EU4Youth: Natolində yerləşən Avropa Kolleci 2024-2025-ci tədris ilində Avropaşünaslıq üzrə magistr elmi dərəcəsi üçün təqaüdlər verir
Noyabr 1, 2023

EU4Youth: Natolində yerləşən Avropa Kolleci 2024-2025-ci tədris ilində Avropaşünaslıq üzrə magistr elmi dərəcəsi üçün təqaüdlər verir


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Youth proqramı 2024-2025-ci tədris ilində Avropa Kollecində magistr təhsili almaq üçün Şərq Tərəfdaşlığı ölkələrindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) olan tələbələri tam təqaüd almaq üçün müraciət etməyə dəvət edir. 

Proqram bu universitetin Polşanın Natolin şəhərində yerləşən kampusunda həyata keçirilir.

Təqaüdlər təhsil haqqını, tam qidalanmanı və kampusda qalmağı qarşılayır. Bunlar Aİ-dən maliyyə dəstəyi alan və Litva Xarici İşlər Nazirliyi ilə birgə maliyyələşdirilən “EU4Youth III faza Gənclərin məşğulluq və sahibkarlıq imkanlarının təşviqi proqramı” sayəsində mümkün olub. 

Yuxarıda adı çəkilən bütün millətlərin nümayəndələri müraciət etmək hüququna malikdir, lakin aztəminatlı ailələrin övladlarına üstünlük veriləcək.

Müraciət üçün son tarix 16 yanvardır.

Avropa Kolleci 2024-2025-ci tədris ili üçün Şərq Tərəfdaşlığı ölkələrindən olan tələbələrə təqaüdlə magistr təhsili almaq üçün onlayn müraciətlərin qəbuluna başlayıb. Bu ölkələrdən olan tələbələr üçün eyni tarix ilə başqa təqaüd proqramları da mövcuddur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Yanvar 16, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,