ölkələrin hər birinin əhalisinin 40%-nin və 2022-ci ilin ortalarına qədər 70%-nin peyvəndlənməsi şərti ilə ÜST-ün qlobal peyvəndləmə strategiyasına nisbətən uyğun olmağa yardım edəcək.

Proqram çərçivəsində ilk dəfə olaraq yaxın həftələrdə Portuqaliyadan Ermənistana peyvənd dozalarının göndərilməsi nəzərdə tutulub. İttifaqa üzv olan digər tərəfdaş ölkələr artıq proqramda iştirak etmək istəklərini ifadə ediblər.

Polşaya təşəkkürünü bildirən Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Varhelyi proqramın tərəfdaş ölkələrdə insanların həyatını xilas etməyə kömək edəcəyini bildirib: “Bu, Şərq Tərəfdaşlığı üzrə prioritetlərdən biri olaraq pandemiyadan sonrakı dövrdə sözügedən regionda bərpa prosesini sürətləndirməyə kömək edəcək və ümumilikdə səhiyyə sistemində uzunmüddətli dayanıqlığı artıracaq fəaliyyətdə Aİ-nin həmrəylik nümayişidir”.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Aİ-nin Şərq Tərəfdaşlığı regionunda koronavirus pandemiyasının fəsadlarının aradan qaldırılmasına dəstəyi




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,