Planetimiz üçün: Aİ-nin Azərbaycandakı Nümayəndəliyi ADA Universitetində təlim və müzakirələr təşkil edib
Noyabr 1, 2024

Planetimiz üçün: Aİ-nin Azərbaycandakı Nümayəndəliyi ADA Universitetində təlim və müzakirələr təşkil edib


Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Planetimiz üçün – təhlükəsiz su, təmiz hava, təmiz torpaq və yaşıl enerji” çərçivəsində bir neçə tədbir təşkil edib.

Kampaniyanın məqsədi Bakıda keçiriləcək COP29 öncəsi təbii ehtiyatların mühafizəsi haqqında məlumatlılığı artırmaqdır. Kampaniyada həmçinin təbii ehtiyatların idarə edilməsi və iqlim sahəsində fəaliyyətlərə dair Aİ-nin siyasət və strategiyaları təşviq olunur.

23-25 oktyabr tarixlərində Bakıda ADA Universitetində Aİ-nin Mükəmməllik Mərkəzində enerjinin səmərəliliyi və dayanıqlıq mövzusunda üçgünlük təlim keçirilib. Tədbirin proqramı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və ADA Universiteti və “Jean Monnet Module” ilə birgə təşkil olunub. Bu il Azərbaycanın COP29-a ev sahibliyi etməsi mövzusunda xüsusi müzakirələr baş tutub. Dünya Bankının enerji üzrə baş mütəxəssisi Florian Kitt Aİ-nin maliyyələşdirdiyi AZTAF layihəsinin Azərbaycanda enerjinin səmərəliliyi sektoruna töhfəsindən söz açıb. 

ADA Universitetində keçirilən daha bir tədbir urbanizasiyanın təsirlərinə həsr olunub. Tədbir daha geniş İtaliya-Azərbaycan təşəbbüsü çərçivəsində Bolonya Universiteti ilə birgə həyata keçirilən “ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbi” proqramında iştirak edən tələbələr üçün keçirilib.

Məktəbin tələbələri “Planetimiz üçün – təhlükəsiz su, təmiz hava, təmiz torpaq və yaşıl enerji” kampaniyası ilə tanış olublar. Tələbələr şəhər infrastrukturunda yaşıl sahələrin artırılması və kiçik miqyaslı kənd təsərrüfatının təşviqi ilə bağlı ideyalarını səsləndiriblər. Ən yaxşı ideyalara sahib tələbələr kampaniya çərçivəsində qısa videoçarxlar hazırlayacaqlar.

Daha çox öyrən

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsi

COP29 və iqlim dəyişikliyi: bilməli olduqlarınız



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,