EU4Independent Media jurnalistlər və media qurumlarının rəhbərləri üçün onlayn sərbəst qrafikli kurs təşkil edir
May 29, 2023

EU4Independent Media jurnalistlər və media qurumlarının rəhbərləri üçün onlayn sərbəst qrafikli kurs təşkil edir


Aİ-nin maliyyələşdirdiyi EU4Independent Media layihəsi jurnalistlər və KİV rəhbərləri üçün silsilə şəklində onlayn kurslar təşkil edir. Bütün kurslar sərbəst qrafiklidir və istənilən vaxt kursa qoşulmaq olar.

EU4IndependentMedia layihəsinin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) müstəqil kütləvi informasiya vasitələrinin dayanıqlığını və maliyyə cəhətdən davamlılığını gücləndirməkdir. 

Layihə tərəfindən hazırlanmış onlayn resurslar KİV-lərə idarəetmə və redaktorluq bacarıqlarını təkmilləşdirməyə kömək edir, həmçinin Ukraynadakı müharibəni işıqlandıran jurnalistlərə xüsusi diqqət yetirməklə, siyasi və iqtisadi cəhətdən çətin mühitlərdə çalışan jurnalistlərə dəstək verir.

BBC-nin Moskva və Bağdad bürosunun keçmiş rəhbəri Kris Bus tərəfindən müharibənin işıqlandırılması və risklərin qiymətləndirilməsi üzrə elektron kurslar da bura daxildir.

Müharibənin işıqlandırılması kursu bu mövzunun etik cəhətlərini əhatə edir, görülən işin keyfiyyətini artırmağa kömək etməklə yanaşı, jurnalistlərinin özlərinin və digər insanların zədələnmək riskini minimuma endirir.

Risklərin qiymətləndirilməsi kursu hərtərəfli vebinar olmaqla hərbi münaqişə və müharibələrin olduğu mühitlərdə xəbərlər bölməsinin fəaliyyəti ilə bağlı risklərin qiymətləndirilməsində bələdçi rolunu oynayır.

İdarəetmə dəsti kursu ŞT ölkələrində xəbər bölmələrinin  rəhbərləri üçün resurslardan təşkil olunub. Dəstin məqsədi müstəqil xəbər sahəsində çalışan KİV-lərdə redaktorların təlim və mentorluğuna dəstək verməkdir. Kurs həmçinin əsas sənədlər və köməkçi videolarla xəbərlərin işıqlandırılması işinin əsasları və praktiki icrasında yardımçı rolunu oynayır. Bu kurs Böyük Britaniyada xəbərlər sahəsində müstəqil məsləhətçi olan Zoy Porter və Gürücstanda Palitra Media şirkətinin xəbərlər üzrə rəhbəri Nataliya Mumladze tərəfindən hazırlanıb.

Edinburqda fəaliyyət göstərən Napier Universitetinin jurnalistika üzrə müəllimi Miranda Hörst tərəfindən redaksiya qaydalarına dair bu kurs bu yaxınlarda nəşr olunub. Kursda redaksiya qaydalarının nə üçün vacib olduğu və xəbər bölmələrinin işçilərinə necə kömək etdiyi ətraflı izah olunur.

Kurslar “EU NEIGHBOURS east” proqramının internet səhifəsindəki xüsusi Media səhifəsində keçirilir. Burada Aİ tərəfindən maliyyələşdirilən digər media imkanları, o cümlədən təlim, maliyyələşdirmə və qrantlar, eləcə də ən son xəbərlər və məqalələr, Aİ tərəfindən maliyyələşdirilən mediaya dəstək layihələri, həmçinin media araşdırmaları və hesabatlar haqqında məlumatlar tapa bilərsiniz.



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,