Avropa İttifaqı Şurası: əməkdaşlığın əlli ili
07 Yanvar 2026

Avropa İttifaqı Şurası: əməkdaşlığın əlli ili


Avropa İttifaqı Şurası qurumun necə yaradıldığını və Aİ-nin strateji təsisatına necə çevrildiyini izah edən xüsusi səhifə dərc edib.

Səhifədə Avropa İttifaqı Şurasının İkinci Dünya müharibəsindən sonra Avropa Birliklərinin rəhbərliyinin əsasını qoymuş altı ölkənin dövlət və ya hökumət başçılarının zirvə görüşlərindən necə yarandığı izah olunur. İlk Avropa Zirvə görüşü 1961-ci ilin fevral ayında Parisdə keçirilib.

9-10 dekabr 1974-cü ildə Fransa Prezidenti Valeri Jiskar d’Estenin dəvəti ilə dövlət və ya hökumət başçıları Parisdə növbəti zirvə görüşünə toplaşdılar. Həmin görüş sonradan Avropa İttifaqı Şurasının əsasının qoyulduğu an kimi tarixə düşüb.

Zirvə görüşündən sonra Valeri Jiskar d’Esten mətbuata belə bir bəyanatla çıxış edib: “Avropa zirvə görüşü öldü, yaşasın Avropa İttifaqı Şurası!”

Səhifədə həmçinin Avropa İttifaqı Şurasına daha çox səlahiyyətlər verən və onu daha səmərəli edən müqavilələrin qəbulu məsələləri də yer alıb.

Burada həmçinin Aİ-nin üzləşdiyi çətinliklər, o cümlədən miqrasiya böhranı, Brexit, COVID-19 və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi haqqında məlumat verilir.

“Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı təcavüzündən sonra Avropa İttifaqı Şurası strateji asılılığın azaldılması, Aİ-nin Rusiya qazından asılılığının tədricən aradan qaldırılması və müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Ukrayna və Moldova hazırda Avropa İttifaqına üzvlük üçün namizəd ölkələrdir”.

Bu səhifə həmçinin Avropa İttifaqı Şurasının keçmiş və indiki prezidentlərini təqdim edir, mühüm faktlar və rəqəmləri diqqətə çatdırır.

Daha çox öyrənin

Səhifə: Əməkdaşlığın əlli ili



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,