Noyabrın 23-dən 25-dək Brüsseldə “Avropada jurnalistika” mövzusunda Avropa Jurnalistika Simpoziumu keçiriləcək. “EU NEIGHBOURS east” proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan və Moldovadan olan jurnalistlərin bu böyük beynəlxalq tədbirdə iştirakına çalışır.
Sözügedən ödənişsiz tədbirə azı 25 müxtəlif ölkədən 100-ə yaxın məruzəçi qatılacaq. Simpoziumda medianın rolu ilə bağlı müzakirələr keçiriləcək. Şərq Tərəfdaşlığı regionu, Cənubi Aralıq dənizi və Aİ jurnalistləri arasında şəbəkələrin qurulması və peşəkar mübadilə üçün unikal imkan yaranacaq.
İlk dəfə təşkil edilən Avropa Jurnalistika Simpoziumu peşəkar jurnalistlərin ictimaiyyət, tədqiqatçılar, siyasi və iqtisadi ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə peşələrinin çətinliklərini müzakirə edə biləcəkləri böyük tədbir olacaq.
“Bu gün Ukraynadakı müharibə Avropanın ürəyini qana qərq etdiyi və azad və dürüst məlumatlara çıxış hüququnu yerləbir etdiyi bir vaxtda biz bu dialoq məkanını yaratmalıyıq və sülh və demokratiyaya töhfə verən azad və plüralist informasiya sisteminin rolunu bir daha təsdiqləməliyik”, – təşkilatçılar bildirir.
Proqrama təbliğat və saxta xəbərlər, jurnalistikaya qarşı təhdidlər, media savadlılığı, kiberhücumlar və mətbuat azadlığı daxil olmaqla geniş mövzular üzrə sessiyalar daxildir. Noyabrın 24-də “Sərhədsiz Reportyorlar” təşkilatının təşkilatçılığı ilə Ukrayna və Belçikadan olan jurnalistlərin iştirakı ilə “Ukraynadakı müharibədən bəhs” mövzusunda xüsusi gecə keçiriləcək.
Tədbir IHECS (Sosial Ünsiyyət üzrə Ali Tədqiqatlar İnstitutu – École de journalisme de Bruxelles) və Fransanın Journalisme & Citoyenneté assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,