Yeni mexanizmlər: insan hüquqlarının pozulması və “qızıl pasportlar” Aİ-yə vizasız qısamüddətli səfərlərin dayandırılması ilə nəticələnə bilər
European Parliament
İyun 19, 2025

Yeni mexanizmlər: insan hüquqlarının pozulması və “qızıl pasportlar” Aİ-yə vizasız qısamüddətli səfərlərin dayandırılması ilə nəticələnə bilər


İyunun 17-də Avropa İttifaqı Şurası və Avropa Parlamenti Aİ-yə qısamüddətli səfərlər üçün vizasız rejimin dayandırılmasının hüquqi əsasları ilə bağlı razılığa gəlib.

Aİ-yə vizasız qısamüddətli səfərlərin (2013-cü ildən tətbiq olunur) dayandırılması mexanizmində islahatların aparılması Aİ-yə vizasız gediş-gəliş üzrə razılaşmaların vacib prinsiplərinə əməl etməyən ölkələrlə bağlı cəld tədbirlər görməyə imkan verəcək. Buraya təhlükəsizliklə bağlı problemlər və insan hüquqlarının pozulması məsələləri daxildir.

Mövcud əsaslara sığınacaqla bağlı statusun tanınma səviyyəsi aşağı olan ölkə vətəndaşlarından sığınacaq üçün müraciətlərin sayında artım və ya Aİ-yə giriş üçün imtina edilən və ya qalma müddətinin çox olduğu aşkar edilən üçüncü ölkə vətəndaşlarının sayında artım daxildir.

Avropa İttifaqı Şurası və Avropa Parlamenti Aİ-yə vizasız qısamüddətli səfərlərin dayandırılması mexanizminə başlamağa imkan verən çoxlu sayda yeni əsaslar qəbul edib.

  • ölkə Aİ-yə coğrafi baxımdan yaxın olduğu üçün digər üçüncü ölkələrin vətəndaşlarının icazəsiz girişinin artmasına səbəb ola biləcəyi hallarda ölkənin vizasız rejiminin Aİ-nin viza siyasətinə uyğunlaşdırılmaması;
  • əvvəlcədən müəyyən edilmiş ödənişlər və ya sərmayələr (“qızıl pasportlar”) müqabilində müvafiq üçüncü ölkə ilə həqiqi əlaqəsi olmayan şəxslərə vətəndaşlığın verildiyi sərmayəçi vətəndaşlıq proqramı;
  • hibrid təhdidlər və sənədlərin təhlükəsizliyi üzrə qanunvericilikdə və prosedurlarda boşluqlar;
  • Aİ-nin üçüncü ölkə ilə xarici əlaqələrinin pisləşməsi, xüsusilə də insan hüquqları və fundamental azadlıqlar və ya BMT Nizamnaməsinin kobud şəkildə pozulması hallarında.

Vizasız rejimin tətbiqinin müvəqqəti dayandırılması müddəti hazırki 9 ay müddətindən 12 ay müddətinə qədər uzadılacaq. İlkin olaraq müəyyən edilən bu müddət daha 24 ay (cari sistem üzrə 18 ay əvəzinə) müddətinə qədər uzadıla bilər. Müvəqqəti dayandırılma mərhələsi dayandırılmanın səbəblərini aradan qaldıra bilməsi üçün Avropa Komissiyasına həmin üçüncü ölkə ilə dialoqa başlamağa imkan verəcək.

Şura və Avropa Parlamenti sözügedən mexanizmi təkmilləşdirmək və onun tətbiqini yalnız fundamental hüquqların və xarici əlaqələr üzrə öhdəliklərin pozulmasına görə məsuliyyət daşıyan qərar edən şəxslər üzrə məhdudlaşdırmaq barədə qərar qəbul edib. “Hazırda bütün vətəndaşlar bu dayandırılmanın ikinci mərhələsinin təsirinə məruz qalır, lakin hökumətin vəziyyətə görə açıq şəkildə cavabdehliyi halında, bu qeyri-mütənasib ola bilər”, – Aİ Şurasının mətbuat üçün açıqlamasında deyilir.

Yeni qaydalara əsasən, əlavə 24 ay müddətinə dayandırılma mərhələsi avtomatik olaraq ölkənin bütöv əhalisinə tətbiq edilməyəcək. Bunun əvəzində, Aİ yuxarıda qeyd olunan hallarda prosesin hökumət rəsmiləri və diplomatlara tətbiq edilməsinin davam etdirilməsinə qərar verə bilər.

Aİ həmçinin üçüncü ölkənin müvəqqəti dayandırılma ilə nəticələnən səbəbləri aradan qaldırmadığı təqdirdə, vizasız səfərlərin həmişəlik dayandırılmasına qərar verə bilər.

Hal-hazırda 61 üçüncü ölkənin vətəndaşları Şengen zonasına qısamüddətli səfərlər edə bilirlər (cari viza razılaşmalarının xəritəsi). Gürcüstan, Moldova və Ukrayna vətəndaşları Aİ-yə vizasız səfər edirlər. Ermənistan və Azərbaycan ilə sadələşdirilmiş viza prosedurları tətbiq olunur. Hazırda viza razılaşmalarının tamamilə dayandırıldığı üçüncü ölkələrdən biri Belarusdur (Rusiya və Vanuatu da bura daxildir).

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,