
Dekabrın 20-də İspaniyanın Aİ Şurasındakı sədrliyi və Avropa Parlamenti Aİ-nin əmək bazarına qanuni miqrasiyanı tənzimləyən qanunun yenilənməsi ilə bağlı razılığa gəlib.
Vahid icazə haqqında direktivdə Aİ ölkələri tərəfindən vahid icazənin verilməsi üzrə müraciət prosesi və üçüncü ölkələrdən olan əmək miqrantlarının ümumi hüquqları müəyyənləşdirilib. İttifaqa üzv dövlətlər əmək bazarlarına hansı üçüncü ölkədən və nə qədər əmək miqrantını qəbul etmək barədə qərar qəbul etmək hüququna malikdirlər.
“Bu, beynəlxalq səviyyədə ixtisaslı işçlərin işə götürülməsinə təkan verəcək. Bundan əlavə, üçüncü ölkədən olan əmək miqrantları üçün daha çox hüquqlar və Aİ-dəki işçilər ilə müqayisədə onlara qarşı bərabər davranış əmək bazarında istismarı azaldacaq”, – Aİ Şurasının mətbuat üçün açıqlamasında deyilir.
Müraciət prosesi
Üçüncü ölkədən olan əmək miqrantı üçüncü ölkənin ərazisindən, yaxud həmqanunvericilər arasında əldə edilmiş razılaşmaya əsasən, Aİ-də yaşamaq üçün etibarlı icazəyə malik olduqda Aİ-dən müraciət edə bilər. İttifaqa üzv dövlət vahid icazə vermək qərarına gəldikdə, bu qərar həm yaşayış, həm də iş icazəsi hesab olunacaq.
Müddəti
Avropa İttifaqı Şurası və Avropa Parlamenti vahid icazə sənədinin əmək miqrantı tərəfindən müraciət olunduqdan sonra üç ay ərzində həyata keçirilməsinə dair qərara gəlib. Bu müddətə eyni zamanda vahid icazə ilə bağlı qərar qəbul olunmazdan əvvəl əmək bazarının vəziyyətini yoxlamaq üçün tələb olunan vaxt daxildir. Bunun ardınca üzv dövlətin ərazisinə ilkin giriş üçün müvafiq viza təqdim olunacaq.
İşəgötürənin dəyişməsi
Vahid icazəyə malik şəxslər səlahiyyətli orqanlara bildirməklə, işəgötürənləri dəyişmək imkanına malik olacaqlar. Üzv dövlətlər həmçinin bir icazə sahibinin ilk işəgötürən ilə minimum fəaliyyət müddətini təyin edə bilər. İşçinin işdən çıxarıldığı təqdirdə işsiz qaldığı ümumi müddət vahid icazənin qüvvədə olduğu müddət ərzində üç aydan və ya icazənin qüvvədə olduğu iki ildən sonra altı aydan çox olmadıqda üçüncü ölkə işçilərinə üzv dövlətin ərazisində qalmağa icazə verilir.
Razılaşma təsdiqləndikdən sonra onun mətni həm Aİ Şurası, həm də Avropa Parlamenti tərəfindən rəsmi şəkildə qəbul edilməlidir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.