Şərq Tərəfdaşlığı üzrə Gender bərabərliyinə dair onlayn kitabxana istifadəyə verilib
Aprel 7, 2022

Şərq Tərəfdaşlığı üzrə Gender bərabərliyinə dair onlayn kitabxana istifadəyə verilib


Bu gün Gender bərabərliyinə dair onlayn kitabxana istifadəyə verilib. Burada Şərq Qonşuluğu regionunda gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması ilə bağlı zəngin resurslar toplanıb. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Gender Bərabərliyi Naminə İslahata Dəstək Xidməti layihəsi çərçivəsində hazırlanmış kitabxanada geniş auditoriya üçün gender bərabərliyi ilə bağlı zəngin və müxtəlif məlumatlar yerləşdirilib.

Kitabxanada istifadəçilər həmçinin beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti təşkilatları və Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada gender bərabərliyi mövzusunda çalışan ekspertlər tərəfindən hazırlanan hesabatlar, qısa məlumatlar və nəşrlərlə tanış ola bilərlər. 

Bu resurslar müxtəlif məsələləri əhatə edirlər. Buraya qadınların bərabər iştirakına və liderliyinə qarşı gender əsaslı zorakılıq, iqtisadi və sosial hüquqlar, cinsi və reproduktiv sağlamlıq və hüquqlar, yaşıl iqtisadiyyata keçid və rəqəmsal transformasiya, qadınlar, sülh və təhlükəsizlik proqramı (WPS) və Covid-19 pandemiyasının gender bərabərliyinə təsiri kimi məsələlər daxildir. Bu tematik sahələr Gender Bərabərliyi və Xarici Əlaqələrdə Qadınların Gücləndirilməsi üzrə Avropa İttifaqının Fəaliyyət Planına (GAP III) uyğundur.

Kitabxanada artıq çoxlu sayda ingilis dilində ən müasir nəşrlər var. İstifadəçilər lazım olan resursları dərhal tapmaq üçün axtarışlarını ölkə üzrə süzgəcdən keçirə bilərlər. Kitabxana bu ilin sonunda əlavə olunacaq Şərq Tərəfdaşlığı ölkələrinin milli dillərində olan resurslar da daxil olmaqla əlavə məzmunla davamlı olaraq yenilənəcək.

Gender bərabərliyinə dair onlayn kitabxana Şərq Tərəfdaşlığı ölkələrində qərarların qəbulu, islahatlar, siyasət və proqramlarda gender təhlilindən istifadəni dəstəkləməklə gender bərabərliyini təşviq etməyə yönəlmiş və Aİ tərəfindən maliyyələşdirilən Gender Bərabərliyi Naminə İslahata Dəstək Xidməti çərçivəsində hazırlanıb. Dəstək xidmətində əmək bazarı siyasəti, iqtisadi inkişaf, dövlət idarəçiliyi, ədliyyə islahatları, səhiyyə, sosial xidmətlər, təhsil və ailə siyasəti kimi bir sıra sahələrdə gender bərabərliyi məsələləri üzrə gender təhlili və ekspert məsləhətləri təqdim edilir. Kitabxanada yer alan nəşrlərdə ifadə olunan fikirlər heç də həmişə Avropa İttifaqının fikirlərini əks etdirmir.
Gender bərabərliyinə dair onlayn kitabxanada axtarış etməklə zəngin məlumatlardan yararlanmaq imkanı qazanın.



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,