Aİ Azərbaycanda mina qurbanlarına həsr olunmuş konfransın təşkilini dəstəkləyib
Aprel 10, 2024

Aİ Azərbaycanda mina qurbanlarına həsr olunmuş konfransın təşkilini dəstəkləyib


Keçən həftə Avropa İttifaqının dəstəyi ilə “Minalar əleyhinə Azərbaycan kampaniyası” ictimai birliyi Bakıda mina qurbanlarına həsr olunmuş konfrans keçirib.

Tədbir “Minalardan azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində “Mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda təşkil olunub. 

Görüşdə minalardan zərər çəkmiş şəxslər, Milli Məclisin deputatları, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları, Avropa İttifaqı, Almaniya, Belçika, Polşa səfirləri, QHT nümayəndələri və digər maraqlı tərəflər iştirak edib.

“Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi və minalarla mübarizə üzrə səyləri güclü şəkildə dəstəkləyir,” Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin bəyanatında deyilir. “Azərbaycanda minalardan təmizləmə prosesi Avropa İttifaqı üçün prioritet məsələ olaraq qalır”. 

Bu yaxınlarda Aİ “ANAMA-nın potensialının artırılması ilə məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsi” layihəsinə də dəstək verib. BMT-nin İnkişaf Proqramının (BMTİP) ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və Mina Məsləhət Qrupu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi bu təşəbbüs çərçivəsində 18 minatəmizləyən qadın fəal şəkildə minatəmizləmə işlərinə cəlb olunub.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

EU supports conference in Azerbaijan on landmine victims

With the support of the European Union, the ‘Azerbaijan Anti-Mine Campaign’ public association  held a conference on landmine victims in Baku last week.

The conference, ‘Solidarity with landmine victims: important pillar of the Strategy to eliminate landmines and their consequences in the South Caucasus’, was organised as part of the ‘Mine-Free South Caucasus’ regional campaign. 

Landmine victims, members of the Milli Majlis, Mine Action Agency of Azerbaijan (ANAMA) employees, ambassadors of the European Union, Germany, Belgium, and Poland, NGO representatives and other campaign stakeholders participated in the event.

“The European Union strongly supports Azerbaijan in demining and mine action efforts,” says the EU Delegation to Azerbaijan. “The demining process in Azerbaijan remains a priority for the European Union.” 

Recently, the EU supported the ‘Supporting Safe Return of Internally Displaced People through Capacity Building of ANAMA’  project. As part of this initiative, carried out by the UNDP in partnership with ANAMA, the International Eurasia Press Fund (IEPF), and the Mines Advisory Group (MAG), 18 Azerbaijani women are actively engaged in mine-clearing activities.

Find out more

Press release



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,