Qara Dəniz QHT Forumu fəaliyyətini bərpa edib
Fevral 14, 2022

Qara Dəniz QHT Forumu fəaliyyətini bərpa edib


Qara Dəniz QHT Forumu təşəbbüsü “Qara Dəniz Regionunda Regional Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti Təşkilatlarının Potensialının Artırılması” adlı yeni layihə ilə fəaliyyətini davam etdirdiyini elan edib. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və 2022-ci ilin sonuna qədər Rumıniyanın NGDO Platforması (FOND) tərəfindən həyata keçiriləcək.

Layihənin məqsədi vətəndaş cəmiyyəti təşkilatları arasında regional əməkdaşlığı gücləndirməklə Qara dəniz regionunda sabitliyi və rifahı artırmaq və regiondakı vətəndaş cəmiyyəti təşkilatları arasında birgə tərəfdaşlığa dəstək verməkdir.

Qara Dəniz QHT Forumu 13 ildən artıqdır Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Türkiyə, Rumıniya və digər ölkələrdən 1 400-dən artıq vətəndaş cəmiyyətini bir araya gətirir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,