AYİB Azərbaycanda və Gürcüstanda İT mərkəzləri yaradıb
Yanvar 20, 2023

AYİB Azərbaycanda və Gürcüstanda İT mərkəzləri yaradıb


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan və Gürcüstanda 280 tələbənin gələcəkdə beynəlxalq İKT şirkətlərində işlə təmin olunması məqsədilə onların hazırlanmasına dəstək verəcək İT mərkəzlərini yaradıb.

Adı çəkilən proqram regional inkişafa təkan verərək gəncləri dəstəkləyəcək, eləcə də Gürcüstanda Ukraynadan olan məcburi köçkünlərə və qaçqınlara dəstək olacaq.

Azərbaycanda isə bu, sözügedən bank və Azərbaycan hökuməti arasında ikitərəfli donor sazişi əsasında maliyyələşdirilən ilk belə layihədir.

AYİB layihəni Gürcüstanın İnnovasiya və Texnologiyalar Agentliyi və Azərbaycanda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə birgə həyata keçirir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,