Güclü qadın, güclü cəmiyyətdir: Aİ-nin Azərbaycandakı Nümayəndəliyi gender bərabərliyi ilə bağlı kampaniyaya başlayıb
14 Mart 2025

Güclü qadın, güclü cəmiyyətdir: Aİ-nin Azərbaycandakı Nümayəndəliyi gender bərabərliyi ilə bağlı kampaniyaya başlayıb


Martın 12-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Beynəlxalq Qadınlar Gününü “Güclü qadın, güclü cəmiyyətdir” şüarı altında xüsusi tədbirlə qeyd edərək gender bərabərliyi və cəmiyyətdə qadınların səlahiyyətlərinin artırılmasını vurğulayan yeni kampaniyaya başlayıb.

“Gender bərabərliyinin artırılması daha güclü cəmiyyətə töhfə verir. Buna görə də Avropa İttifaqının sonuncu Gender Bərabərliyi Strategiyası gender əsaslı zorakılığa son qoymaq üçün əsas məqsədləri ehtiva edir. Buraya gender stereotiplərinə meydan oxumaq, əmək bazarında gender boşluqlarını aradan qaldırmaq, iqtisadiyyatın müxtəlif sektorlarında bərabər iştiraka, qərarların qəbulunda və siyasətdə gender balansına nail olmaq daxildir”, – Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib.

Tədbirdə Avropa İttifaqına üzv dövlətlərin səfirləri və diplomatları, eləcə də Aİ-nin maliyyələşdirdiyi layihələrin benefisiarları iştirak edib. Sonuncular öz uğur hekayələrini bölüşüb, qadınların inkişafına töhfə verən təşəbbüsləri dəyərləndiriliblər. 

Tədbirdə həmçinin “Avropanın rəngləri” rəsm sərgisi və “Görkəmli polşa qadınları” adlı sərgi nümayiş olunub.

Martın 7-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Belçika Krallığının Bakıdakı səfirliyi və Gənc Avropa səfirləri (YEAs) “Maneələrin qaradan qaldırılması və çətinliklərin öhdəsindən gəlmək” adlı tədbir təşkil edib. Məqsəd dayanıqlığı, liderliyi və diplomatiya, STEM və incəsənətdə qadınların rolunu vurğulamaqdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,