Rusiyanın Ukrayna qarşı müharibəsi Aİ-yə gedən heroin marşrutlarını dəyişib
Yanvar 30, 2024

Rusiyanın Ukrayna qarşı müharibəsi Aİ-yə gedən heroin marşrutlarını dəyişib


Rusiyanın Ukraynaya qarşı təcavüzü narkotik qaçaqmalçılığı marşrutlarının dəyişməsinə töhfə verib və bəzi kriminal şəbəkələr alternativ marşrutlar axtarışındadır. Bu məlumatlar Aİ-nin narkotiklər üzrə agentliyi olan Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) və Europol tərəfindən yanvarın 24-də açıqlanan “Aİ-də narkotik bazarı: heroin və digər opioidlər” adlı yeni təhlildə yer alıb.  

Təhlildə Avropada narkotik vasitələrinin istehsalından və qanunsuz dövriyyəsindən, paylanmasına və istifadəsinə qədər heroin (ən geniş yayılmış narkotik vasitə) bazarı ətraflı təsvir edilir. Əfqanıstandan Avropaya qanunsuz heroin qaçaqmalçılığı üçün dörd əsas marşrutdan – Balkan, Cənub, Qafqaz və Şimal marşrutlarından istifadə edilir. 

Araşdırmalara əsasən, Qafqaz marşrutuna heroinin Qara Dəniz vasitəsilə gəmilərlə Gürcüstandan Bolqarıstana, Rumıniyaya və bu yaxınlara qədər Ukraynaya qanunsuz yolla daşınması daxildir. Son illərdə bu marşrutda bir neçə dəfə böyük miqdarda narkotik vasitələrin saxlanılması sübut edir ki, bu marşrutla İrandan Ermənistan, və ya Azərbaycan və Gürcüstan vasitəsilə qanunsuz olaraq Avropaya narkotik vasitələri kütləvi formada daşınır. 

Bu yaxınlarda Azərbaycanda saxlanılan narkotik vasitələri İrandan bu vasitələrin qanunla qeydiyyatdan keçmiş mallarla birgə yük maşınları ilə daşındığını ortaya çıxarıb.

Ukrayna əvvəldən narkotik vasitələrin qanunsuz dövriyyəsində Şimal və Qafqaz maşrutları boyunca ötürücü yer və anbar rolunu oynayıb, – təhlildə deyilir. 

 “Qafqaz marşrutu ilə heroin daşımaları tarixən Ukraynanın Odessa şəhərindəki limandan keçib və buradan birbaşa Rumıniya və ya Bolqarıstan limanlarına göndərilirdi və ya ölkədə saxlanılırdı. Münaqişə nəticəsində Gürcüstanın Batumi şəhərindən Odessaya gedən bərələrin hərəkəti dayandırılıb, ticarət Rumıniya, Moldova və Bolqarıstana yönləndirilib. Bütün bu dəyişikliklərin heroin ticarətinə təsiri var”, – hesabatda deyilir.

Cinayət şəbəkələri əvvəllər Ukrayna ərazisindən keçən marşrutlara alternativ axtarır. Buraya yerüstü marşrutların Baltikyanı ölkələrə ötürülməsi daxildir. 

Araşdırmada həmçinin bildirilir ki, Ukrayna və Moldova tarixən narkotik vasitələrin daşınmasında anbar rolunu oynayıb. Məsələn, Almaniyada yaşayan türk (etnik kürd) kriminal şəbəkələrinin bəzi üzvlərinin Aİ-yə daşınması üçün nəzərdə tutulan heroinin saxlanılmasını asanlaşdırmaq məqsədilə şirkətlər yaratmaq üçün Ukrayna və Moldovaya köçdüyü güman edilir. “Rusiyanın təcavüzünə baxmayaraq, hazırda Ukraynada saxlanılan heroin Aİ-yə daşına bilər. Bu daşınmaların quru yolla həyata keçiriləcəyi ehtimal edilir və Ukraynada fəaliyyət göstərən cinayətkar şəbəkələr bununla bağlı qaçqınların və humanitar yardımların hərəkətindən istifadə edə bilərlər “, – hesabatda deyilir.  

Hesabatda qeyd olunub ki, Rusiyanın digər Avropa ölkələri ilə sərhədində təhlükəsizliyin artırılması, həmçinin Rusiya hökumətinə qarşı sanksiyalar və malların axını Rusiyadan Aİ-yə şimal marşrutu ilə potensial heroin qaçaqmalçılığını əhəmiyyətli dərəcədə azaldacaq.

Təhlildə həmçinin deyilir ki, Talibanın Əfqanıstanda tiryəkin becərilməsini qadağan etmək qərarına baxmayaraq, (UNODC-nin 2023-cü il üzrə son məlumatlarına əsasən, bu ölkədə həm becərmə, həm də qeyri-qanuni tiryək istehsalı 95 faiz azalıb), Avropada heroin qıtlığının əlamətləri müşahidə olunmur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,