Aİ-nin Ukrayna, Moldova və Gürcüstana doğru genişlənməsinə dair xüsusi səhifə istifadəyə verilib
Dekabr 13, 2023

Aİ-nin Ukrayna, Moldova və Gürcüstana doğru genişlənməsinə dair xüsusi səhifə istifadəyə verilib


14-15 dekabr tarixlərində Aİ liderləri Brüsseldə keçiriləcək Avropa İttifaqı Şurasının iclası çərçivəsində Aİ-nin genişlənmə siyasətini, o cümlədən Ukrayna, Moldova və Gürcüstan ilə bağlı növbəti addımları müzakirə edəcəklər. “EU NEIGHBOURS east” layihəsi ittifaqın genişlənməsi, qoşulma prosesi və ölkələrin irəliləyişlərini ətraflı şəkildə təsvir edən səhifə hazırlayıb.

Bu səhifə Aİ-nin Ukrayna, Moldova və Gürcüstana doğru genişlənməsi adlanır və burada Ukrayna və Moldova ilə üzvlüyə dair danışıqlara başlanmasını və Gürcüstanın müəyyən addımları yerinə yetirdiyi təqdirdə bu ölkəyə namizəd ölkə statusunun verilməsini tövsiyə edən 2023-cü il üzrə genişlənmə paketi, eləcə də genişlənmə prosesi və hər bir ölkənin irəliləyişləri haqqında ətraflı məlumatlar yer alır. Bu məzmun Erməni, Azərbaycan, Belarus, Gürcü, Rumın, UkraynaRus dillərində də mövcuddur.

Genişlənməyə dair səhifədə ümumi traixçə, əsas faktlar və izahlar, o cümlədən genişlənmə prosesi və Aİ-nin Gürcüstan, Moldova və Ukrayna ilə münasibətləri haqqında əlavə məlumat verən Avropa Komissiyasının orijinal hesabatlarına və resurslarına keçidlər də var.

Daha çox öyrən

Genişlənməyə dair səhifə

Avropa İttifaqı Şurasının 14-15 dekabr tarixlərindəki iclası



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,