Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycanı media və vətəndaş cəmiyyətinə qarşı bütün növ təqiblərə son qoymağa çağırıb
Fevral 9, 2024

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycanı media və vətəndaş cəmiyyətinə qarşı bütün növ təqiblərə son qoymağa çağırıb


Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri kontekstində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Əlaqələndirmə Komitəsi Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinin davamlı təqibindən “dərin narahatlığını” ifadə edən bəyanat yayıb: 

“Biz Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı davam edən təzyiqlərdən, eləcə də Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının (VCT-lər) qeydiyyatı, fəaliyyəti və maliyyələşdirilməsi ilə bağlı davamlı çətinliklərdən dərin narahatıq”.

Komitə Azərbaycan hökumətini vətəndaş cəmiyyətinin fəaliyyətinə şərait yaratmağa və ölkə daxilində VCT-lərin və donorların qeydiyyatını, fəaliyyətini və maliyyələşdirilməsini asanlaşdırmaq üçün qanunvericiliyə zəruri dəyişiklikləri qəbul etməyə çağırıb.

Komitə həmçinin Azərbaycan hökumətini müstəqil jurnalistlərə və onların media qurumlarına, vətəndaş cəmiyyətinə və müxalifətə qarşı hər cür təzyiq və təqiblərə son qoymağa, eyni zamanda ölkədə həqiqi siyasi plüralizm üçün əlverişli mühitin yaradılmasına çağırıb.

Bundan əlavə, Azərbaycan hökumətindən bütün media və vətəndaş cəmiyyəti liderləri və fəalları, o cümlədən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzvləri Qubad İbadoğlu, Bəxtiyar Hacıyev, Əziz Orucov, həmçinin Absaz Media-nın jurnalistləri Ülvi Həsənli, Məhəmməd Kekalov, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı və hazırda həbsdə olan digərlərinin azad edilməsi tələb olunub.

Sözügedən təşkilat həmçinin Avropa təsisatlarını, Aİ-yə üzv dövlətləri və bütövlükdə beynəlxalq ictimaiyyəti “bu ölkəyə səfər edərkən Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları ilə görüşləri prioritetləşdirməyə, onların davamlı fəaliyyətini təmin edən mühüm siyasi və maliyyə dəstəyi verməyə” çağırıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,