EU4 Independent Media Şərq Tərəfdaşlığı ölkələrində araşdırmaçı-jurnalistika sahəsində hər layihəyə 100 000 avro təklif edir
İyun 28, 2023

EU4 Independent Media Şərq Tərəfdaşlığı ölkələrində araşdırmaçı-jurnalistika sahəsində hər layihəyə 100 000 avro təklif edir


Aİ tərəfindən maliyyələşdirilən “EU4 Independent Media” (Aİ Müstəqil Media Naminə) layihəsi çərçivəsində icra olunan araşdırma jurnalistikasına dəstək proqramı üzrə ərizələrin son qəbulu tarixi iyul ayının 9-dur.

Proqram Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanı əhatə edir və məqsədi ictimai maraq kəsb edən mövzuların təsirli və cəlbedici formada işıqlandırılmasına yardım etməkdir. Layihə təkliflərində korrupsiya və maliyyə sahəsində cinayətlər, mütəşəkkil cinayətkarlıq, ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə kimi sahələrdə araşdırmalar təqdim oluna bilər.

Proqramda altı Şərq Tərəfdaşlığı ölkəsinin hamısında rəsmi qaydada qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələri, o cümlədən mühacirətdə fəaliyyət göstərən media orqanları, jurnalist və mətbuat azadlığı üzrə qeyri-kommersiya təşkilatları, müstəqil məzmun istehsalı şirkətləri və bu təşkilatların adından fəaliyyət göstərən jurnalist/məzmun istehsalı qrupları iştirak edə bilər.   

Hər bir layihə üçün maksimum 100 000 avro ayrılması nəzərdə tutulub.

Maraqlı olan şəxslər onlayn  ərizə formasını dolduraraq müraciət etməlidir. Ətraflı öyrənmək üçün seçim kriteriyalarınatez-tez verilən suallara nəzər salın. Ərizələrin təqdim olunması prosesində yaranan hər hansı əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlamaq mümkündür.  

Daha çox öyrən

Elan və tez-tez verilən suallar

Seçim meyarları

Müraciət forması



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,