AYİB akkumulyatorların təkrar emalı ilə məşğul olan Azərbaycan şirkətinə kredit ayırır
Yanvar 23, 2023

AYİB akkumulyatorların təkrar emalı ilə məşğul olan Azərbaycan şirkətinə kredit ayırır


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın qurğuşun-turşu akkumulyatorlarının təkrar emalı ilə məşğul olan “Az-Lead” şirkətinə 4,2 milyon dollara qədər kredit ayırır. Şirkət istifadə müddəti bitmiş qurğuşun-turşu akkumulyatorlarından qurğuşun məhsullarının istehsalında istifadə edir. Kredit müqaviləsi Avropa Dayanıqlı İnkişaf Fondunun (EFSD) zəmanəti ilə dəstəklənir.

İnvestisiyalar şirkətin təkrar emal gücünü aylıq 500 tondan 800 tona və gələcəkdə 1 000 tona qədər artıracaq. Bununla da şirkət avtomobil və bərpa olunan enerji sektorlarında təkrar emal edilmiş qurğuşuna artan tələbatı ödəməyə kömək edəcək.

Biz AYİB-in Azərbaycan və Şərq Tərəfdaşlığı ölkələri üzrə İqtisadi və İnvestisiya Planımıza uyğun olan bu investisiyasını tam dəstəkləyirik. Aİ-nin zəmanət dəstəyilə biz ölkədə yaşıl iqtisadiyyata keçidi asanlaşdırır və yeni məşğulluq imkanları yaradırıq”, – deyə Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit bildirib.

Daha çox öyrən 

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,