Gənc Avropa səfiri olmaq üçün ərizə qəbuluna başlandı!
Sentyabr 9, 2022

Gənc Avropa səfiri olmaq üçün ərizə qəbuluna başlandı!


Gənc və dinamiksiniz? Ölkənizlə Avropa İttifaqı arasındakı əməkdaşlıqda maraqlısınız? Aİ-nin gənclər üçün yaratdığı imkanlar haqqında daha çox öyrənmək, ölkənizi beynəlxalq səviyyədə təmsil etmək və yaşadığınız icmanın inkişafına töhfə vermək istəyirsiniz? Yeni bacarıqlara yiyələnmək, ideya və maraqlarınızı bölüşmək üçün Avropanın müxtəlif ölkələrindən yeni dostlar qazanmaq istəyirsiniz?

16-26 yaş arası, İngilis dilində sərbəst danışan və Şərq Tərəfdaşlığı ölkələrindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, MoldovaUkrayna) birinin və ya hər hansı Aİ-yə üzv ölkə və Böyük Britaniyanın vətəndaşınızsa, “EU NEIGHBOURS east” proqramı tərəfindən icra olunmağa başlayan “Gənc Avropa Səfiri” (YEAs) təşəbbüsünə qoşulmaq üçün ərizə ilə müraciət edə bilərsiniz. Gənc Avropa səfiri olmaq üçün 9 oktyabr 2022-ci il tarixinə qədər bu ərizə formasını doldurub təqdim etmək tələb olunur.

Seçim prosesi bir neçə mərhələdən ibarətdir və son müraciət tarixindən bir neçə həftə ərzində seçilmiş ərizəçilər YEAs təşəbbüsü və Aİ ilə bağlı mövzulara dair müsahibələrə dəvət olunacaq və xüsusi sessiyalarda iştirak edəcəklər. Seçim kriteriyaları və ərizələrin qəbulu haqqında əlavə məlumatı buradan öyrənə bilərsiniz: https://euneighbourseast.eu/young-european-ambassadors/ 

“Gənc Avropa səfirləri” təşəbbüsü 2016-cı ildə Aİ-nin Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı – (“EU NEIGHBOURS east” proqramı) çərçivəsində icra olunmağa başlayıb.

Daha çox öyrən:

Ərizə ilə müraciət et

Hazırki “Gənc Avropa Səfirləri” ilə buradan tanış olun

“Gənc Avropa Səfirləri” fəaliyyətdə

Gənc Avropa səfirlərinin bloq yazıları

YEA jurnalı 2022



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,