“EU4Environment – Su ehtiyatları və ətraf mühitə dair məlumatlar” layihəsinin dəstəyi ilə Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova COVID-19 üzrə monitorinq konsepsiyası hazırlanıb və şəhərdəki çirkab suların yoxlanılması həyata keçirilib.
2022-ci ilin sentyabrında SarsCov-2 virusu ilk dəfə İrəvan, Bakı, Tbilisi və Kişinyovdan götürülən çirkab su nümunələrində yoxlanılıb. Nümunə götürmə, yoxlanma və qiymətləndirmə konsepsiyası Avropa İttifaqının dəstəyi ilə hazırlanıb. Avstriya Ətraf Mühitin Mühafizəsi Agentliyinin və Vyana Texnologiya Universitetinin mütəxəssisləri prosedurların hazırlanması ilə bağlı təlimatlarını verərək hər bir ölkədə çirkab suların COVID-19 üzrə ilk dəfə yoxlanılmasını həyata keçirməyə kömək ediblər.
Önümüzdəki aylarda avropalı ekspertlər Şərq Tərəfdaşlığı ölkələrindəki proqram tərəfdaşlarına bu təcrübənin davamlı olaraq həyata keçirilməsinə dəstək verəcək və onlara əldə olunan məlumatların şərhi üzrə təlim keçəcəklər. Paralel olaraq, COVID-19 virusu üzrə monitorinqin əhatə dairəsini artırmaq üçün daha çox nümunə götürüləcək. Bu, hər bir ölkədə və hətta beynəlxalq səviyyədə ümumi sağlamlığın qorunması üçün pandemiyaya nəzarəti təkmilləşdirəcək.
Daha çox öyrən
EU4Environment – Su ehtiyatları və ətraf mühitə dair məlumatlar





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,