Tərəfdaş ölkələrdə COVID-19 ilə mübarizə üçün bu günə qədər 34 milyard avro ayrılıb
Sentyabr 24, 2021

Tərəfdaş ölkələrdə COVID-19 ilə mübarizə üçün bu günə qədər 34 milyard avro ayrılıb


COVID-19 virusunun yayılmağa başladığı 2020-ci ilin əvvəlindən bu günə qədər Avropa İttifaqı, Aİ-yə üzv ölkələr və “Team Europe” kimi Avropa maliyyə qurumları, vədlərini yerinə yetirərək pandemiya və onun nəticələrinə qarşı mübarizədə tərəfdaş ölkələri dəstəkləmək üçün 34 milyard avro ayırıblar. 

Bu vəsaitlər “Team Europe”-ın 2020-ci ilin yazında qəbul etdiyi dəstək paketində qeyd olunan 20 milyard avrodan qat-qat çoxdur. Bu rəqəm artıq 46 milyard avroya qədər artıb. 2021-ci ilin aprel ayına qədər Şərq Tərəfdaşlığı ölkələrinin daxil olduğu Qonşuluq regionu ayrılan 13,8 milyard avronun 10,3 milyard avro hissəsini qəbul etmişdir.

“Team Europe, biliklərimizi və resurslarımızı bir araya gətirərək, daha çox təsir göstərərək daha çox hədəflənmiş dəstək vermək üçün gücümüzdən istifadə edərək bu pandemiya ilə mübarizə aparıb. Biz həmçinin Aİ proqramlarını inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını daha yaxşı qarşılamaq üçün uyğunlaşdırmışıq. Team Europe, dünyadakı tərəfdaşlarımıza dəstək olmaq üçün yalnız bir il ərzində belə əhəmiyyətli bir xidmət paketini səfərbər etməsindən qürur duya bilər”. Bunu Beynəlxalq Tərəfdaşlıqlar üzrə Komissar Jutta Urpilainen deyib.

Team Europe artıq 130-dan çox ölkədə dəstəyini səfərbər etmişdir. 2021-ci ilin aprel ayına qədər ümumilikdə 46 milyard avro maliyyə vəsaitinin 34 milyard avro hissəsi xərclənib: 1,8 milyard avro təcili humanitar yardım, 6,3 milyard avro səhiyyə, su və kanalizasiya sistemlərinin gücləndirilməsi və 25,8 milyard avro, işini itirən və təhsil ilə bağlı problemlər daxil olmaqla pandemiyanın sosial və iqtisadi təsirini azaltmaq üçün sərf olunub.

Aİ, aşağı və orta gəlirli ölkələrə diqqət yetirərək, dünyada peyvəndlərin ədalətli paylanmasını dəstəkləyən yeganə qlobal təşəbbüs olan COVAX Proqramının təsis olunmasında aparıcı rol oynayıb. 2021-ci ilin iyun ayına olan məlumata əsasən, “Team Europe”-ın COVAX Proqramına verdiyi töhfə 3 milyard avrodan çoxdur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,