2026-cı il üzrə “Bələdiyyə sədrlərinin razılaşması” proqramının görüşü üçün qeydiyyat başladı
23 İyul 2026

2026-cı il üzrə “Bələdiyyə sədrlərinin razılaşması” proqramının görüşü üçün qeydiyyat başladı


15 oktyabr 2026-cı il tarixində Brüsseldəki “Charlemagne” binasında hər il keçirilən “Bələdiyyə sədrlərinin razılaşması” proqramının görüşündə iştirak üçün qeydiyyat açıq elan edilib.

“Bələdiyyə sədrlərinin razılaşması” proqramına qoşulan tərəflər — iqlim və energetika sahəsində tədbirlər görməyi öhdəsinə götürən, seçilmiş rəsmilər tərəfindən təmsil olunan və demokratik yolla formalaşan istənilən yerli hökumət orqanlarıdır. Onlar bu siyasətin icrasına istər yeni başlamış, istərsə də müəyyən nailiyyətlər əldə etmiş ola bilərlər. Müqaviləyə qoşulan tərəflərin öhdəlikləri Aİ-nin iqlim və enerji siyasəti, xüsusilə də 2050-ci ilə qədər iqlimdə neytrallığa nail olmaq məqsədi ilə birbaşa bağlıdır. Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna da Bələdiyyə sədrlərinin razılaşması proqramının tərəfdaşlarıdır.

Ötən ilki uğurlu tədbirə əsaslanan builki görüş “Münasib qiymətli enerji və iqlim sahəsində dayanıqlıq naminə yerli liderlər” mövzusuna həsr olunacaq. Tədbir Avropanın dörd bir yanından yüzlərlə yerli və regional lideri, Avropa Komissiyasının yüksəksəviyyəli nümayəndələrini və digər əsas tərəfdaşları bir araya gətirərək Avropa prioritetlərinin yerlərdə reallığa çevrilməsində yerli fəaliyyətlərin rolunu müzakirə etməyə imkan yaradacaq.

“Bu, Aİ-nin energetika üzrə qanunvericiliyinin və strategiyalarının — o cümlədən AccelerateEUCitizens Energy Package (‘Vətəndaşların Enerji Paketi”) damüstü günəş qurğularında, məhəllə istilik sistemlərində, nəqliyyat şəbəkələrində və yerli sənaye müəssisələrində konkret layihələr şəklində həyata keçirilməsi deməkdir. Vətəndaşların cəlb edilməsi, enerji icmaları və iştirakçılığa əsaslanan idarəetmə vasitəsilə yerli hökumət orqanları eyni zamanda etimad yaradır və bu keçidin ədalətli, habelə hamı üçün əlçatan olmasını təmin edirlər”, — “Bələdiyyə sədrlərinin razılaşması” proqramının mətbuat üçün açıqlamasında deyilir.

Bu mövzuları araşdırmaq üçün proqram çərçivəsində bələdiyyə sədrləri, regional liderlər və digər yüksəksəviyyəli natiqlərlə yanaşı, Aİ-nin Mənzil və Energetika üzrə Komissarı Dan Yorgensen və Aİ-nin İqlim Fəaliyyəti üzrə Komissarı Vopke Hoekstra ilə fikir mübadilələri təşkil olunacaq. 

Siyasi müzakirələrdən əlavə, 2026-cı il üzrə görüşdə praktiki biliklərə və təcrübə mübadiləsinə xüsusi diqqət yetiriləcək. İştirakçılara yerli hökümət orqanlarının qarşısında duran başlıca vəzifələrə, o cümlədən iqlim sahəsində dezinformasiya ilə mübarizəyə həsr olunmuş xüsusi seminarlarda və Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP) investisiya layihələrinə transformasiyası üzrə praktiki məşğələlərdə iştirak imkanı yaradılacaq.

Layihəyə dəstək verən tərəflər və koordinatorlar üçün təşkil olunan xüsusi müzakirə panelində layihə şəbəkəsinin uğurlu nümunələri əsasında Bələdiyyə sədrlərinin razılaşması layihəsinin regional və milli iqlim və energetika planlamasına daha sıx inteqrasiya edilməsi imkanları nəzərdən keçiriləcək.  

Gün ərzində fəaliyyət göstərəcək xüsusi ünsiyyət zonaları iştirakçılara Aİ nümayəndələri, digər yerli liderlər, dəstək təşəbbüsləri və ekspertlərlə birbaşa əlaqə qurmaq imkanı yaradacaq.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,