Şərq Tərəfdaşlığı İndeksi 2023: Putinin Ukraynaya qarşı müharibəsi region və Aİ arasında daha dərin inteqrasiyanın yaranmasına şərait yaradır 
Yanvar 26, 2024

Şərq Tərəfdaşlığı İndeksi 2023: Putinin Ukraynaya qarşı müharibəsi region və Aİ arasında daha dərin inteqrasiyanın yaranmasına şərait yaradır 


Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (ŞT CSF) tərəfindən hazırlanan Şərq Tərəfdaşlığı İndeksində Belarus və Azərbaycanda artan problemlərə baxmayaraq, Şərq Tərəfdaşlığı regionunda vətəndaş cəmiyyətinin hələ də hesablaşmağa dəyər qüvvə olaraq qaldığını və Aİ-nin Gürcüstan, Moldova və Ukraynadakı genişlənməsi prosesində mühüm rol oynadığı diqqətə çatdırır. Sənəddə həmçinin Rusiyanın Ukraynaya təcavüzünün bəzi Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında nəqliyyat, enerji və ticarət sahələrində daha dərin inteqrasiya üçün katalizator rolunu oynadığı bildirilir.

ŞT İndeksi altı Şərq Tərəfdaşlığı ölkəsinin üç sahədə əldə etdiyi irəliləyişlərini ölçür: Demokratiya, səmərəli dövlət idarəçiliyi və qanunun aliliyi; Aİ və Dayanıqlı İnkişaf Məqsədləri ilə siyasətin uzlaşdırılması. İndeks Aİ və ŞT ölkələrindən olan maraqlı tərəfləri, qanunvericilər, media və vətəndaş cəmiyyətini əhatə edir.

ŞT İndeksi sadəcə məlumat toplamaq və ölçməkdən ibarət deyil. Sənəddə dəyişikliyin müxtəlif formaları (islahatların irəliləməsi, tərəqqi, demokratik geriləmə, siyasətdən yayınmalar), eləcə də durğunluq və dəyişikliyin olmaması nəzərə alınıb. Eyni zamanda gender bərabərliyi və insan hüquqlarına xüsusi diqqət yetirilib.

Sənəddə bildirilir ki, Azərbaycan “daha güclü avtoritarizmə və müstəqil vətəndaş cəmiyyəti və medianın inkarı” istiqamətində irəliləməkdə davam edir və bu, hökumətin hesabatlılığı, fikir və ifadə azadlığı, toplaşmaq və birləşmək azadlığı və korrupsiya ilə mübarizə sahələrində fəaliyyətinin daha da aşağı düşməsində öz əksini tapır. “Azərbaycandakı siyasət və təcrübələrə daha yaxından nəzər saldıqda, bu ölkənin istisnasız olaraq demokratiya və səmərəli dövlət idarəçiliyi baxımından Aİ-nin normalarına zidd olduğu açıq-aşkar görünür”. 

Hər bir ŞT ölkəsinin irəliləyişlərinə ŞT İndeksi panelində baxmaq və müqayisə etmək olar.

Daha çox öyrən

ŞT İndeksi nəşri

ŞT İndeksi paneli

10 ən populyar qlobal nəticə



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,