Aİ humanitar yardım üçün ayrılmış illik büdcəsinin 1,8 milyard avro olduğunu elan edib
Fevral 13, 2024

Aİ humanitar yardım üçün ayrılmış illik büdcəsinin 1,8 milyard avro olduğunu elan edib


Avropa İttifaqı illik 1,8 milyard avroluq humanitar yardım büdcəsinin təxminən 115 milyon avro hissəsini Cənub-Şərqi Avropa və Avropa Qonşuluğu ölkələrinə, Rusiyanın Ukraynadakı müharibəsinin nəticələrinin aradan qaldırılmasına, eləcə də Qərbi Balkanlarda, Qafqazda davam edən ehtiyacların ödənilməsi və Suriya böhranının Tükriyədəki təsirinin aradan qaldırılması üçün layihələrin maliyyələşdirilməsinə yönəldəcək.

2024-cü ildə təxminən 300 milyon insanın humanitar yardıma ehtiyacı olacağı təxmin edilir. Qəzzada humanitar sahədə ehtiyacların həddindən artıq artması fonunda Orta Şərq və Şimali Afrika, Suriya, Livan, Yəmən və ona qonşu ölkələrdə davam edən regional böhran üçün 470 milyon avroya yaxın vəsait ayrılacaq.

Münaqişələr çoxaldıqca və iqlimlə bağlı böhranlar kəskinləşdikcə, qəfil baş verən fövqəladə hallara və gözlənilməz humanitar tədbirlərə qarşı tədbirlər görmək üçün təxminən 315 milyon avro ayrılıb. 

Böhranların İdarə Edilməsi üzrə Komissar Janez Lenarçiç: “2024-cü il başladıqdan bəri humanitar ehtiyaclar və mövcud resurslar arasındakı uçurum genişlənməkdə davam edir. Eyni zamanda, münaqişələr çoxaldıqca və iqlim ilə bağlı böhran dərinləşdikcə maliyyə üçün tələbat da artır… Bu narahatedici tendensiya qarşısında Avropa Komissiyası kimliyindən və harada olmasından asılı olmayaraq, cəmiyyətin ən həssas qruplarına dəstək üçün humanitar tədbirləri maliyyələşdirməyə davam edəcək”.

Avropa Komissiyası 1992-ci ildən etibarən 110-dan çox ölkəyə humanitar yardım göstərib və bu yardımlar hər il dünyada milyonlarla insanı əhatə edir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,