Ukrayna: Aİ Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini qəbul edib
Dekabr 20, 2022

Ukrayna: Aİ Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini qəbul edib


Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq bu ölkəyə qarşı doqquzuncu sanksiyalar paketini qəbul edib. Sanksiyalar paketi Rusiyanın Ukraynaya qarşı davam edən eskalasiyası və qeyri-qanuni müharibəsinə cavab olaraq Avropa Komissiyası tərəfindən təklif edilib. Paketdə Rusiyanın Ukraynada mülki əhalini və mülki infrastrukturu hədəfə alması  və qış mövsümündə ölkəni iflic vəziyyətinə salması kəskin şəkildə pislənir.

Aİ sanksiyalar siyahısına daha 200-ə yaxın fiziki və hüquqi şəxsin adını əlavə edib. Buraya Rusiya silahlı qüvvələri, eləcə də ayrı-ayrı zabitlər və müdafiə sənayesi şirkətləri, Dövlət Dumasının və Federasiya Şurasının deputatları, nazirlər, qubernatorlar və siyasi partiyalar daxildir. Siyahıda Rusiyanın mülki əhaliyə qarşı qəddar və qəsdən raket zərbələri endirməsi, ukraynalı uşaqların Rusiyaya qaçırılması və Ukraynanın kənd təsərrüfatı məhsullarının oğurlanmasında iştirak edən şəxslərin adların var.

Rusiyanın hərbi potensialının gücləndirilməsinə və qabaqcıl texnologiyaların tətbiqinə töhfə verən ikili istifadəli və qabaqcıl texnologiyaların ixracına yeni məhdudiyyətlər tətbiq edilib. Buraya dron mühərrikləri, kamuflyaj avadanlıqları, əlavə kimyəvi/bioloji avadanlıqlar, iğtişaşlara qarşı mübarizə vasitələri və döyüş meydanında Rusiya hərbi sistemlərində olan əlavə elektron komponentlər daxildir.

Bundan əlavə, ən sərt ixrac məhdudiyyətləri ikili təyinatlı mallara və qabaqcıl texnologiyalara çıxışdan məhrum etmək üçün Rusiya hərbi sənaye kompleksi ilə sıx bağlı olan daha 168 Rusiya müəssisəsinə şamil edilir. Bununla da sanksiyalara məruz qalan təşkilatların ümumi sayı 410-a çatıb.

İxrac olunması qadağan olunan məhsulların siyahısına oyuncaq dronlar, mürəkkəb generator dəstləri, masaüstü kompüterlər və hesablama komponentləri, çap sxemləri, radionaviqasiya sistemləri və s. daxil edilib. Dron mühərriklərinin Rusiyaya birbaşa ixracı və Rusiyaya ötürə bilən İran kimi üçüncü ölkələrə ixracı da məhdudlaşdırılıb.

Putinin maliyyə sistemini daha da iflic etmək üçün Rusiyanın Regional İnkişaf Bankı ilə əməliyyatlara tam qadağa daxil olmaqla, daha üç Rusiya bankına qarşı sanksiyalar tətbiq edilib. NTV/NTV Mir, Rossiya 1, REN TVPervyi Kanal kimi daha dörd rus kanalının Aİ-də yayımı dayandırılıb.

Rusiyanın enerji sektoruna sərmayə qoyuluşuna cari qadağa ilə yanaşı, bəzi xammallar istisna olmaqla, Aİ-nin Rusiyanın mədənçıxarma sektoruna yeni sərmayə qoyuluşları da qadağan ediləcək.

Yeni sanksiyalar paketi Aİ-nin Rusiyadan dəniz vasitəsilə neft idxalına tətbiq etdiyi tam qadağanı, eləcə də G7 ölkələri arasında razılaşdırılmış və qlobal neft qiymətlərinə tətbiq edilən məhdudiyyətləri tamamlayır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,