2022-ci ildə AYİB Azərbaycana 86 milyon avro sərmayə qoyub
Fevral 2, 2023

2022-ci ildə AYİB Azərbaycana 86 milyon avro sərmayə qoyub


Avropa Yenidənqurma və İnvestisiya Bankı (AYİB) 2022-ci ildə Azərbaycana qoyulan investisiyaların həcmini açıqlayıb.  

Bankdan verilən məlumata görə, Azərbaycan iqtisadiyyatına yatırılan 86 milyon avronun 71%-i ölkədə yaşıl iqtisadiyyatın inkişafına ayrılıb.

 “2022-ci ildə AYİB Azərbaycanda bir çox ilklərə imza atıb. Biz dairəvi iqtisadiyyat üzrə ilk layihəmizi maliyyələşdirdik,TMT sektoruna ilk sərmayəmizi yatırdıq və ölkənin ilk kommunal miqyaslı günəş enerjisi elektrik stansiyasını birgə maliyyələşdirdik”. AYİB-in açıqlamasında belə deyilir. 

Bu yaxınlarda AYİB-in yüksək vəzifəli rəsmiləri siyasi rəhbərlər, diplomatlar, beynəlxalq tərəfdaşlar, biznes ictimaiyyətinin rəhbərləri və mövcud bank tərəfdaşları ilə görüşmək üçün Azərbaycana səfər ediblər

Daha çox öyrən

Mətbuat üçün açıqlama

AYİB akkumulyatorların təkrar emalı ilə məşğul olan Azərbaycan şirkətinə kredit ayırır

AYİB Azərbaycanda və Gürcüstanda İT mərkəzləri yaradıb 

AYİB və Aİ Azərbaycanda genişzolaqlı internetin əhatəsinin genişləndirilməsinə dəstək verəcək



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,