“Həmişə yenidən oxumaq istəmişəm”: Aİ-də təhsil aldıqdan sonra ölkəm üçün necə faydalı ola bilərəm
Oktyabr 30, 2023

“Həmişə yenidən oxumaq istəmişəm”: Aİ-də təhsil aldıqdan sonra ölkəm üçün necə faydalı ola bilərəm


“Mənim üçün asan olmadı, çünki artıq 10 il idi təhsil almırdım və əvvəlki təhsilim tamam başqa ixtisas üzrə idi”. Bunu EU4Youth proqramı sayəsində bu il Polşanın Natolin şəhərində yerləşən Avropa Kollecini bitirən ukraynalı Aleksandra Lisa deyir.

Aleksandra Şərq Tərəfdaşlığı ölkələrindən bu fürsətdən yararlanan təxminən 40 təqaüd alan tələbədən biridir. 

“Natolindəki Avropa Kollecində təqdim etdiyimiz təklifin unikallığı ondan ibarətdir ki, biz Şərq Tərəfdaşlığı ölkələrindən olan tələbələri nizam-intizam hüdudlarından, müəyyən stereotiplərdən uzaq olmağa hazırlayırıq və onları əlaqələr qurmağa və Avropaya, Aİ-yə eləcə də qlobal məsələlərə daha geniş perspektivdə baxmağa təşviq edirik”, – Avropa Kollecinin kommunikasiya və mədəni proqramlar üzrə bölməsinin rəhbəri Jakub Kubica izah edir.

Tələbələr Aİ-nin daxili və xarici siyasətinə, həmçinin miqrasiya, rəqəmsallaşma və təmiz enerjiyə keçid, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində dezinformasiya ilə mübarizə kimi xüsusi tematik sahələrə diqqət yetirməklə Avropaşünaslıq üzrə magistr elmi dərəcəsi qazanırlar.

Məzunlar öz ölkələrinin inkişafında bu proqramın  əhəmiyyətini vurğulayırlar, çünki universitet məhz Aİ-nin genişlənməsi və Aİ-nin qonşuları ilə əməkdaşlığı məsələlərində yüksək səviyyəli təcrübə toplayıb.

“Məni ilhamlandıran insanlar sayəsində proqrama müraciət etmək qərarına gəldim. Mən çərçivədən çıxmaq və daha çox bacarıq əldə etmək istəyirdim ki, Moldovaya qayıdıb gənc ölkəmin Avropaya inteqrasiyasına töhfə verə bilim, çünki beynəlxalq sferadakı qeyri-müəyyənliyi nəzərə alaraq onun Avropaya inteqrasiyası indi həmişəkindən daha vacibdir”, – altı il Rumıniyada yaşamış və orada bakalavr və magistr dərəcələrini almış Moldovalı Yanina Japalau bildirir.

Proqramın təklif etdiyi imkanlar niyə bu qədər unikaldır

Bu universitet məzunları, magistr dərəcəsi və ya dördillik bakalavr dərəcəsinə malik olanlar üçün təklif olunan Avropaşünaslıq üzrə 10 aylıq doktorantura proqramıdır. Məqsəd beynəlxalq münasibətlər, hüquq, siyasi elmlər, iqtisadiyyat, dillər, tarix, jurnalistika kimi müxtəlif ixtisaslara yiyələnmiş insanları və hətta tibb və ya biologiya kimi STEM profilli tələbələri bir araya gətirməkdir. Burada əsas tələb Avropaşünaslıq (geniş mənada), Avropa İttifaqının fəaliyyəti, Avropaya inteqrasiyanın tarixi və mexanizmləri ilə maraqlı olan tələbələrin qəbuludur.

Struktur baxımından birinci semestrdə tələbələr Avropaya inteqrasiya prosesi haqqında fundamental biliklərə yiyiələnir. İkinci semestrdə isə daha dərin biliklər əldə edən tələbələr dörd ixtisasdan birini seçirlər: Aİ-nin siyasəti və ictimaiyyətlə əlaqələr; Aİ və dünya; Aİ və onun kompleks qonşulaqları; yaxud Avropanın tarixi və sivilizasiyası.

“Avropa Kolleci özünün “uçan fakültəsi” ilə tanınır, bu o deməkdir ki, Avropanın hər yerindən və onun hüdudlarından kənarda olan alimlər və müəllimlər burada dərs deməyə gəlirlər. Proqrama Aİ və qonşu ölkələrə iki tanışlıq xarakteri daşıyan səfər daxildir. 30-a yaxın müxtəlif ölkəni təmsil tələbələrə ölkələrinin mədəniyyətlərini nümayiş etdimələri üçün kampusda milli günlər keçirilir. Mənim doğma universitetimlə müqayisədə fənlərarası yanaşma və bu sahədə mütəxəssislərdən öyrənmək imkanına görə bu unikal akademik proqramdır”, – deyə Gürcüstandan olan məzunlardan biri Tsisana Nemsitsveridze əlavə edib.

Qiymətləndirmə sisteminə gəldikdə, ildə hər birində təxminən beş-yeddi imtahan olmaqla iki imtahan sessiyası keçirilir. Burada 20-dən yuxarı qiymətlərin olduğu frankofon (Belçika/Fransa dill) qiymətləndirmə sistemi tətbiq olunur. Tsisanın qeyd etdiyi təhsil səfərləri də Avropa Kredit Transfer Sistemi (AKTS) dərəcəsini almağa kömək edir.

“İmtahan formatları mənim üçün tamamilə yeni idi. Mən indiyə qədər heç vaxt müəyyən materiallardan istifadəyə icazə verilən və ya evdə imtahan verməmişəm. Bu formatları kəşf etmək maraqlı idi, lakin mən yenə də şifahi və ya qapalı imtahanlara üstünlük verirəm”, – Ukraynalı məzun Aleksandra Lisa deyir.

Nəhayət, tələbələr 12 000-dən 18 000 sözə qədər bakalavr dissertasiyasına oxşar magistr dissertasiyası yazmalıdırlar.

“Dissertasiya üçün vacib bir qeydim olacaq. Artıq müəyyən biliklərə malik olduğunuz mövzunu seçin, bu, tamamilə yeni bir şey araşdırmaq üçün vaxtınıza qənaət edəcək və həqiqətən də dissertasiyanı hazırlamağa tez başlamağa çalışın, ikinci semestrə qədər gözləməyin”, deyə Aleksandra vurğulayır.

Proqramın ən vacib komponentlərdən biri rəsmilər, QHT nümayəndələri, media və universitetlərin alimləri ilə daimi ünsiyyətdə olmaqdır. “Bundan əlavə, bir sıra dərsdənkənar tədbirlərimiz var. Məsələn, dövlət başçılarının səfərləri. Bu il tələbələrimizin təşəbbüsü ilə Prezident Vladimir Zelenski ilə canlı video bağlantımız oldu və o, tələbələrimizin suallarını cavablandırdı. Litva Prezidenti Gitanas Nauseda da təbriklərini video vasitəsilə göndərib. Bundan əlavə, Monteneqro prezidenti və Şimali Makedoniya prezidenti ilə universitetin kampusunda tədris ilinin açılışını etdik”, – Jakub Kubitsa bildirib.

Qəbul qaydaları və proqramın faydaları

Hal-hazırda 16 yanvar 2024-cü il tarixinə qədər 2024-2025-ci tədris ili üzrə onlayn ərizələr qəbul olunur. Ərizə ilə müraciət prosesi haqqında daha ətraflı buradan oxuyun.

Ərizə ilə müraciət edənlər magistr və ya dördillik bakalavr dərəcəsinə malik olmalıdırlar. Onlar universitetə qəbul olmaq üçün rəsmi onlayn ərizə təqdim etməlidirlər. Ərizəçilər hərtərəfli təlimatları burada tapa bilərlər. Bununla yanaşı, onlar dillə bağlı tələblərə uyğun olmalıdırlar. Təhsil müddətində ingilis və fransız dilləri üstünlük təşkil edir. Ərizəçilər bu dillərdən birini minimum B2, digərini isə minimum B1 səviyyəsində bilməlidirlər.

Ölkə üzrə kvota yoxdur. Təşkilatçıların sözlərinə görə, onlar tələbə kontingentini mümkün qədər şaxələndirməyə çalışırlar. Qəbul olunan tələbələrin yaşı minimum 21-dir. “Əhəmiyyətli məqam ondan ibarətdir ki, tələbələr axırıncı kursda müraciət edə bilərlər. Məsələn, biz oktyabr ayında qəbula başlamağa hazırlaşırıq və proses gələn tədris ilinin yanvar ayının ortalarına qədər davam edəcək. 2023-cü ilin payızında sonuncu kursa daxil olan tələbələr 2024-2025-ci tədris ili üçün bu ilin oktyabrında müraciət edə bilərlər”, – Avropa Kollecinin kommunikasiya və mədəni proqramlar üzrə bölməsinin rəhbəri Jakub Kubica izah edir.

Yaşla bağlı məhdudiyyətlərə gəlincə, təbii ki, EU4Youth proqramının özü 35 yaşdan aşağı gənclər üçün nəzərdə tutulub. Lakin bu, Avropa Kollecində təklif olunan yeganə təqaüd proqramı deyil. Ölkədən asılı olaraq Avropa Kolleci ŞT ölkələrindən olan tələbələr üçün əlçatan olan təqaüd proqramlarını təqdim edir.

Hazırki çətin dövrdə gənclər də təhsili onun yaratdığı imkanlara və üstünlüklərə görə seçirlər. Proqram tərəfindən təklif olunan təhsilə əlavə olaraq, onun məzunları dəstəkləyən güclü şəbəkəsi mövcuddur. Avropa Kollecinin artıq 18 000-ə yaxın məzunu var.

“Daxili statistik rəqəmlərimizə əsasən, məzunların 90%-i məzun olduqdan sonra üç ay ərzində ilk ödənişli sınaq müddəti və ya işlərini tapırlar. Təbii ki, tələbələr Kollecdə oxuduğu müddətdə onlara karyera üzrə mütəxəssislərimizlə məsləhətləşmək imkanı verilir və peşəkar təlimlər keçirilir, biz həmçnin şirkət və qurumlarla əlaqələr qururuq”, – deyə Jakub Kubica bildirib.

O, həmçinin qeyd edib ki, məzunlar Aİ ilə bağlı hər hansı bir vəzifədə işləmək üçün müraciət etdikdə, onlar Avropa Kolleci haqqında nadir hallarda məlumat verməyə məcbur olurlar. “Mən deyərdim ki, Avropa Kolleci bu sahədə açıq-aydın və tanınan brenddir”, – Kubica əlavə edib.

Ümumiyətlə, Natolindəki kampusun fəaliyyət göstərdiyi 30 ildən artıqdır ki, burada Şərq Tərəfdaşlığı ölkələrindən 340-a yaxın tələbə təhsil alıb. Son üç tədris ilində onlar Aİ və Litvanın Xarici İşlər Nazirliyi tərəfindən birgə maliyyələşdirilən və Litvanın Layihələrin Mərkəzi İdarəetmə Agentliyi (CPMA) tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) həyata keçirilən “EU4Youth III faza – Gənclərin məşğulluq və sahibkarlıq imkanlarının təşviqi” proqramı çərçivəsində bu əlavə təqaüd proqramından faydalana bilib. Təqaüdlər təhsil haqqını, tam qidalanmanı və kampusda qalmağı qarşılayır.

“Müraciət etməkdən qorxmayın!”

Builki məzunlardan ərizə ilə müraciət prosesi haqqında məsləhətlərini paylaşmalarını xahiş etdik və onlar aşağıdakılardır:

“Bu addımı atdıqdan sonra parlaq zəkası ilə seçilən tələbələr, professorlar və aparıcı mütəxəssislərlə bir masa arxasında əyləşəcəksiniz, onlar sizi cəsarətləndirərək fikirlərinizi bölüşmək və diqqətdən kənarda ola biləcək mövzuları müzakirə etmək imkanı verəcəklər. Həmin insanlar və təhsil prosesi çox məqamlara aydınlıq gətirəcək, eyni zamanda analitik obyektiv vasitəsilə bir çox məsələni araşdırmağa və anlamağa imkan verəcək”.

Yanina Japalau (Moldova). Onun iki bakalavr dərəcəsi (biri Avropaşünaslıq üzrə) və magistr dərəcəsi var. O, Natolindəki təcrübəsindən əvvəl Erasmus+ proqramında iştirak edib.

“Narahat olmayın, fransız dilini bilməməyiniz (və ya başqa nəsə) müraciət etməyinizə mane olmamalıdır. Öyrənməyə həvəs göstərin, müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurun və dil öyrənmək fürsətindən istifadə edin”.

Aleksandra Lisa (Ukrayna). O, sonuncu ali təhsilini 2012-ci ildə alıb və müraciət etməzdən əvvəl Vinnitsa şəhərində vətəndaş cəmiyyəti təşkilatları və yerli idarəetmə sahəsində karyera qurub.

“Əgər proqrama müraciət etməkdə maraqlısınızsa, səylə oxumağı məsləhətim görürəm. Bununla belə, təhsil prosesini sosial həyatınızla balanslaşdırmağı unutmayın. Natolindəki kampusda qalmaq və ömürlük dostlar qazanmaq şansı unikaldır”.

Tsisana Nemsitsveridze (Gürcüstan). O, 2019-cu ildə Tbilisi Dövlət Universitetində Beynəlxalq Hüquq üzrə bakalavr dərəcəsi alıb və Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin Vətəndaşlıq və Miqrasiya şöbəsində işləyib.

Müəllif: Olqa Konseviç

Məqalə dərc edildi: Tsn.ua

EU4Youth proqramı Şərq Tərəfdaşlığı ölkələrində gənclərin məşğulluq və sahibkarlıq imkanlarını artırmaq üçün doqquz layihənin icrasına başlayıb. Layihələr gənclər sahəsində çalışan təşkilatlar arasında şəbəkələşməni və tərəfdaşlığı dəstəkləyəcək və gənclər üçün münasib öyrənmə imkanları təklif edən innovativ alətlərin yaradılmasına, onların sərbəst şəkildə yeni bacarıq və biliklərə yiyələnməsinə kömək edəcək. Bu, coğrafi yerləşmə və ya maliyyə ilə bağlı məhdudiyyətlərlə üzləşən gənclər üçün xüsusilə faydalı ola bilər.  



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,