Şərq Tərəfdaşlığı Avropa Məktəbi: 2023-2024-cü illər üzrə təqaüd almaq üçün ərizə qəbuluna başlanıb
Dekabr 20, 2022

Şərq Tərəfdaşlığı Avropa Məktəbi: 2023-2024-cü illər üzrə təqaüd almaq üçün ərizə qəbuluna başlanıb


Gürcüstanın Tbilisi şəhərində yerləşən Yeni Məktəb (The New School) Avropa İttifaqının və Beynəlxalq Bakalavriat (IB) Diplom Proqramının dəstəyi ilə 2023-2024-cü tədris illəri üzrə Şərq Tərəfdaşlığı Avropa Məktəbi Proqramı üçün ərizə qəbulu elan edir. 

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada yaşayan və 1 sentyabr 2023-ci il tarixinə yaşı 16-17 olan şagirdlər təqaüd üçün müraciət edə bilərlər.

Müsabiqənin nəticələrinə əsasən, Beynəlxalq Bakalavriat üzrə Avropa Diplom Proqramına tam təqaüd almaq üçün 20-yə yaxın yuxarı sinif şagirdi seçiləcək.

Ərizələrin son qəbulu tarixi 16 mart 2023-cü ildir.

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Avropa Məktəbləri Proqramı Aİ-nin altı Şərq Tərəfdaşlığı ölkəsindən olan yuxarı sinif şagirdləri üçün orta təhsil sahəsində imkanları təşviq etmək məqsədi daşıyır. 2018-ci ildə təqaüd proqramının icra olunmağa başladığı gündən etibarən altı Şərqi Avropa ölkəsindən 145 tələbə Beynəlxalq Bakalavriat Proqramı üzrə təhsil almaq üçün Aİ tərəfindən maliyyələşdirilən ikiillik təqaüdlə təmin olunub. 2022-ci ilə kimi Şərq Tərəfdaşlığı Avropa Məktəbini 105 şagird bitirib. Onlardan 72-si qız, 33-ü isə oğlandır. Beynəlxalq Bakalavriat dərəcəli diplom onlara iqtisadiyyat, biokimya mühəndisliyi, fizika, sosial elmlər, sənət və mədəniyyət, rabitə və media, beynəlxalq əlaqələr, tibb, hüquq, humanitar elmlər və kompüter texnologiyası kimi sahələrdə karyera qurmağa imkan verəcək. 

Hal-hazırda  Şərq Tərəfdaşlığı Avropa Məktəbi üçün Tbilisi şəhərinin yaxınlığında yeni bina tikilir və 2024-cü ilin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır.

Adı çəkilən məktəb və seçim prosesi haqqında daha ətraflı məlumatı İngilis, Erməni, Azərbaycan, Belarus, Gürcü, Rumın, UkraynaRus dillərində olan izahedici materiallarda tapa bilərsiniz. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Şərq Tərəfdaşlığı Avropa Məktəbi böyük həyata vəsiqə kimi: bakılı məzun Alina Qavrişin hekayəsi

Hər fürsətdən maksimum yararlanmaq: Xarkovdan olan yuxarı sinif şagirdi xaricdə təhsil almaq arzusunu necə reallaşdırdı

Avropa akademik proqramı beynəlxalq təhsilə körpü rolunu oynayır

BAĞLANIŞ TARİXİ:

Mart 16, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,