İyulun 22-də Azərbaycandakı Gənc Avropa səfirləri (YEAs) sağlam qidalanmanın əhəmiyyəti və onun həyatın müxtəlif sahələrinə təsirinə həsr olunmuş “Yediyiniz qidalardan ibarətsiniz” adlı seminar keçiriblər.
Tədbirə tibb ixtisası üzrə təhsil alan tələbələr, sağlamlıq sahəsi ilə maraqlanan şəxslər və qidalanma haqqında daha ətraflı məlumat almaq istəyən ümumilikdə 21 iştirakçı qatılıb.
Seminar iki məlumatlandırıcı hissədən ibarət olub.
Tibb Universitetinin farmakoqnoziya kafedrasının professoru Xuraman Mustafayevanın rəhbərliyi ilə keçirilən birinci hissədə iştirakçılara sağlam qidalanmanın tibbi cəhətdən əhəmiyyəti, orqanizmin müxtəlif qida maddələrini necə mənimsəməsi və diqqət tələb edən məsələlər yer alıb.
İkinci hissədə isə Gənc Avropa səfirləri Nəzrin Cabbarlı və Sevinc Abbasova müxtəlif Aİ ölkələrində qidalanma təcrübələrinin müqayisəli qiymətləndirilməsi, pəhriz vərdişlərinin həmin regionlarda insanların sağlamlığına və həyat tərzinə necə təsir etdiyi barədə məlumat veriblər.
Tədbirdə həmçinin cəmiyyətdə sağlam qidalanmanın təşviqi üçün potensial hüquqi həllərin interaktiv müzakirəsi baş tutub. İştirakçılar müəyyən qida məhsullarına əlavə vergilərin tətbiqi, sağlam qidalanma və iş yerlərində şəraitin təmin edilməsi üçün qanunvericilik aktlarının hazırlanması kimi ideyaları bölüşüblər, eyni zamanda problemə öz həll yollarını və fikirlərini bildiriblər.
“Bu seminar sağlamlığın qorunmasında qidalanmanın son dərəcə mühüm rolu haqqında məlumatlılığı artırıb və iştirakçıları daha sağlam qidalanma vərdişlərini mənimsəməyə ruhlandırıb”, – iştirakçılardan biri deyib.
Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,